Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Klassika ilə novatorluğun, keçmişlə müasirliyin vəhdəti

Klassika ilə novatorluğun, keçmişlə müasirliyin vəhdəti

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 aprel, AZƏRTAC

“Qara Qarayev bizə özünün bədii dəyərinə görə valehedici iş qoyub getmişdir. Qara Qarayevin adı mütəfəkkir alim, görkəmli publisist kimi Azərbaycan elminin tarixinə yazılmışdır. Bəstəkar, pedaqoq, alim, ictimai xadim olan Qara Qarayev həmişə və hər işdə alovlu musiqiçi, tribundur. Qara Qarayevin adı, onun musiqisi ölməzdir, illər, on illər keçəcək, yeni-yeni nəsillər də gözəlliyi Qara Qarayevin əsərləri vasitəsilə dərk edəcəklər”.

Ümummilli lider Heydər Əliyev.

XX əsr Azərbaycan musiqi mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri olan Qara Qarayev zəngin yaradıcılığı və möhtəşəm sənət dünyası ilə bəşəriyyətin diqqət mərkəzində dayanan şəxsiyyətlərdəndir. Böyük Üzeyir Hacıbəylidən dərs almış bəstəkarın “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri, “Leyli və Məcnun” simfonik poeması əsərləri dünya mədəniyyətinin incilərindən sayılır. O, sənət yolunda yeni cığırlar açaraq təkcə öz xalqının deyil, həm də dünya musiqi mədəniyyəti xəzinəsini misilsiz əsərləri ilə zənginləşdirmişdir. Qüdrətli bəstəkarın irsi son dərəcə geniş və zəngindir. Bunu onun müraciət etdiyi müxtəlif janr və rəngarəng mövzularda görmək olar. Görkəmli bəstəkar bütün janrlarda eyni coşqunluqla çalışmış, novatorluğu və bədii cəhətdən yüksək səviyyəsi ilə fərqlənən yeni əsərlər yaratmışdır. Onun baletləri, simfonik poeması, simfoniyaları, kamera-instrumental əsərləri, kinofilm və teatr tamaşalarına yazılmış musiqisi bunu bir daha təsdiq edir.

Bu barədə filologiya elmləri doktoru, professor Yeganə İsmayılovanın görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 107-ci ildönümünə həsr olunmuş “Musiqimizin ucalıq zirvəsi Qara Qarayevin yaradıcılığında nizami “Xəmsə”si” sərlövhəli məqalədə bəhs olunur. AZƏRTAC yazını təqdim edir.

Qara Qarayevin yaradıcılığı mövzu cəhətdən çox zəngin və rəngarəngdir. Onu ən müxtəlif dövrün şair və yazıçılarının yaradıcılığı, xalq əfsanələri cəlb edirdi. Bura N.Gəncəvi, V.Şekspir, A.Puşkin, İ.Servantes, Ö.Xəyyam kimi korifeylərin adları daxildir. İstər klassik Şərq, istər müasir məişət və istərsə də bir sıra dünya xalqlarının mövzularından bəstəkar eyni ilhamla və məharətlə istifadə edərək onları özünün təkrarolunmaz musiqisi ilə ölməzlik zirvəsinə qaldırmışdır.

Qara Qarayevin ən vacib mövzulara, kəskin həyati konfliktlərə həsr olunan yüksək idealları, insan mənəviyyatının zənginliyini və gözəlliyini tərənnüm edən baletləri həqiqi insanpərvərlik ruhu ilə doludur. İncə, lirik hisslərlə yazıb-yaradan sənətkar heyranedici ustalıqla öz qəhrəmanlarının daxili aləminə nüfuz edir. Bəstəkarın baletləri Azərbaycan balet sənətinin inkişafında əhəmiyyətli və keyfiyyət etibarı ilə yeni bir mərhələ sayılır. Sənətkar öz əsərlərində rəqslərin əyləndirici ünsürlərə malik olması təsəvvürlərinə tamamilə üstün gəlmiş, realist musiqili - xoreoqrafik dram yaratmışdır.

O, “Yeddi gözəl” baletində klassik irsə müraciət edərək qədim bir əfsanə vasitəsi ilə öz xalqının gözəl mənəvi xüsusiyyətlərini və azad surətdə sevib-sevilmək arzularını, “İldırımlı yollarla” baletində müasir dövrün olduqca mühüm bir mövzusunu - irqi ayrı-seçkilik və müstəmləkə xalqlarının azadlıq uğrunda mübarizə mövzusunu ustalıqla təcəssüm etmişdir.

1947-ci ildə dahi Azərbaycan şairi Nizaminin әsәrlәri әsasında yazdığı “Leyli vә Mәcnun" simfonik poeması Qara Qarayevә böyük şöhrət qazandırdı. Təsadüfi deyil ki, SSRİ Dövlət mükafatına layiq görülmüş həmin simfonik poema bəstəkarın yaradıcılığının birinci onilliyindә toplanmış bütün gözәl keyfiyyәtlәri özündә cәmləşdirir. O, dinləyiciləri ziddiyyәtli, kеşmәkәşli düşüncәlәr alәminә aparır: dәrin, düşündürücü, üsyankar və barışmaz fikirlәrini özünün son dərəcə parlaq, ecazkar musiqi lövһәlәri ilә canlandırır.

“Leyli və Məcnun" azad məhəbbəti mәһv vә inkar edən feodal-patriarxal dünyasının antiһumanist tәbiәtinә qarşı sәnәtkarın etiraz sәsinә, һimninә çevrilir. Poemanın mәğzindә qarşılaşdırılan әsas qütblәrin - xeyirlә şәrin, qәddarlıqla insansevәrliyin, köһnəliklә yeniliyin mübarizәsi, sonralar bəstələdiyi “Vyetnam" süitasında, “Don Kixot” simfonik qravürlərində və üçüncü simfoniyasında da özünün parlaq təcəssümünü tapır.

Çox keçmədən Qara Qarayev yenidən dahi Nizami Gəncəvi yaradıcılığına müraciət edir. Bu dəfə yalnız bir poema deyil, məşhur “Xәmsə”dəki bütün poemalar librettonun ədəbi əsasını təşkil edir. Nizami süjetlәrinin motivlәrindәn sәrbәst istifadә olunmuş bu baletә yeni personajlar gәtirib. Əsərin mayasında, musiqi toxumasında çırpınan “Çaһargaһ”ın baletә qonmuş һamımıza mәlum xalları sanki yeni qüdrət, yeni әzəmət, yeni bir aһәnglә sәslәnir.

Musiqili səhnə əsərləri içərisində onun Cövdət Hacıyevlə birlikdə yazdığı və milli opera sənətini zənginləşdirən “Vətən” operasını da xüsusi qeyd etməyə dəyər. Böyük vətənpərvərlik ruhu ilə yazılmış opera öz ideyası ilə bu günlə səsləşərək, vətənpərvərliyi tərənnüm edir, Azərbaycan gənclərinə vətənə sədaqət hissləri aşılayır.

Azərbaycan simfonik və kamera-instrumental musiqisinin inkişafında xüsusi rolu olan Qara Qarayev simfonik musiqinin müxtəlif janrları üzərində işləyib. Bəstəkar simfoniya, poema və süitalarında muğamlardan, xalq mahnı və rəqslərindən, aşıq yaradıcılığından ustalıqla yararlanıb. Bununla yanaşı, rus, türk, ispan və başqa xalqların musiqisnin bir sıra xüsusiyyətlərindən də istifadə edib.

Bəstəkarın öz yaradıcılığı boyu müraciət etdiyi və yalnız doğma xalqının poetik folklorunu deyil, həmçinin digər xalqların da lirik şeirlərini əhatə etdiyi vokal əsərləri onun yaradıcılıq qüdrəti və əzəmətini çox gözəl təcəssüm etdirir. Onun romans və mahnıları həmin janrda yazılmış ən gözəl sənət nümunələridir. Q.Qarayev kino musiqisi üzərində də çox məhsuldar işləmiş, klassikaya çevrilən nümunələr yaradıb. “Leyli və Məcnun”, “Tarixin ibrət dərsi”, “Uzaq sahillərdə”, “Bir məhəlləli iki oğlan” və s. kinofilmlərə, “Nikbin faciə”, V.Şekspirin “Antonio və Kleopatra” dram tamaşalarına yazdığı musiqi onun yaradıcılığının parlaq səhifələrini təşkil edir.

Fortepiano üçün “Sarskoye selo һeykəli”, “Matəm prelüdü”, “Üçsəsli fuqa", “Sonatina”, “Azərbaycan rapsodiyası", “Fortepiano və simfonik orkestr üçün konsert”, “Sevinc poeması”, fortepiano və sәs üçün “Altı Azərbaycan xalq mahnısı işlәmәsi", “Ordenli Azərbaycan” sənədli filminə musiqili xor, simfonik orkestr kollektivi üçün “Ürәk maһnısı" kantatası, simfonik orkestr üçün “Üç tәsnif”, simli kvartet üçün fuqa, xor üçün “Beşik nәğmәsi” kimi əsərləri bәstәkarın müşahidəçilik bacarığını, xalq yaradıcılığına, müasirliyə, məzmun və forma ahəngdarlığına necə dərindən bələd olduğunu ortaya qoyur.

“Bәxtim onda gәtirmişdi ki, mәn... Üzeyir Hacıbәyovun sinfindә oxumuşdum. Öz yetirmәlərinin һәr birinә xüsusi һәssaslıqla yanaşmağı gözəl bacaran bu istedadlı pedaqoq, maһir psixoloq, böyük insanın sinfindә bizlәrdәn çoxumuz ürәyə yatan lirik xalq maһnılarının, muğamın cilalanmış quruluşu arxasında aydın bir sistem, estetik bir qayda-qanunla bərabər, mәntiqi bir ardıcıllığın, nizamın olduğunu öyrәnmişik. Elә o zamanlar Üzeyir Hacıbәyovun yaradıcılıq tәcrübәsi, müəllimimizin dərin vә müdrik fikirlәrinin təsiri ilә milli bәstәkarlıq məktәbinin qaynağı kimi folklorun tükənməz imkanlarının һüdudsuzluğu xüsusi bir qüvvә ilә qarşımızda açıldı”.

Məşhur bəstəkarın dediyi bu sözlərdə böyük həqiqət var. Hələ təһsil illərində yazdığı birinci və ikinci simfoniyaları, Cövdət Hacıyevlə birgə yazdığı “Vәtәn” operası, fortepiano üçün sonatası və başqa әsәrlәri Üzeyir Hacıbәylinin ona verdiyi yüksәk qiyməti bir daһa təsdiqlədi. Öz sәnәtinә ciddi yanaşan, yaradıcılıq prosesinә fәal müdaxilə edən, onun һər cür әzabına, çәtinliyinә qatlaşan, çәkdiyi zәһmәtdәn һeç vaxt tam mәnası ilә razı qalmayan sənətkar özünə qarşı son dərəcə tәlәbkar idi. Onun bu enerjisinə, işgüzarlıq və eһtirasla, yorulmaq bilmәdәn işlәmәsi qibtə hissi doğururdu.

Qara Qarayev daim axtarış sorağında olan, təzə və keçilməmiş yollarla irəliləyən bəstəkar idi. İllər keçəcək, qərinələr dolanacaq, dahi Azərbaycan bəstəkarının zəngin musiqi xəzinəsi ilham mənbəyi olaraq qalacaqdır. Onun özünə qarşı sonsuz tələbkarlığından doğan və özündən sonra qoyub getdiyi irs dərinliyi və zənginliyinə görə tükənməzdir. Elə bu keyfiyyətlərinə görə gələcək nəsillər hər dəfə onun tükənməz xəzinəsindən özləri üçün yeni-yeni tapıntılar kəşf edəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see286

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see218

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see217

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see206

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see200

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see200

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see189

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see178

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see168

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see154

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri