Icma.az
close
up
RU
Klaudio Qucerotti: Azərbaycanda dinə hörmət və dövlət qayğısı başqa ölkələr üçün nümunədir

Klaudio Qucerotti: Azərbaycanda dinə hörmət və dövlət qayğısı başqa ölkələr üçün nümunədir

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Noyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Müqəddəs Taxt-Tacın Şərq kilsələri üzrə dikasteriyasının prefekti kardinal Klaudio Qucerotti ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin uğurlu inkişafına toxunan Ramin Məmmədov ölkəmizin multikultural mühiti haqqında danışıb. Bildirib ki, tarixən tolerantlıq məkanı olan Azərbaycanda heç zaman milli və dini ayrı-seçkilik səbəbindən münaqişələr baş verməyib. Bu ənənənin qorunub-saxlanılmasında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olub. Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir.

Vatikanla ikitərəfli əlaqələrin dərinləşməsində Heydər Əliyev Fondunun xüsusi rolu olduğunu vurğulayan Ramin Məmmədov qeyd edib ki, Fond nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda müxtəlif maddi mədəniyyət abidələrinin qorunması, bərpası və yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirir.

Ramin Məmmədov əlavə edib ki, bu gün Azərbaycan sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir. Dövlət ilə dini icmalar arasındakı münasibətlər dini etiqad azadlığı, sosial ədalət və qarşılıqlı dialoq prinsipləri əsasında qurulub. Bu prinsiplər cəmiyyətin dinc və harmonik mühitdə yaşamasına müsbət təsir göstərir.

Dinlərarası dialoq və əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayan kardinal Klaudio Qucerotti Azərbaycanda dinə hörmət və dövlət qayğısının, eləcə də müxtəlif din mənsublarına münasibətdə dözümlülüyün digər ölkələr üçün nümunə olduğunu bildirib. Qeyd edib ki, harmoniyanın hökm sürdüyü mühit dini icmalar arasında anlayış və əməkdaşlığı gücləndirmək üçün böyük imkanlar yaradır. O, Azərbaycanda bütün dini icmalara, o cümlədən katolik icmasına göstərilən diqqətin, kilsə və məbədlərin bərpası istiqamətində görülən işlərin yüksək qiymətləndirildiyini vurğulayıb.

Klaudio Qucerotti Azərbaycanın dini tolerantlıq sahəsindəki uğurlarını alqışlayaraq, birgə layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. COP29 ərəfəsində “Dünya dinləri yaşıl planet naminə” devizi altında keçiriləcək Dini Liderlərin Qlobal Sammitinin ekoloji böhranla mübarizədə din xadimlərinin rolunun artırılması işinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Noyabr 2024 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri