Klublarımız son qərarını verdi: “Qarabağ”ı da, “Turan Tovuz”u da, “Neftçi”si də… İdmanXəbər
Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.
Misli Premyer Liqasında çıxış edən klublar mövsümün ikinci yarısına da Azərbaycanda hazırlaşacaq.
İdmanxeber.az-ın məlumatına görə, iki tur sonra çempionatda fasilə yaranacaq. Klublar fasilə dönəminin qısa olduğunu nəzərə alıb təlim-məşq toplanışını ölkədaxilində keçirməyi qərarlaşdırıblar. İstirahət və hazırlıq üçün cəmi təxminən 25-26 günü olacaq komandalar vaxt kasadlığıngörə vətəndə qalmağı seçiblər.
18-ci turun “Qarabağ” – “Araz Naxçıvan” matçından sonra Premyer Liqada fasilə yaranacaq. 19-cu turun oyunlarının isə yanvarın 17-si 19-u aralığında keçirilməsi planlaşdırılır.
Əlavə olaraq onu da qeyd edək ki, klublarımız üçün qış transfer dönəmi 14 yanvar 2025 – 10 fevral 2025 (10 fevral saat 23:59-dək) tarixləri müəyyənləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 11 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















