Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mauro İkardi gələcəyi və müqaviləsiz qalması ilə bağlı səslənən fikirlərə münasibət bildirib.
Apasport.az xəbər verir ki, argentinalı hücumçu sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
“İşsizliyi uğursuzluqla qarışdırırlar, mən buna həyatını yoluna qoymaq deyirəm.
Müqaviləsiz olmağı seçimsiz olmaqla qarışdırırlar. Mən buna seçim azadlığı deyirəm.
Vaxtımın sahibi olmaq, gələcəyimi təmin etmək üçün çalışmışam. İşləməyi dayandırsam belə, həyatım eyni qalacaq.
Mənim üçün niyə narahat olduqlarını başa düşmürəm. Rahat yaşayın, hüzur içində və bol sevgi ilə yaşayın. Mənim artıq hər şeyim var”, – deyə İkardi bildirib.
Qeyd edək ki, İkardi 16 iyul 2026-cı ildə “Qalatasaray”dan ayrılıb. Argentinalı hücumçu həmin tarixdən sonra heç bir klubla müqavilə imzalamayıb və hazırda azad agent statusundadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 30 Sentyabr 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















