Koalisiyanın dağılması fonunda Şoltz Almaniya kansleri postunu itirə bilər
Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.
Almaniyanın hazırkı kansleri Olaf Şoltz Almaniyada hakim Svetofor koalisiyasının (SPD, Yaşıllar, FDP) dağılması fonunda vəzifəsini itirə bilər. Bu fikirləri politoloq, Berlindəki Avrasiya Cəmiyyətinin sədri Aleksandr Rar deyib.
"Şoltz indi Bundestaqda səs çoxluğuna sahib deyil. O və SPD (Almaniya Sosial Demokrat Partiyası ) yalnız Yaşıllar tərəfindən dəstəklənir, bundan sonra parlament və kansler seçkiləri olacaq”, - Rar Telegram kanalında yazıb. "Bu gün Şoltz əhali arasında pis reytinqə malikdir və o, şübhəsiz kansler postunu itirəcək" dedi.
Politoloqun fikrincə, yanvardan Almaniyada yeni hökumət başçısı - Xristian Demokratik və Xristian Sosial Birliklərinin müxalif mühafizəkar blokundan Almaniya kansleri postuna namizəd Fridrix Merz olacaq. Almaniyanın maliyyə naziri Kristian Lindnerin (Azad Demokrat Partiyası, FDP) istefasını şərh edən Rar siyasətçinin Almaniya iqtisadiyyatını xilas etmək üçün köklü islahatlara çağırdığını vurğulayıb.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 07 Noyabr 2024 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















