“KOB Evlərində göstərilən su xidmətlərinin sayı artırılıb” Bəhruz İsrafilov
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
“KOB Evinin yaranma dövründə Azərbaycan Dövlət Su Agentliyi tərəfindən sahibkarlara bir sıra xidmətlər göstərilirdi”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 9 ay üzrə su təchizatına qoşulma sahəsində görülən işlərlə bağlı keçirdiyi mətbuat konfransında “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in Strateji İnkişaf və ASAN Mərkəzlərlə işin təşkili şöbəsinin “ASAN Xidmət” və KOB Evləri ilə işin təşkili və müraciətlərin qəbulu sektorunun müdiri Bəhruz İsrafilov qeyd edib.
“Bu xidmətlərə ödənişlər haqqında məlumatın verilməsi, smart kartın bərpası, qüsurlu ödənişlərin bərpası, qoşulmalar üçün texniki şərtin təqdim edilməsi, eləcə də borcun araşdırılması və bu barədə məlumatın verilməsi daxildir”.
Onun sözlərinə görə, sahibkarların bu xidmətlərdən daha rahat istifadə etməsi məqsədilə KOB Evlərində əlavə xidmətlər də tətbiq olunub. Beləliklə, ümumilikdə göstərilən xidmətlərin sayı 14-ə çatdırılıb.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 30 Sentyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















