Icma.az
close
up
RU
KOBİA nın təşkilatçılığı ilə Neftçala sahibkarları ilə görüş keçirilib

KOBİA nın təşkilatçılığı ilə Neftçala sahibkarları ilə görüş keçirilib

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlarla növbəti görüş Neftçala rayonunda keçirilib.

Missiya.Az KOBİA-ya istinadən xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş görüşdə kənd təsərrüfatı, sənaye, balıqçılıq, pambıqçılıq sahələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonun iqtisadi potensialı və mövcud imkanların reallaşdırılması üçün dövlətin dəstək alətləri barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, Neftçala təbii resursları, sənaye potensialı və kənd təsərrüfatı imkanları ilə istehsal, emal və ixraca yönəlik fəaliyyət üçün əlverişli imkanlar təklif edən rayondur. Burada müxtəlif güzəştlər təklif edən Neftçala Sənaye Məhəlləsinin imkanlarından istifadə etməklə istehsalın qurulması, müasir texnologiyaların tətbiqi ilə yüksək məhsuldarlığa nail olmaq, balıqçılıq və dəniz məhsulları üzrə yerli brendlər yaradaraq ixracyönlü fəaliyyət üçün imkanlar genişdir. Neftçalada kənd təsərrüfatı məhsullarının yerində emalı əlavə dəyər yaratmaq üçün geniş potensiala malikdir.

Diqqətə çatdırılıb ki, dövlətin təqdim etdiyi dəstək mexanizmləri barədə məlumatlı olmaqla sahibkarlar rayondakı biznes imkanlarını daha sürətli və səmərəli reallaşdıra bilərlər. Biznes sahəsindəki yeniliklər, dövlət dəstəyi alətləri barədə məlumatlandırma, əlaqələndirmə və məsləhət xidməti üçün sahibkarlar KOBİA-nın bölgədə fəaliyyət göstərən KOB dostu ofislərinə müraciət edə bilərlər.

Tədbir çərçivəsində sahibkarların torpaq təyinatının dəyişdirilməsi, balıqçılıq təsərrüfatının genişləndirilməsi, biznes fəaliyyətinin maliyyələşdirilməsi və digər məsələlərlə bağlı fikir, təklif və ehtiyacları dinlənilib, müvafiq məsələlər ətrafında müzakirələr aparılıb, sualları cavablandırılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://missiya.az
archiveBu xəbər 08 İyul 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri