Icma.az
close
up
RU
Koçaryanın “siyasi hiddəti” ölkəni yenidən uçuruma sürükləyir

Koçaryanın “siyasi hiddəti” ölkəni yenidən uçuruma sürükləyir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Erməni cəmiyyəti kabusun qayıdışına “yox” deyəcəkmi?

Ermənistanın ikinci prezidenti, 1980-ci illərin sonlarında Qarabağın dağlıq hissəsində Azərbaycana qarşı başlayan qanlı etnik separatizmin fəal iştirakçılarından olan Robert Koçaryan 2026-cı il iyunun 7-də keçiriləcək növbəti parlament seçkilərində iştirak edəcəyini açıqlayıb. O tərəfdarları ilə keçirdiyi görüşdə bildirib: “Hələlik formatlarla bağlı yekun qərarımız yoxdur, amma çox güman ki, seçkilərdə iştirak edəcəyəm”.

Qeyd edək ki, Azərbaycana qarşı revanşist fikirlərlə yaşayan Ermənistanın sabiq ombudsmanı, gələnilki seçkidə iştirak edəcəyini açıqlamış “Birlik qanadları” adlanan siyasi təşəbbüsün rəhbəri Arman Tatoyan mövcud hakimiyyətə qalib gəlməyi real seçim halına gətirmək üçün ölkənin keçmiş prezidentlərinin 2026-cı il parlament seçkilərindən çəkilməli olduqlarını bildirib. Koçaryan isə Tatoyanın çağırışını rədd edərək seçkilərə qatılacağını vurğulayıb.

Bütövlükdə, seçkilər yaxınlaşdıqca, Ermənistanda daxili siyasi mübarizənin hərarəti durmadan artır. Bunun əsas səbəbi baş nazir Nikol Paşinyanın keçmiş əleyhdarlarının yenidən aktivləşməsidir. Bu sırada Qarabağ klanının “xaç atası” R.Koçaryanla yanaşı, digər hərbi cinayətkar Serj Sarkisyan, eləcə də Erməni Apostol Kilsəsinin rəhbəri katolikos II Qaregin dayanır. Koçaryanın siyasi ambisiyalarına gəldikdə, qeyd etmək lazımdır ki, o, bütün siyasi yarışlarda istisnasız olaraq yalnız öz maraqlarını güdür. “Hraparak” qəzetinin bu yaxınlarda yazdığına görə, Ermənistanın keçmiş prezidenti 2026-cı il parlament seçkilərində oğlunu – “Hayastan” fraksiyasının deputatı Levon Koçaryanı seçki siyahısında birinci yerə çıxarmaq niyyətindədir. Nəşrin məlumatına əsasən, Levon son aylarda bölgələrə səfərlər edir, vətəndaşlarla görüşlər keçirir. Bu da maraqlıdır ki, R.Koçaryan daimi fəaliyyət göstərən bir partiyaya malik deyil. Lakin o, “Daşnaksutyun” və “Dirçələn Ermənistan” partiyalarının daxil olduğu “Hayastan” alyansına başçılıq edir.

***

Koçaryanın seçkilərdə iştirak qərarına Ermənistanın müstəqil mediasının münasibəti kifayət qədər mənfi olub. Məsələn, “ArmenianReport” saytında yerləşdirilmiş “Ermənistanın ölümünün həndəsəsi” sərlövhəli analitik məqalədə müəllif Samvel Ohanesyan yazır: “...və elə buradaca mən bizim faciəvi fiqurumuzun dördüncü nöqtəsinə keçmək istəyirəm. Hadisə yeri – İrəvan. Natiq – Ermənistanın ikinci prezidenti Robert Koçaryan. O, bir neçə gün öncə Nikol Paşinyanın siyasətini tənqid etdi. Koçaryan “başa düşməyə” çalışırdı ki, Paşinyan kimdir – agent, cahil və təkəbbürlü bir insan, yoxsa qəsdən dövlət əleyhinə fəaliyyət göstərən şəxs?! Ermənistanın ikinci prezidenti Paşinyanı dövlət reketçiliyində, kilsəni məhv etməkdə, kompromatlara olan həvəsdə və cəmiyyətdə yaxınlaşan müharibə qorxusunu (?) süni şəkildə artırmaqda ittiham edirdi. “Bu gün Nikol Paşinyan Ermənistan Respublikasının boğazındakı ilgəkdir və biz bundan qurtulmalıyıq” – deyə ikinci prezident bəyan edib. Bundan əlavə, artıq kifayət qədər yaşlı olan Robert Koçaryan 2026-cı il parlament seçkilərində iştirak edə biləcəyini də istisna etməyib.

Əslində isə Robert Koçaryan misli görünməmiş bir bədheybətdir. Məhz o, Ermənistanı Rusiyanın ixtiyarına verib, ölkədə kriminal–korrupsioner–oliqarxik sistemin memarı da məhz odur. Bununla belə Koçaryan gözəl və zahirən ağıllı danışmağı bacarır. Paşinyanın yüksək populizmindən bezən insanlar, ölçülü-biçili çıxışları və dövlət xadimi kimi təcrübəsi ilə ona, daha doğrusu, onun gücünə səs verməyə inandıracaq başqa bir natiqə müraciət edə bilərlər. Lakin keçmiş qüvvələrin hakimiyyətə qayıdışı Ermənistanı xilas etməyəcək. Ermənistanın hətta Rusiya kimi dayağa arxalanması da mümkün olmayacaq: bu böyük və soyuq ölkə indi elə vəziyyətdədir ki, yeni münaqişələrə girişə bilməz – özünün başlatdığı həmin “xüsusi hərbi əməliyyatın” yaralarını, üstəlik sanksiyaların vurduğu zərbələri uzun müddət sağaltmalı olacaq. Üstəlik, Türkiyə ilə münasibətləri yüksələn xətt üzrə inkişaf edən Azərbaycanla hətta Rusiya–Ukrayna müharibəsi bitdikdən sonra belə, mübahisəyə girişmək Moskvanın marağında olmayacaq. Şimali Qafqaz da çalxalanmağa yaxındır – Çeçenistan və Dağıstanda vəziyyət onsuz da ipdən asılı vəziyyətdədir”.

Yazıda qeyd olunub ki, R.Koçaryanın qayıdışı ölkəyə iqtisadi yüksəliş də vəd etmir: “Çətin ki, onun sehrli həbi olsun – belə bir dərman heç kimdə yoxdur. Qoca Avropa belə bu günlərdə ən yaxşı çağlarını yaşamır. Koçaryanın özü ilə qaçılmaz olaraq gətirəcəyi korrupsiya fonunda (yaşamışıq, bilirik – müəll.) Ermənistandan sonuncu investorlar da qaçacaq. Beləliklə, Paşinyanın və onun komandasının zəifliyi, qeyri-peşəkarlığı və iradəsizliyindən yorulmuş sadəlövh seçicimizi xilas yolu axtarmağa vadar edə bilər. Və seçicimizin baxışlarının ilk olaraq inandırmağı bacaran Robert Koçaryan və onun “Hayastan” bloku üzərində cəmləşməsi mümkündür. Lakin bu çoxbucaqlının həmin “zirvəsi” də əvvəlkilərdən az təhlükəli deyil. Çünki Ermənistanda, necə olursa-olsun, Paşinyanın dövründə başlanan demokratik islahatlar məhv ediləcək, investisiya mühiti dağıdılacaq və Moskvanın diktəsi bərpa olunacaq. Müharibə, bəlkə də, olmayacaq, amma Azərbaycanla məsələlər də erməniyönümlü həllini tapmayacaq – böyük ehtimalla, sadəcə, qeyri-müəyyən müddətə dondurulmuş vəziyyətdə qalacaq. Beləliklə, girişdə bəhs etdiyimiz dördüncü zirvə xilas yox, eyni dərəcədə məhvdir. Ermənistanın ölümü… Bunu hamımız anlamalı və ayıq-sayıq olmalıyıq”.

***

Onu da bildirək ki, özünə loyal media nümayəndələrinin qatıldığı son mətbuat konfransı zamanı Koçaryan avqustun 8-də Ağ Evdə əldə olunan razılaşmaları sərt tənqid etmiş və Paşinyana qarşı növbəti hücumlara start vermişdi. O, Vaşinqton razılaşmalarını 2020-ci il 10 noyabr tarixli, Rusiyanın iştirakı ilə imzalanmış üçtərəfli bəyanatla müqayisə edərək həmin sənədi “xəyali sənədi” adlandırmışdı. Baş naziri “Zəngəzur dəhlizinə nəzarəti ABŞ-a verməkdə” günahlandıran Koçaryan, regiondakı proseslərə İranın fəal şəkildə cəlb olunmasına çağırmış və bununla da alternativ alyansın formalaşdırılmasının gərəkliyinə işarə etmişdi.

Diqqətçəkən məqam odur ki, həmin mətbuat konfransının keçirildiyi vaxt Koçaryanın Moskvaya növbəti səfəri ilə üst-üstə düşmüşdü. Həmin vaxt eks-prezident son günlər Rusiyanın paytaxtında olduğunu inkar etməsə də, səfərin sırf şəxsi xarakter daşıdığını, siyasi təmasların olmadığını iddia etmişdi. Lakin “Hraparak” qəzeti öz mənbələrinə istinadən Koçaryanın Rusiya Prezident Administrasiyası rəhbərinin Ermənistanla bağlı məsələləri kurasiya edən müavini Sergey Kiriyenko ilə görüşdüyünü yazmışdı. Məlumata görə, söhbətin əsas mövzusu ölkədəki daxili siyasi proseslər, o cümlədən 2026-cı il parlament seçkilərinə hazırlıq olub. Qəzetin mənbələrinin iddiasına görə, Kiriyenko Koçaryan qarşısında heç bir öhdəlik götürməyib və Kremlin hazırkı erməni siyasi proseslərindən uzaq durduğunu açıq şəkildə bildirib.

Bununla belə, vurğulamaq lazımdır ki, Koçaryanın bu ilin fevral ayında keçirdiyi əvvəlki mətbuat konfransı da onun Moskvadan İrəvana qayıtmasından dərhal sonra baş tutmuşdu. Bu, sadəcə təsadüfdürmü? Siyasi maraqların mövcud olduğu yerdə təsadüflər istisna olunur. Ermənistandakı mövcud reallıqlar göstərir ki, Cənubi Qafqazda sülhün əleyhdarları qarşıdan gələn seçkilərdə həlledici döyüşə hazırlaşırlar. Hazırda yeganə sual budur ki, Ermənistan cəmiyyəti onların yolu ilə gedəcəkmi?

Bu sualımızı cavablandıran siyasi şərhçi Rizvan Hüseynov bildirdi ki, Ermənistan cəmiyyətinin qarşıdan gələn seçkilərdə revanşist qüvvələrin arxasınca gedib-getməyəcəyi sualı, əslində, ölkənin gələcək taleyini müəyyən edəcək əsas məqamdır. Onun sözlərinə görə, mövcud sosial-siyasi fon göstərir ki, əhalinin əhəmiyyətli qismi radikal keçmişə dönüşün yaratdığı riskləri çox yaxşı anlayır: “2020-ci ilin məğlubiyyətindən sonra cəmiyyətdə formalaşan fikir ondan ibarətdir ki, ölkəni yenidən köhnə, korrupsioner və Moskvayönlü siyasi xəttə qaytarmaq Ermənistanı daha da dərin böhrana sürükləyə bilər. Bu baxımdan, Koçaryan və onun blokunun iddialı çıxışlarına baxmayaraq, erməni seçicisinin əksəriyyətinin onlara “yox” deməsi ehtimalı kifayət qədər yüksəkdir. Cəmiyyət yaxşı başa düşür ki, keçmiş elitanın yenidən hakimiyyətə gəlməsi təkcə demokratik institutların sıradan çıxması ilə nəticələnməyəcək, həm də Ermənistanı kənar güclərin təsir orbitinə qaytaracaq. Bu isə nə iqtisadi inkişaf, nə təhlükəsizlik, nə də regional sülh baxımından perspektiv vəd etmir”.

Ekspert qeyd etdi ki, ermənilərin Paşinyandan narazı olmaları belə keçmişin qüvvələrinə kor-koranə dəstək vermək anlamına gəlmir. Məhz buna görə revanşistlərin seçkidə qələbə şansı, iddialı görünmələrinə rəğmən, reallıqda xeyli məhduddur.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri