Icma.az
close
up
RU
Köçəryan bu etiraflarla Ermənistan hakimiyyətini məsuliyyətdən uzaq tutmağa çalışıb Arzu Nağıyev

Köçəryan bu etiraflarla Ermənistan hakimiyyətini məsuliyyətdən uzaq tutmağa çalışıb Arzu Nağıyev

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar Ermənistanın keçmiş vəzifəli şəxslərinin Birinci Qarabağ müharibəsi ilə bağlı etirafları yenidən gündəmdədir.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bunu Musavat.com-a açıqlamasında bildirib.

Komitə rəhbəri xatırladıb ki, 90-cı illərin əvvəllərində Ermənistana rəhbərlik edən Levon Ter-Petrosyan azərbaycanlıların Ermənistandan qovulmasını öz dövlətinin mövcudluğunda əsas şərt kimi göstərib:

“Ermənistanın sabiq prezidenti, Qarabağ separatçısı Robert Köçəryana gəldikdə isə o sözsüz ki, Xocalı Soyqırımının ən başlıca təşkilatçılarından biridir. Köçəryan etiraflarında Qarabağda, xüsusilə Xocalıda əhalinin qətliamını etiraf etsə də bunun planlaşdırılmış və məqsədyönlü şəkildə həyata keçirildiyi məsələsini, əsasən də Rusiyanın 366 motoatıcı alayının iştirakını ört – basdır etməyə çalışıb. Köçaryan Xocalı faciəsində Ermənistan və Rusiyanın rəhbərliyini hədəf olaraq göstərməkdən çəkinib və məsuliyyəti öz üzərinə götürməyə cəhd edib. Onun dediklərinə əsasən, Ağdamın işğalı strateji məqsədlə həyata keçirilib. Qarabağ separatçıları Kəlbəcərdən sonra Ağdamı işğal etməklə Dağlıq Qarabağ ətrafında bufer zona yaratmaq niyyətində olduqlarını bildiriblər. Bu etiraf zərurətinin arxasındakıların həqiqəti əks etdirib-etdirmədiyi isə mübahisəli məsələdir”.

A.Nağıyev hesab edir ki, Köçəryan bu etiraflarla Ermənistan hakimiyyətini məsuliyyətdən uzaq tutmağa çalışıb: “Beynəlxalq səviyyədə qəbul edilən qətnamələri də yada salmırlar ki, cavabdehlik daşımasınlar. Bu etiraflar ermənilərin Qarabağda etdiklərinin bir hissəsidir. Və bu, bir ilk deyildi. Tarixin müxtəlif səhifələrində ermənilər azərbaycanlılara qarşı kütləvi qətliamlar və etnik təmizləmələr həyata keçiriblər. Birinci Qarabağ Müharibəsində baş verənləri isə təsadüf yaxud Köçaryanın şəxsi təşəbbüsü kimi qiymətləndirmək olmaz, çünki belə bəyanatlar razılşdırılmadan gündəmə gətirilmir. Qarabağın işğalı zamanı baş verənlər müharibə kontekstində baş vermişdir və Ermənistanın və onların havadarlarının bu hadisələrdə Qarabağ separatçılarına dəstəyi danılmaz həqiqətdir”.

Qeyd edək ki, Xocalı canisi, Ermənistanın ikinci prezidenti Robert Köçəryan 1993-cü ilin aprelində BMT TŞ-nin 822 saylı qətnamə  qəbul etməsindən sonra Kəlbəcərin işğaldan azad olunması tələbini arxa plana keçirməkdən ötrü Qarabağ separatçılarının guya öz gücləri hesabına Ağdamı işğal etdikləri barədə iddiasını tirajlayıb, bununla da digər cinayətkarları arxa plana keçirməyə çalışıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Fevral 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see316

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see171

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see128

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see122

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri