Köçəryan:”Vaşinqton anlaşmasından yalnız Azərbaycan qazandı”
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın ikinci prezidenti Robert Köçəryan İrəvanda mətbuat konfransında bildirib ki, 8 avqustda Vaşinqtonda keçirilən görüşdən Ermənistan yalnız problemlər əldə edib.
“Amerika Birləşmiş Ştatları gələcəkdə yaradılacaq dəhliz üzərində konkret nəzarət əldə edib və Ermənistan-İran sərhədini izləmə imkanı qazanıb. Eyni zamanda, ABŞ prezidentinin namizədliyi Nobel mükafatına irəli sürülüb”, –deyə Köçəryan qeyd edib.
O, əlavə edib ki, Azərbaycan bu görüşdən dəhliz hüququnu təmin edib, Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasına nail olub və ABŞ-ın Azərbaycana silah satışına qadağa qoyan 907-ci qətnamə ləğv olunub:
“Bu sənədlərdə Ermənistanın qazandığı sıfır olub, yalnız problemlər”.
O, həmçinin Paşinyanın ABŞ-la əldə olunan razılaşmanı yalnız simvolik sənəd kimi qiymətləndirdiyini və hüquqi qüvvəsinin olmadığını bildirib:
“Paşinyan əmindir ki, bu marşrut ilk növbədə regiona sülh və sabitlik gətirəcək, Ermənistan isə böyük investisiyalar, iqtisadi və infrastruktur inkişafı və müasir texnologiyalar əldə edəcək”.
Koçaryan qeyd edib ki, layihə ilə bağlı yekun qərarlar qarşılıqlıq prinsipləri əsasında Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyü çərçivəsində qəbul ediləcək.
Şəbnəm


