Icma.az
close
up
RU
Vaşinqton Bakı: yalnız uğura doğru

Vaşinqton Bakı: yalnız uğura doğru

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

ABŞ Prezidentinin təbrik məktubunun gələcəyə yönəlik pozitiv məqamları

İlk baxışda dövlət başçıları arasında münasibətlərin adi atributu kimi görünə biləcək bu jest, sadəcə, diplomatik etiketdən irəli gələn prosedur qaydasına riayət edilməsi deyildir. Axı, Ağ evdəki dairəvi kabinetdə ikinci dəfə əyləşdiyi vaxtdan üç aya yaxın vaxt keçsə də, ABŞ Prezidenti Donald Tramp Cənubi Qafqazla bağlı siyasətinin prioritetlərini açıqlamayıb. Bu baxımdan onun Prezident İlham Əliyevə göndərdiyi bayram təbriki məktubunu bu bölgəyə ilk ismarıcının Azərbaycanın ünvanına etdiyini söyləyə bilərik.

* * *

“Ölkələrimiz birgə işləmək sahəsində zəngin tarixə malikdir və mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözləyirəm. Azərbaycanın tərəfdaşımız İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirir, ölkənizin və Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışlayıram. Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”.

Dövlət başçımıza ünvanladığı bayram təbriki məktubunda, eyni zamanda, həm ikitərəfli, həm regional, həm də beynəlxalq müstəvidə Birləşmiş Ştatların Azərbaycanla əməkdaşlığa hazır olduğunu birmənalı şəkildə vurğulayan Donald Trampın bu xoşməramlı jesti, həqiqətən də, əlaqələrin uğurlu perspektivinin müjdəsi kimi qəbul edilə bilər.

Əslində, Vaşinqtonun Azərbaycana etibarlı tərəfdaş kimi yanaşmasını Donald Trampın birinci prezidentliyi dönəmində də müşahidə etmişdik. Onda da ABŞ olduqca strateji geosiyasi məkanda yerləşən ölkəmizi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, özünün perspektivli tərəfdaşı hesab edirdi. Bu uğurlu tərəfdaşlığın müəyyən nəticələri də özünü çox gözlətmədi. Respublikaçı Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra artıq müşahidə olunan keyfiyyət dəyişiklikləri iki ölkə arasında qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığın, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdiriləcəyindən xəbər verir. Bunun təminatı və münbit zəmini Prezident İlham Əliyevin Azərbaycanın dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırması, qarşılıqlı etimada, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən xarici siyasət xəttidir. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin ABŞ kimi aparıcı dövlətləri üçün də strateji əhəmiyyətə malik olur.

* * *

Bəli, Donald Tramp Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıdır. Yeri gəlmişkən, dünya siyasətini müəyyənləşdirən güc mərkəzlərindən biri olan Amerika Birləşmiş Ştatlarının ölkəmizlə əməkdaşlığa müstəsna əhəmiyyət verməsi həm də ermənipərəst “kollektiv Qərb”in menyusuna təqdim olunan ismarıcdır. Birinci prezidentliyi dönəmində Trampın Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırmasını unutmamışıq. O zaman Ağ ev Azərbaycanla əməkdaşlığın siyasi, iqtisadi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edirdi. ABŞ Prezidenti Donald Trampın 28 May – Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubları bunu aşkar şəkildə ortaya qoyurdu.

2016-cı ildə ilk dəfə Prezident seçilən Donald Tramp ABŞ-ın dünyanın yeni çağırışları ilə uzlaşmaya yönəlik xarici siyasət prioritetlərini açıqlamışdı. Məhz o vaxtdan etibarən ABŞ–Azərbaycan münasibətlərində yeni dönəm başlamış oldu. Həmin dönəmi xarakterizə edən iki başlıca məqamı qeyd edə bilərik. Birincisi, D.Tramp bəyan etdi ki, ABŞ bundan əvvəl olduğu kimi özünün xarici siyasətini digər ölkələrin daxili işlərinə müdaxilə, onları idarə etməyə çalışmaq prinsipi üzərində qurmayacaq. Yəni, Vaşinqtonun dünyanın digər ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafını qarşıya məqsəd qoyduğunu bəyan etdi. İkincisi isə Donald Trampın Qafqaz siyasəti sələfi Barak Obamanın dövründə ABŞ–Azərbaycan münasibətlərində müşahidə olunan xoşagəlməz hallar və soyuqluğun aradan qaldırılmasını, iki ölkə arasında faydalı və bərabərhüquqlu əməkdaşlığın, o cümlədən strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsini nəzərdə tuturdu.

* * *

Beləliklə, ölkələr arasındakı əməkdaşlıq münasibətləri qarşılıqlı faydalı işbirliyinə əsaslanmağa başladı. Dünyanın yeni nizamına praqmatik yanaşan Tramp Administrasiyası Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının çoxvektorlu platformaya tranformasiyası və köklü islahatların həyata keçirilməsi istiqamətində gördüyü işləri birmənalı şəkildə dəstəkləyirdi.

Qeyd etdiyimiz kimi, Prezident D.Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı bayram məktubunda öz əksini tapmış fikirlər ölkələrimiz arasında ikitərəfli münasibətlərin yeni dönəminin başlandığına dəlalət edir. D.Tramp həm Azərbaycan və ABŞ, həm də dünya üçün daha gözəl gələcək naminə Prezident İlham Əliyevlə fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözlədiyini bildirib. ABŞ Prezidenti Azərbaycanı Birləşmiş Ştatların dəyərli tərəfdaşı hesab edir və son 33 ildə qurulmuş ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin gücləndirilməsini, uğurlara doğru sürətlə irəliləməyi arzu edir. D.Tramp dolayısı ilə Prezident İlham Əliyevin bölgənin, eləcə də Avropanın enerji təhlükəsizliyi üçün gördüyü işləri dəstəkləyir və alqışlayır.

Düşünürük ki, ABŞ Prezidenti Azərbaycan və Amerika xalqlarının milli maraqlarına, rifahına xidmət edəcək digər sahələrdə də əməkdaşlığın inkişafını səmimi şəkildə arzulayır.

Prezidentliyinin ikinci dönəmində biz Donald Trampın Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin sürətlə inkişaf etdirilməsinə tərəfdar olduğunu görürük. Onun Azərbaycan liderinə göndərdiyi bayram təbriki məktubunda yer alan pozitiv fikirlər və arzular ikitərəfli əlaqələrin yenidən uğulu məcraya düşəcəyinə ümidləri artırır. Məktubunda Birləşmiş Ştatları Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi kimi təqdim edən Donald Trampın prezidentliyinin üç ayında Cənubi Qafqaz respublikalarından yalnız Azərbaycan Prezidenti İlham Əliyevə xoş məramlı məktub ünvanlaması həm də onu deməyə əsas verir ki, ikitərəfli münasibətlər yaxşı perspektivə köklənmək üzrədir. Tramp Administrasiyası özünün bu perspektivə inamını məktubda açıq şəkildə bəyan edir.

Bu gün Vaşinqtonla Bakı arasında əməkdaşlığın uğurla davam və inkişaf etdirilməsi həm iki ölkə, həm də region üçün strateji əhəmiyyət kəsb edir. ABŞ Prezidentinin təbrik məktubunda vurğulanan mesajlar hazırda Azərbaycanın siyasi, iqtisadi və enerji sahələrində yürütdüyü siyasətin Ağ ev tərəfindən yüksək qiymətləndirildiyinin təzahürüdür.

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

– Amerika Birləşmiş Ştatları Prezidentinin Azərbaycan dövlət başçısına göndərdiyi məktubda olduqca önəmli və böyük əhəmiyyət kəsb edən məqamlar var. Hesab edirəm ki, orada öz əksini tapmış ən başlıca məqam Vaşinqton tərəfindən Azərbaycanın ərazi bötəvlüyünün, suverenliyinin və müstəqilliyinin dəstəklənməsidir. Donala Tramp, eyni zamanda, onu da qeyd edir ki, ABŞ–Azərbaycan münasibətləri dərin tarixi kökləri var və ikitərəfli əlaqələr zəngin təcrübəyə malikdir. Ağ ev sahibinin Azərbaycanla ikitərəfli formatda işləməyə hazır olduğunu bildirməsi isə perspektivli əməkdaşlıqdan xəbər verir. Bu, çox vacib məqamdır. Düşünürəm ki, yaxın gələcəkdə həyata keçiriləcək müştərək layihələr iki ölkə arasında məlum səbəblərdən səngimiş münasibətlərə yeni təkan verəcək. ABŞ Prezidenti bu münasibətlərin uğurlu perspektivini xoş məramlı, pozitiv mesajlarla ifadə edib. Həmin müsbət mesajların uğurlu nəticələrini tezliklə praktiki işlərdə görəcəyimizə əminəm.

Onu da qeyd etməyi zəruri sayıram ki, Birləşmiş Ştatlarla yaxınlaşma prosesinə Azərbaycan hazırdır. Respublikaçılar Partiyasının təmsilçiləri kimi Ağ evin hazırki administrasiya ilə işləmək Azərbaycana yalnız fayda gətirəcək. Çünki bu iqtidar partiyası ilə Azərbaycanın münasibətləri həmişə müsbət nəticələrlə müşayiət olunub. Qarşıda gözlənilən əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına ümidlər böyükdür.

İmran BƏDİRXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Aprel 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri