Icma.az
close
up
RU
“Kod 110” planı: O niyə bu adı almışdı, nəyə işarədir? Araşdırma

“Kod 110” planı: O niyə bu adı almışdı, nəyə işarədir? Araşdırma

Icma.az, Yenisabah saytına istinadən bildirir.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsraillə 40 günlük müharibəyə dair bir sirrin üstünü açandan “Kod 110” planının adındakı mənaya dair müxtəlif fərziyyələr səslənir.

“Yeni Sabah” xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasında bütün ehtimallar əvvəlcədən nəzərə alındığından belə bir plan işlənib hazırlanıb.

“Müharibədən qabaq bütün ssenarilər nəzərdən keçirilmişdi. Hətta Ali Rəhbərin (Ayətullah Seyyid Əli Xamenei – red.) hədəf olacağı təqdirdə nə ediləcəyini nəzərdə tutan ssenari də vardı. Şurada görüş zamanı heç kim bunu dilinə gətirib deyə bilmirdi ki, məsələn, Ali Rəhbər şəhid ola bilər. Buna görə şifrədən – “Kod 110”dan istifadə edirdik və hamı "Kod 110"un nə məna verdiyini bilirdi”, - Abbas Əraqçi bildirib. Dominos pizza

Abbas Əraqçi plana niyə məhz bu adın verildiyini açıqlamayıb.

“110 ilk baxışdan nəsə ifadə etməsə də, Əbcəd hesabı ilə “Əli” sözünü işarədir. Yəni “Əli planı”. Bu, Ali Rəhbərin adına eyhamdır. Onun arxasında isə dərin mənəvi izahlar var. İranlılar bu mistik və simvolik işarələri çox sevirlər”, - deyə şərqşünas-yazar Kənan Rövşənoğlu “Facebook” postunda qeyd edib.

“Əli” sözü ərəb əlifbası ilə “ayn”, “lam” və “ya” hərflərindən ibarətdir. Hər bir hərfin ifadə etdiyi rəqəm var: “Ayn” – 70, “Lam” – 30” və “Ya” – 10. Üst-üstə gəldikdə cəm 110 edir”, - şərqşünas-yazar Əziz Rzazadə “Yeni Sabah”a bildirib.

Onun sözlərinə görə, Əbcəd hesabının tarixi qədim Uqari (Uqarit - indiki Suriyada qədim şəhər-dövlət – red.) qədər gedib çıxır. Mixi yazıya bənzər Uqari yazıları eramızdan əvvəl ikinci minilliyə aid və 22 hərfdən ibarətdir. Həmin 22 hərf ərəb dilinə arami dilindən daxil olmuş Əbcəd əlifbasının ilkin 22 hərfi ilə eynidir. Maraqlı budur ki, bu hərflərin sırası ingilis əlifbası ilə də uyğun gəlir.

Ə.Rzazadə əlavə edib: “Əbcəd hesabından bəzi kitabların giriş səhifələrində nömrələmə kimi istifadə edilir. Divan ədəbiyyatında bir çox müəllifin öz əsərinin yazılış tarixini hansısa beytdə onunla qeyd etməsi də geniş məlumdur. Salnaməçilər belə mühüm zəfər, tacqoyma və s. hadisələri əbcədlə həkk ediblər. Bir çox padşahın möhürlərində də bunu görmək mümüknüdür. Bundan başqa, musiqidə Əbcəd hesabı ilə notları yazmaq adəti olub. Lakin daha geniş istifadə şifrələməyə aiddir. Xüsusən, astrologiyada buna daha çox rast gəlinir.

Bəziləri inanır ki, bir insanın bürcünü onun adındakı hecaların sayına əsasən müəyyən etmək olar. Bu məqsədlə şəxsin adı və anasının adı Əbcəd hesabına çevrilməli və sonra bir-birinə əlavə olunmalıdır. Cəmi 12-yə, yəni bürc sayına bölürdülər.

Yaxud fərdlərin evliliyi və iki insanın ulduzlarının uyğun olub-olmadığını görmək üçün qız və oğlanın anasının adlarını və öz adlarını Əbcədə çevirmək və hər 4 adın əbcədini toplamaq və nəticəni beşə bölmək lazım gəlir. Qalıq 1, 3 və ya 5 olarsa, iki insanın ulduzları uyğundur, 2 və ya 4 olarsa, onların ulduzları uyğun deyil və qalıq sıfır olarsa, bu, tərəflərin ailə üzvlərindən birinin bu evliliyə qarşı olduğunu və ulduzlarının qətiliklə uyğun olmadığını göstərirdi”.

Aytəkin Əzizqızı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 İyul 2026 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see363

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see346

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see307

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see275

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see221

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see211

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see208

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see201

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see200

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see192

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see187

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see185

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see176

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see174

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see174

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see173

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see170

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see168

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri