Icma.az
close
up
RU
Köhnə a(y)vaz, köhnə tas(s)

Köhnə a(y)vaz, köhnə tas(s)

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Son vaxtlarda qonşu Rusiyada Azərbaycana qarşı başlayan qaragruh kampaniyasının bir istiqamətini də guya respublikamızda digər mədəniyyətlərə dözümsüz münasibət bəslənilməsi ilə bağlı aparılan sifarişli təbliğat təşkil edir. Hətta dövlət nəzarətində olan mətbuat, yüksəksəviyyəli rəsmilər, parlament təmsilçiləri də bu bədnam kampaniyada sanki bir-birləri ilə yarışa giriblərmiş kimi iştirak edirlər.

Bu günlərdə qeyd olunan qərəzli kampaniyanın tərkib hissəsi olaraq Rusiya Federasiyasının TASS informasiya agenliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yayıb. Eyni zamanda,  Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy Ayvazovskinin büstünün sökülməsi məsələsinə dair açıqlama verib. Bir qayda olaraq imperialist zehniyyatından çıxış edən deputat Konstantin Zatulin isə İvan Ayvazovskinin heykəlinin sökülməsini “barbarlıq”, “dini və tarixi abidələrin dağıdılması” və s. bu kimi adlarla təqdim edib. Mixail Şvıdkoyun, Konstantin Zatulinin gözlərini yumub ağızlarını açaraq Azərbaycan əleyhinə hədyanlar danışmaları yeni bir hal deyil - bu, onların köhnə peşəsi və pis ənənələridir.Onlar Azərbaycanfobiya mərəzinə tutulublar,  ölkəmizə hər zaman qara eynək arxasından baxıblar və həmişə də reallıqlarımızla bir araya sığmayan absurd iddialar səsləndiriblər. TASS-ın yaydığı xəbərin məzmunu və sərlövhəsi isə ən azından təəccüb doğurur. Axı lap yaxın keçmişədək Azərbaycanla bu qurum arasında hər hansı bir anlaşılmazlıq yaşanmayıb. İndi isə Rusiyanın rəsmi agentliyinin fərqli mövqedən çıxış etdiyi görünür. Bu, köhnə, bizim tanıdığımız, yaydığı informasiyaları ciddi qəbul etdiyimiz TASS deyil axı. AZƏRTAC-ın uzun onilliklər ərzində daim qoruduğu və yüksək qiymətləndirdiyi mehriban münasibətlər, tərəfdaşlıq və hətta dostluq əlaqələri saxladığı agentliyin rəhbərliyi qəflətən əvvəlki kursunu niyə dəyişib, görəsən? Bu agentlikdəmi şvidkoyların, zatulinlərin cərgəsinə qoşulub?

Xankəndidə qoyulan bir büstün tarixçəsi

Xankəndidə erməniəsilli rəssam İvan Ayvazovskinin büstünün qoyulmasının tarixi hər kəsə bəllidir. Məlumdur ki, üçtərəfli əyanata uyğun olaraq ərazilərimizdə müvəqqəti yerləşdirlmiş Rusiya sülhməramlıları fəaliyyətləri dövründə onların səlahiyyətlərinə aid olmayan bir sıra fəaliyyətlərlə də məşğul olublar. 2021-ci il noyabrın 10-da Qarabağda “Rusiya Şöhrət Xiyabanı”nın açılış tədbirinin keçirlməsi də bu qəbildən idi. Mixail Serdyukovun layihəsi əsasında hazırlanan xiyabanda, həmçinin Rusiyanın 10 dahi şəxsinin büstləri qoyulub. Bunlar Alekandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasiliy Şukşin və Mixail Şoloxovun büstləridir.

Xankəndidə erməni əsilli rəssamın büstünün qoyulması da Rusiya sülhməramlılarının ərazilərimizdə özbaşına, bədnam fəaliyyətləri sırasında yer alır. Azərbaycan şəhərində Ayvazovkiyə abidə ucaldılması xoş məramdan uzaq idi. Bunu heç bir halda mədəniyyət hadisəsi kimi dəyərləndirmək olmaz. Rəssam Qarabağda yaşamayıb, bu coğrafiya ilə hansısa bir bağlılığı olmayıb. Həmin abidənin zamanında separatçıların yuvasına çevrilmiş Xankəndidə qoyulması sırf qərəzli siyasi-ideoloji məqsəd daşıyırdı - bununla Rusiya sülhməramlıları, əslində, separatçıları dəstəkləyən, onların dəyirmanına su tökən rolunda çıxış edirdilər. Ermənilərin işğal illərində ərazilərimizdə qanunsuz məskunlaşma apardıqları, tarixi abidələrimizi öznünküləşdirməyə cəhd göstərdikləri hər kəsə bəllidir. Qarabağda olan tarixi-mədəni abidələr İslam mədəniyyətinə və xalqımızın xristian keçmişinə aiddir.Ancaq onilliklər ərzində ərazilərimizin məqsədli şəkildə “erməniləşdirilməsi” siyasəti həyata keçirilib. İslam dininə aid abidələr ya məhv edilib, ya da onlardan mal-heyvan tövlələri kimi istifadə olunmaqla təhqirlərə məruz qalıblar. Xristian keçmişimizə aid olan alban-udi abidələri isə divarlarına saxta simvollar həkk edilməklə erməniləşdirilib. Guya, bu ərazilərdə tarixən erməni mədəniyyəti olub. Rusiya sülhməramlıları tərəfindən Xankəndidə Ayvazovskiyə abidə ucaldılması da eyni ssenarinin tərkib hissəsidir. Sülhməramlıların bu addımı atmaqla separatçılara ayı xidməti göstərmələrinin alt qatında isə imperialist məqsədlər dayanırdı.  Rusiya həmişə artıq keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsinin sonsuzluğadək uzanmasına çalışıb. Xankəndidə separatizm yuvasının mövcudluğu Rusiya sülhməramlılarının bölgədə qalmaları üçün əsas amil idi. Buna görə də onların fəaliyyəti etimad quruculuğuna yox, ədavətin qızışdırlmasına, separatizmin daha da güclənməsinə xidmət edirdi.

Məntiqli, düzgün və qanunauyğun addım

Azərbaycan Ayvazovskinin büstünün götürülməsi ilə bağlı Moskvadan gələn qərəzli açıqlamalara, adekvat olamayan reaksiyalara kəskin cavab verib. Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Ayvazovskinin büstünün sökülməsi məsələsinə dair açıqlaması və TASS informasiya agentliyi tərəfindən Azərbaycanın Xankəndi şəhərinin “Stepanakert” adlandırılması ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli mətbuatın suallarını cavablandırıb. Eyni zamanda,  AZƏRTAC bəyanatla çıxış edib. A.Hacızadə bildirib ki, Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilk dəfə deyil ki, müvafiq tapşırıq əsasında anti-Azərbaycan kampaniyasına qoşulur. Fikirlərinə davam edən XİN rəsmisi vurğulayıb ki, “erməniəsilli rəssam İvan Ayvazovskini büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi. Bu, Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub.

Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi dırnaqarası abidələrin sökülməsi məntiqli, düzgün və qanunauyğundur.

Cənab Şvıdkoyun guya, Azərbaycanda Rusiya mədəniyyətinin “ləğv edilməsi” iddiaları növbəti yalandır. Baxmayaraq ki, bu sahədə iki ölkə arasında ciddi disparitet mövcuddur, Rusiya mədəniyyətini Azərbaycanda heç kim ləğv etməyib. Belə ki, Azərbaycanda rus teatrı, rus dilində məktəblər, rus dilində nəşrlər olduğu halda, Rusiyada Azərbaycan dilində teatr, məktəblər, qəzet və jurnallar mövcud deyil. Bu disparitetə baxmayaraq, biz Rusiyada Azərbaycan mədəniyyətinin “ləğv edilməsi” iddiası ilə çıxış etmirik. Amma Rusiyanın yüksəkvəzifəli rəsmiləri bilməlidir ki, əgər onların anti-Azərbaycan tədbirləri və açıqlamaları davam edərsə, Azərbaycanla Rusiya arasında qeyd edilən disparitetə düzəlişlər edilməsi istisna olunmur.

Başqa bir məsələni də xatırlatmaq yerinə düşər. Cənab Şvıdkoy bu yaxınlarda işğaldan azad olunmuş ərazilərimizdə səfərdə olub. Ancaq o, səfər çərçivəsində Şuşada Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və Azərbaycanın digər mədəniyyət xadimlərinin abidələrinə qarşı vandallıqlar, habelə Azərbaycan ərazisində törədilmiş dağıntılarla tanış olarkən cəsarət tapıb bu halları pisləyən açıqlamalar verməyib. Rusiya rəsmisinin vandalizm əməllərini görməzdən gəlməsi və susması təəssüf doğurur.

Stepanakert yox, Xankəndi!

Həm XİN rəsmisinin, həm də AZƏRTAC-ın bəyanatında TASS kimi bir agentliyin Azərbaycanın Xankəndi şəhərinin adını Stepanakert kimi təqdim etməsi sərt əkildə qınanılıb. Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-da Azərbaycanın Xankəndi şəhərinin Stepanakert adlandırılması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi qiymətləndirilir.

Ermənilərin bu şəhərə iddia etmələrinin heç bir əsası yoxdur. Elə zamanında şəhərə “Stepanakert” adının verilməsi Rusiyanın saxtakarlığı və qərəzli məqsədləri nəticəsində baş tutub. Tarixi mənbələrə əsasən, Xankəndi XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının başçılarının - xanların istirahəti üçün salınıb. Xanların fəaliyyətinə uyğun şərait yaradılması üçün istirahət məskəni xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində planlaşdırılır. Bu zaman istirahət məskəninin xanlığın digər vacib şəhər və kəndlərinə, o cümlədən Ağdama, Xocalıya, Malibəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da əsas götürülüb. Bəhs olunan məntəqələrin hamısında istisnasız olaraq azərbaycanlılar yaşayırdılar. İlk vaxtlarda yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında məhz bu adla tanınıb: Xanın kəndi.  Az vaxt ötəndən sonra isə “Xanın kəndi” “Xankəndi” adını alıb. Qarabağ xanlığı Rusiyaya birləşdirildikdə Xankəndi axırıncı Qarabağ xanı Mehdiqulu xanın xanımı Pəricahan bəyimə hədiyyə olunub.

Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən çox sayda erməni ailəsinin Qarabağda, o cümlədən də Xankəndidə yerləşdirilməsinə baxmayaraq, yaşayış məntəqəsinin tarixi adı uzun müddət saxlanılıb.  Keçmiş sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verib. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunub. 1923-cü ilin sentyabrında şəhər  Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılıb. Hələ 1923-cü ildə Azərbaycanın əzəli torpaqlarında yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətində Xankəndi şəhərinin adının qanunsuz olaraq dəyişdirilərək Azərbaycan xalqına qarşı daşnak ermənilərlə birgə qırğınlar törətmiş bolşevik Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılması Azərbaycana qarşı həqarət idi. Cəmiyyətin tələbini nəzərə alan Azərbaycan SSR Ali Soveti isə 1991-ci ildə bəhs olunan yaşayış məntəqəsinin tarixi adının - Xankəndinin bərpa edilməsi ilə bağlı qərar imzalayıb.

Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayında həyata keçirdiyi 23 saatlıq antiterror tədbirlərinin nəticəsi olaraq şəhər onun əsl sahiblərinə qaytarılıb və bununla da tarixi ədalət bərpa olunub. “2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhərin əsas meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və son prezident seçkiləri günü - 2024-cü il fevralın 7-də O, bu şəhərdə səs verdi, qutuya atdığı bülleteni “erməni separatçılarının tabutuna vurulmuş son mıx” adlandırdı”, - deyə AZƏRTAC-ın bəyanatında vurğulanıb.

Üzrü qəbahətindən betər

A.Hacızadə Azərbaycan tərəfinin TASS-dan üzürxahlıq və müvafiq düzəliş edilməsini gözlədiyini bildirib. “Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görülməsi nəzərdə tutulur”, - deyə XİN rəsmisi vurğulayıb.

AZƏRTAC isə yaydığı bəyanatda TASS agentliyinin xəbərinin sərlövhəsi və mətninin Azərbaycan cəmiyyətində təəccüb və hətta hiddət doğurğu diqqətə çatdırılıb. “Rusiya dövlət media orqanının rəhbərliyinin əvvəlki kursdan geri çəkilməsi agentliklərimiz və kollektivlərimiz arasında ənənəvi dostluq münasibətlərini sarsıdır və bütün Rusiya media məkanına təhlükəli siqnal göndərir. Yalnız xoş niyyət və iki agentlik arasında uzunmüddətli əlaqələrin qorunması istəyindən çıxış edən AZƏRTAC TASS-dakı həmkarlarını gələcəkdə bu cür addımları təkrarlamamaq və mümkün fikir ayrılıqlarını dərinləşdirmək əvəzinə, münasibətləri yaxşılaşdırmağa yönəlməyə çağırır”, - deyə bəyanatda vurğulanır.

TASS Azərbaycandan gələn tələbləri nəzərə almaqla səhvini düzəltmək jesti edib. Belə ki, agentlik “Stepanakert” sözünü “Dağlıq Qarabağ”la əvəzləyib. Bu düzəlişin bir adı var: Üzürü qəbahətindən betər. Əvvla, söhbət şəhər adından gedirsə, agentlik düzəlişində “Xankəndi” yazmalı idi. Digər tərəfdən, axı dəfələrlə bəyan edilib ki, Azərbaycanda  Dağlıq Qarabağ adda ərazi vahidi yoxdur. Bunlar keçmişdir. Bəs onda TASS niyə keçmişdə qalmaq istəyir? Görünür, Rusiyanın rəsmi informasiya agentliyinin - köhnə TASS-ın yeni reallıqları qəbul etmək istəməməsinə yenə də imperiya təfəkkürü mane olur. Heyhat, reallığı qəbul etmək lazımdır, zamanı geri döndərmək mümkün deyil...

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Avqust 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see447

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see267

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see242

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see221

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see216

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see198

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see193

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see186

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see186

Tramp Hörmüzə görə kompensasiya gözləyir

14 İyul 2026 08:52see175

Bakıda işıq kəsiləcək Bu ərazilərdə

14 İyul 2026 08:53see163

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see160

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see158

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see157

Türkiyədəki o dəhşətli gecədən 10 il keçdi

15 İyul 2026 02:02see156

Fransız qadınların 50 yaşında 20 yaşındakı kimi görünməyinin sirri

15 İyul 2026 04:04see156

“İslamabad sazişi başa çatdı”

15 İyul 2026 07:00see153

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see153

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see152

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri