Icma.az
close
up
RU
Köhnə hamam, köhnə tas... KÖŞƏ

Köhnə hamam, köhnə tas... KÖŞƏ

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, avrokuboklarda 3-cü təsnifat mərhələsinin cavab oyunları geridə qaldı və ənənəvi mənzərə ilə üzləşdik. Yenə “Qarabağ”dan başqa bütün klublarımız, daha doğrusu, Konfrans Liqasında iştirak edənlər pley-offa vəsiqə qazana bilmədi. Halbuki bu mövsüm fərqli olacağına ümidimiz əvvəlki “futbol illəri”ylə müqayisədə çox idi.

Bəli, kasıbın nəyi olmasa da, yaxşı xəyalları olur və klublarımızın əksəriyyətinin peşəkarlıqdan kasıb olması bizim də ümiddən, inamdan kasıb qalmağımızla nəticələnir. Belədə bilmirik “kasıbın dərdini yuxu aparar” məsəlinə qulaq verib özümüzü yatmışlığa vuraq, yoxsa “ümid sonda ölür” deyib gözümüzü növbəti mövsümə dikək. Hər halda, indi mühakimə vaxtıdı.
Söhbət qınamaqdan gedirsə, təbii ki, “Qarabağ” bu siyahının sonunda olmalıdı. O başqa məsələ ki, Ağdam təmsilçisi hələ də legioner mərkəz hücumçusu almadığına görə tənqid olunur. İcazənizlə, biz də bu axına qoşulmaq istəyirik. Azı ona görə ki, klub prezidenti Tahir Gözəl “Liverpul” və PSJ-ni Bakıda görmək istəyir. Bəllidi ki, “Qarabağ” ayağını yorğanına görə uzatmaq, avrokuboklarda növbəti qələbələrini qazanmaq, başqa sözlə, Avropadakı uğurlarına uğur qatmaq istəyirsə, Çempionlar Liqasının əsas mərhələsini ağlının ucundan belə keçirməməlidi. Ancaq başqa reallıqları, tarixi uğuru, bu mərhələyə yüksələcəyi halda qazanacağı pulu, adının birgə çəkiləcəyi klubların səviyyəsini nəzərə alsaq, məlum hədəf şirin xəyaldı və bəlkə də gerçəkləşməsinə sayılı günlər qalıb! İş ondadı ki, futbolumuz belə böyük uğurun astanasında ola-ola, ağız dadıyla sevinə bilmirik. Necə deyərlər, burda Kərəmi ağlamaq tutur. Daha doğrusu, “Araz-Naxçıvan”la “Sabah”ın biabırçı məğlubiyyətlər üzündən Konfrans Liqasında mübarizəni dayandırması yada düşür...
Sən Allah, o boyda həngamə buna görə idi? 2024/25 “futbol ili” ərzində keçirilən matçlar öz yerində, xarici ölkələrdə təlim-məşq toplanışları, bahalı heyətin qurulması, bəh-bəhlə təqdim edilən legioner futbolçular, kreativ posterlər, ev oyunlarında minlərlə azarkeşin çəkdiyi əziyyət və daha nələr-nələr… Biratımlıq barıt imiş? Yunanıstan və Cənubi Kiprə yollanmaq üçün çarter reysinə pul tapa bilməyən “Araz-Naxçıvan”ın dərdinə yanasan, yoxsa sözün əsl mənasında, hansısa çatışmazlığı olmayan “Sabah”ın “doğma divarlar” arasında üzləşdiyi acınacaqlı məğlubiyyətə? Öz aramızdı, “Omoniya” üç ildi bizimkilərə yerini göstərir. Elmar Baxşıyevin “Qəbələ” və “Araz-Naxçıvan”ını, Rəşad Sadıqovun “Zirə”sini əzişdirən Cənubi Kipr təmsilçisinə “diş göstərə” bilmirik. “Bayquşlar”, ümumiyyətlə, sabitlikdən kənardadı. Tez-tez baş məşqçi dəyişən Masazır təmsilçisi gah şirə dönür, gah da kol dibində gizlənən dovşanı xatırladır!
Təbii ki, “Zirə”ni unutmaq olmaz. “Qartallar” Xorvatiya “Hayduk”uyla oyunlarda nə yuxarıdan uça bildi, nə də rəqibə caynaq keçirdi. İstənilən halda, komandanın döyüşkən oyun göstərdiyini, zədəlilərin çoxluğunu, ötən mövsümdəki iki aparıcı futbolçunun – Salifu Suma ilə Rafael Utziqin məlum durumunu nəzərə alsaq, Rəşad Sadıqovu və kollektivini bağışlamaq, hətta inamlı mübarizəyə görə təşəkkür etmək olar. Ancaq “Araz-Naxçıvan”la “Sabah” təşəkkürə layiq deyil. Əksinə, Elmar Baxşıyev komandasının bir mərhələdə buraxdığı 9 qola, Valdas Dambrauskas isə komandasının göstərdiyi cəsarətsiz oyuna görə azarkeşlərdən üzr istəməliydi! Təəssüf ki, hələ futbolumuzda bu mədəniyyət inkişaf etməyib. Nə “qırmızı-ağlar”, nə də “bayquşlar” məsuliyyətini dərk edir, “üzgünük...”, “təəssüf ki...”, “təcrübə...” kimi ifafələrin kölgəsinə sığınmaq isə inkişafa yox, eyni acınacaqlı mənzərənin hər il təkrarlanmasına gətirib çıxarır və yenə belə oldu: “Qarabağ” Avropa meydanlarında tək qaldı. Ölkəmiz avrokubokların əsas mərhələsində iki komanda ilə (“Qarabağ” və “Qəbələ”) sonuncu dəfə 2016/17 mövsümündə təmsil olunub. Utanmayaq, nə edək? Utanmadan çempionata köklənək?
Dözək... Hələ təmsilçimiz də var, təsəllimiz də. Ümid edək ki, “Qarabağ” “Ferentsvaroş”u keçib daha bir tarixi uğura imza atacaq. Özü də əzə-əzə. Ona görə ki, “köhlən atlar”ı Ermənistan təmsilçisi kimi təqdim edən Macarıstan klubuna yerini göstərməyin başqa yolu yoxdu!
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Avqust 2025 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see579

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see329

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see322

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see301

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see288

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see274

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see264

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see258

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see258

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see253

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see252

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see246

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see246

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

29 Avqust 2026 20:25see232

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see224

Çin Rusiyadan müalicəvi palçıq almağa başlayacaq

29 Avqust 2026 16:09see212

Neft bazarı ÇALXALANA BİLƏR Müharibələr və ABŞ Venesuela sazişi nə vəd edir?

29 Avqust 2026 18:58see210

Qızıl bazarında qiymətlər yenidən kəskin dəyişdi (Video)

29 Avqust 2026 23:15see185

“Əsrin müqaviləsi”nin “Faza 1” mərhələsi

29 Avqust 2026 16:04see182

“Hər şey şəkildi...”

29 Avqust 2026 16:16see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri