Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Əziz qonaq Tərlanə Yaqubqızı yazır

Əziz qonaq Tərlanə Yaqubqızı yazır

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Bu gün xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin anım günüdür.

2003- cü ilin soyuq dekabr  günündə o, əbədiyyətə qovuşdu. Elə bilirəm ki, o ilin dekabrında  hava indikindən çox- çox soyuq, şaxtalı olub. Yadımda  qalan bu idi ki, xalq acı göz yaşları içərisində öz rəhbərini son mənzilə yola salırdı. O nəhəng izdihamın içində mən də vardım, ürəyimdə də  bu misralar:
Başının üstündə bayraq ağlayır,
Ayağın altında torpaq ağlayır.
Bu Vətən ağlayır, bu xalq ağlayır.
Çiçəklər ağlayır məzarın üstə.
Əbədi heykəlsən ürəyimizdə...

Bəli, o, ürəyimizdə əbədi heykəlini qoyub getdi.

Tarixdə çox şəxsiyyətlər olub. Amma zamanla bir çoxlarının heykəllərinin uçurulub sındırıldığını, yerlə- yeksan olunduğunu gördük.

Bu heykəli heç kəs məhv edə bilməz. Buna heç kəsin gücü çatmaz. Çünki bu heykəl onun qurucusu olduğu yeni Azərbaycanın ürəyində bərqərar olub.

Xalqın böyük sevgisi bu heykəli zamanın bütün sınaqlarından, təbiətin bütün fəlakətlərindən qorumağa qadirdir.
Xalq onu sevirdi.

Çünki o, xalqın içindən çıxmışdı.
Çünki o, sadə zəhmətkeş ailəsində böyümüşdü.
Buna görə də sadə idi. Həm də əzəmətli.
Buna görə də sadə xalqın arzu və istəklərindən xəbərdar idi. 

Mən də o sadə xalqın nümayəndəsiyəm. Atam fəhlə baba idi. Altı nəfərdən ibarət olan ailəmiz əmimin bizə verdiyi darısqal bir otağa sığınmışdı.

Anam hər dəfə giley- güzar edəndə atam deyirmiş:

- Düzələr. O kişi kömək edər!

Mən o vaxt çox balaca idim. 1974-cü ilin mayında  babamın Mərkəzi Komitəyə yazdığı ərizədən sonra ailəmiz  Gənclik metrosuna yaxın ərazidə dörd otaqlı geniş mənzillə təmin olundu. O gün bizim evdə böyük şadyanalıq keçirilib.  Babamın Heydər Əliyevə yazdığı məktubun bir surətini anam biz tələbə yaşına çatana qədər əzizləyib saxlayıb. İndi də namazda onun ruhuna dualar edir.

Bir də  səksəninci illərin sonunda ermənilər bizə qarşı təxribata başlayanda  atamdan bu sözləri eşitdim:

-Düzələr. O kişi gəlsə, hər şey düzələr!

Bəli, atam həmişəki kimi haqlı imiş! 

O öz gəlişi ilə sönüb öləziməkdə olan ümidləri yenidən yandırdı. Parçalanmaq təhlükəsi ilə üz- üzə qalan Vətənimizi milli qəhrəman kimi qorudu, vətəndaş müharibəsinə son qoydu,  atəşkəsə nail oldu, iqtisadiyyatımızı gücləndirmək üçün ölkəyə investorlar cəlb etdi, "Əsrin müqaviləsi"ni imzaladı. Bütün bunlar  bugünki möhtəşəm qələbəmizə  doğru atılan addımlar idi.

Peşəm mədəniyyətlə, təhsillə bağlı olduğundan mən Heydər Əliyevin bu sahədə necə böyük işlər gördüyünü vurğulamaq istəyirəm.

O, hələ 1969-cu ildə ilk dəfə hakimiyyətə gələndə Azərbaycan gənclərinin qayğısına qalıb. Ali məktəblərə  qəbul zamanı "Bilik yeganə meyardır" şüarını irəli sürüb. Qocaman oxucumuz Tohid müəllim mənə danışırdı ki, yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən sonra o,  illərlə arzuladığı hüquq fakültəsinə daxil olub. 

Yadımdadır, o vaxt ümummilli liderimiz  azərbaycanlı  tələbələri xaicdə oxumağa göndərir, onların qayğısına qalırdı. 
O da yadımdadır ki, tetr tamaşalarının premyarasında iştirak edir, səhnə arxasında aktyor heyəti ilə görüşüb onların problemləri ilə maraqlanırdı.

O, ixtisasca memar olsa da  poeziyanı şairlərdən, teatrı tənqidçilərdən, kinonu  kinoşünaslardan yaxşı bilirdi.  Bu nə mübaliğədir, nə gəlişigözəl sözlər. Onun mədəniyyətlə, ədəbiyyatla bağlı tədbirlərdə etdiyi o gözəl çıxışlar hamımızın yadındadır.

Milli kinomuzun "Nəsimi", "Dədə Qorqud", 

"Babək", "İstintaq",  "Bir cənub şəhərində" kimi inciləri məhz onun təşəbbüsü ilə çəkilib.

Onun Azərbaycan Milli Kitabxanasına dörd dəfə gəlişi, öz şəxsi kitabxanasından 300 kitabı fondumuza bağışlaması elmə, mədəniyyətə verdiyi yüksək qiymətin göstəricisi idi. Çox təəssüf ki, o vaxt mən milli kitabxanada çalışmamışam. Amma qocaman əməkdaşlarımız o günü toy- bayram kimi xatırlayırlar, çünki uzaqdan- uzağa sevdikləri şəxsiyyəti iş yerində üzbəüz görmək böyük xoşbəxtlik idi. O, kitabxanamızın ən əziz, ən unudulmaz qonağı idi.

Milli kitabxananın foyesində Heydər Əliyev guşəsi yaradılıb. Hər dəfə işə gedib- gələndə o guşənin qarşısından keçirəm . Mənə elə gəlir ki, o, özü də burada, bizim aramızdadır,  buradakı qaynar həyata, oxuyan gənclərə baxıb sevinir. 
Onun  kövrək, titrək səslə söylədiyi "AZƏRBAYCAN"  şeiri  yadıma düşür: 

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən.
Anam, doğma Vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Ruhun şad olsun, böyük AZƏRBAYCANLI!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:341
embedMənbə:https://adalet.az
archiveBu xəbər 12 Dekabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see554

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see412

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see401

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see383

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see362

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see361

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see321

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see268

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see258

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see245

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see242

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see236

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see229

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see227

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see209

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see207

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see206

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see206

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see200

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri