Köhnə Günəşlidən “Sədərək”ə avtobus işləyəcək
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Sabahdan Bakıda E2 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.
Bu barədə Modern.az-a Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Köhnə Günəşli qəsəbəsinin Səməd bəy Mehmandarov küçəsini “Sədərək” ticarət mərkəzi ilə əlaqələndirən marşrut üzrə Neapol və Ukrayna dairələri, Ramiz Quliyev küçəsi (Nargilə dairəsi), 8 Noyabr prospekti (Bakı İstilik Elektrik Mərkəzi), 2 saylı “ASAN Xidmət”, Zərifə Əliyeva küçəsi (“Sahil” metrostansiyası), Azneft dairəsi və Bibiheybət məscidi aralıq dayanacaq məntəqələri kimi təyin edilib.
Marşrut üzrə avtobuslar 15 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək, gediş haqqı isə 0.50 AZN müəyyən edilib.

Sabahdan Köhnə Günəşlidən “Sədərək”ə marşrut avtobusu işləyəcək
18 Noyabr 2024 12:12
Köhnə Günəşlidən “Sədərək”ə ekspres marşrut açılır
18 Noyabr 2024 12:23
Köhnə Günəşlidən “Sədərəy”ə marşrut xətti
18 Noyabr 2024 14:54
Köhnə Günəşlidən “Sədərəy”ə marşrut xətti açılır
18 Noyabr 2024 11:51

