Icma.az
close
up
RU
“Köhnə qitə”də siyasi BÖHRAN Avropa dünyadakı söz sahibliyini NECƏ İTİRDİ?

“Köhnə qitə”də siyasi BÖHRAN Avropa dünyadakı söz sahibliyini NECƏ İTİRDİ?

Icma.az bildirir, Bizim media portalına istinadən.

Ukrayna ilə bağlı sülh danışıqları fonunda Avropa İttifaqında siyasi böhran hökm sürür. Xüsusilə də siyasi müstəvidə bu vəziyyət özünü aydın şəkildə büruzə verir.
Təhlükəsizliyi başqa ölkəyə əmanət edəndə...
Artıq aydın şəkildə görünür ki, “köhnə qitə”nin təhlükəsizliyi tamamilə ABŞ-dan, onun liderinin tutacağı mövqedən asılıdır. Bu səbəbdən, ABŞ-ın Ukraynada sülh üçün əlindən gələni etməsi, Avropada panikaya səbəb olub. Rusiyanın Aİ-yə hücumundan qorxan Avropa ölkələri təhlükəsizliklərini təmin etmək üçün əl-ayağa düşüblər.
 

Avropa üçün belə acınacaqlı vəziyyətin yaranması bir çox faktorların ümumi nəticəsidir. Lakin əsas səbəb köhnə qitədəki lider böhranıdır. Fransa, Almaniya başda olmaqla əksər Aİ üzvlərinin liderləri lazımi vaxtda yetərli siyasi iradə nümayiş etdirə bilmədilər. İndi – təhlükə qapını döyəndə təcili hərəkətə keçsələr də, nəticə ürəkaçan deyil.


Üstəlik, Avropa İttifaqının siyasi iradəsizliyi Ukrayna məsələsində onların söz sahibi olmaq imkanlarını da minimuma endirib.
“Güclü bəndlər bir araya toplananda, güclü komanda olmur”
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, hazırda Aİ ölkələri sistemli böhran vəziyyətindədir:
“Müasir dönəmi  böhran dönəmi kimi səciyyələndirirlər ki, buna da xeyli əsaslar var. Avropa isə sistemli böhran vəziyyətindədir. Bəzi ölkələrdə daxili tənəzzül, iqtisadi geriləmələr zəminində reqressiv, yəni geriyə dönmə tendensiyası hökm sürür. Bu məsələ xüsusən də Avropanın təhlükəsizliyində öz əksini tapır. Məsələ ondadır ki, güclü bəndlər bir yerə yığılanda artıq güclü komanda da olmur”.
Ekspert qeyd  edib ki, Avropa İttifaqında 27 ölkənin olmasına baxmayaraq, özlərini birinci dərəcəli kateqoriyaya aid edənlər - Fransa, İtaliya və Almaniya, sözün əsl mənasında iddia irəli sürsələr də, onu reallaşdırmağa nə strateji resursları, nə də siyasi məharətləri çatır:
“Bu fonda liderlər böhranı özünü açıq şəkildə göstərir. Keçid dövrlərində güclü liderlərin olmaması, onların standartlara cavab verməməsi milli faciənin təməlini qoyur. İkinci Dünya Müharibəsi ərəfəsində Böyük Britaniyada Çörçil hakimiyyətə gələnə kimi, ölkədə boşluqlar yaranmışdı. Siyasi elita üzərinə düşən missiyanı yerinə yetirə bilmirdi. Çörçil isə siyasi məharəti, çevikliyilə prosesləri idarə etməyi bacardı. Bunlar onu göstərir ki, siyasi elitanın başında güclü, bacarıqlı, uzaqgörən insanlar olmalıdır”.
Politoloq deyir ki, Avropada proses artıq taleyin hökmünə buraxılıb:
 

“Nəticədə hərc-mərclik, boşluqlar, geriləmələr başlayır. Makron, Starmer bir o qədər də güclü siyasətçi deyillər. Onlar hamısı şagird kimi Trampın gedişlərini izləyirlər. Tramp isə onları aşağılamaqla ayrılıqda onların heç kim olduğunu ortaya qoydu. Ukrayna-Rusiya qarşıdurmasına, iqtisadi böhranın qarşısının alınması, miqrasiya problemləri kimi məsələlərə baxanda görürük ki, Avropa liderlərinin əlahiddə, eksklüziv baxışları yoxdur”.


Həmsöhbətimiz düşünür ki, bu gedişlə Avropa İttifaqı mövqe itirməkdə davam edəcək:
“Onların Ukrayna ilə Rusiya arasında müharibənin davam etməsinə çalışmaları da  göstərir ki, bu liderlər zamanın çağırışları qarşısında acizdirlər. Siyasi meydanda olan birinci şəxslər peşəkar, anti-böhran tədbirlərini həyata keçirə biləcək personalar olmalı, həmçinin danışıqlar aparmaq üçün xüsusi manevr məharətinə malik olmalıdırlar. Avropa liderlərinin isə heç birində bu keyfiyyətləri görmürük. Beləcə böhranla mübarizədə böhran onlara qalib gələcək”.
Rüfət Sultan, Bizim.Media  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:33
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Noyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri