Avropa Müdafiə Fondu yaradılacaq “Köhnə qitə”nin təhlükəsizliyi risk altındadır
Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Almaniyanın xarici işlər naziri Annalena Baerbok Avropa qitəsinin təhlükəsizliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün Avropa Müdafiə Fondunun yaradılmasını təklif edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, təklif bu gün açıqlanıb.
Baerbok bildirib ki, Avropa İttifaqının Sabitlik və İnkişaf Paktının zəiflədilməsi üzv dövlətlərə milli müdafiə xərclərini artırmağa imkan verən mühüm addım olacaq. Bununla belə, o qeyd edib ki, təkcə bu tədbir bütün ölkələr üçün kifayət olmaya bilər. Bu problemi effektiv həll etmək üçün Baerbok Avropa müdafiə fondunun yaradılmasının zəruriliyini vurğuladı. Onun fikrincə, belə bir fond Avropanın müdafiə infrastrukturunu gücləndirmək üçün lazımi dəstəyi verə bilər.
Xatırladaq ki, əvvəllər də oxşar təkliflər verilsə də həmin təkliflər dəstəklənməmişdi. Lakin indi vəziyyət fərqlidir və Avropanın müdafiəsinin, təhlükəsizliyinin gücləndirilməsinə ehtiyac var.
Vasif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 26 Fevral 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















