Icma.az
close
up
RU
Yeni hərbi gərginlik, köhnə siyasi böhran

Yeni hərbi gərginlik, köhnə siyasi böhran

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vaşinqton və Tehran arasında yeni toqquşma gözlənilir

ABŞ və İran arasında bir aydan artıq davam edən nisbi sakitlik avqustun 30-da başa çatıb. ABŞ qüvvələri İranın Hörmüz boğazında yerləşən Larak adasında iki raket buraxılış qurğusuna zərbə endirib. Vaşinqton rəsmisinin “Reuters”-ə verdiyi məlumata görə, bu, ABŞ-ın iyulun sonundan bəri İra­na qarşı həyata keçirdiyi ilk məlum zərbə olub. ABŞ tərəfi əməliyyatı İranın Hörmüz boğazında minalardan istifadə etməyə hazırlaşması ilə əlaqələndirib.

İranın İnqilab Keşikçiləri Korpusu zərbəni təsdiqləyərək Larak adasında it­kilərin olduğunu deyib. Tehranın cavabı uzun çəkməyib. İran İnqilab Keşikçiləri ABŞ-ın İordaniyada yerləşən hərbi ob­yektlərinə ballistik raketlərlə zərbə endir­diyini açıqlayıb. ABŞ mənbələri hücum zamanı raketlərin demək olar ki, hamısı­nın hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirildiyini və ciddi zərərin qeydə alınmadığını bildirib. İordaniya or­dusu da ölkənin hava məkanına daxil olan səkkiz raketin vurulduğunu açıqlayıb. Rəs­mi məlumatda raketlərin mülki şəxslər və obyektlər üçün təhlükə yaratmadan məhv edildiyi bildirilib.

Yəni, qarşıdurmanın coğrafiyası daha da genişlənib. Avqustun 31-də isə Birləş­miş Ərəb Əmirlikləri İran istiqamətindən gələn bir PUA-nın ölkənin ərazi suları üzərində ələ keçirildiyini açıqlayıb. BƏƏ Müdafiə Nazirliyinin məlumatına görə, in­sident nəticəsində zərər qeydə alınmayıb. Əbu-Dabi hadisəni ölkənin suverenliyinə və təhlükəsizliyinə qarşı “təhlükəli eskala­siya” kimi qiymətləndirib. ABŞ prezidenti Donald Tramp isə İranın cavab hücumun­dan sonra Vaşinqtonun yeni zərbələr endirə biləcəyinə işarə edib. Tramp ABŞ qüvvələ­rinə qarşı hücumlara cavab veriləcəyini və İranın “sərt” şəkildə vurulacağını bildirib. Bununla da son həftələrdə atəşkəsə yaxın vəziyyətin yenidən açıq hərbi qarşıdurma­ya çevrilməsi ehtimalı artıb.

Qarşıdurmanın ən diqqətçəkən məqamlarından biri İranın əsas neft ixrac mərkəzi olan Xark adası ətrafında yaranıb. Tramp sosial şəbəkədə Xark adasının “da­ğıdıldığını” göstərən video yayıb. Lakin “Reuters”-in araşdırması və ABŞ rəsmi­sinin açıqlaması göstərib ki, həmin gecə ABŞ qüvvələri Xark adasını hədəfə alma­yıb. Paylaşılan görüntünün süni intellektlə yaradıldığı müəyyənləşdirilib. ABŞ vit­se-prezidenti Ceyms Devid Vens də sonra­dan Trampın bu paylaşımı ilə İrana “mesaj göndərmək” istədiyini bildirib. 

* * *

Hərbi eskalasiyanın iqtisadi nəticələri də hiss olunmağa başlayıb. Qarşıdurma­nın əsas mərkəzlərindən biri olan Hörmüz boğazında gəmiçilik ciddi şəkildə zəiflə­yib. Son məlumatlara görə, bazar ertəsi boğazdan cəmi beş əmtəə gəmisi keçib, dördü boğaza daxil olub, biri isə çıxıb. Sö­zügedən göstərici əvvəlki 10 günlük orta göstəricidən təxminən üç dəfə aşağıdır və keçidlər arasında maye yük daşıyan tanker olmayıb. 

Qarşıdurmanın ən son və təhlükəli nə­ticəsi isə Hörmüz boğazında kommersiya gəmiçiliyinin yenidən risk altına düşməsi­dir. Sentyabrın 1-də boğazdan çıxan tanker naməlum mərmilərlə vurulub, daha bir tan­ker isə saxlanılaraq hərəkətsiz vəziyyətə gətirilib. Hələlik bu insidentlərin heç bi­rinə görə məsuliyyətin kimin, hansı tərəfin daşıdığı rəsmən elan edilməyib. Görünür, ABŞ–İran qarşıdurması qlobal enerji və ticarət təhlükəsizliyi baxımından da ciddi nəticələr yaradır.

N.BEYDIYEVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Sentyabr 2026 00:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri