Icma.az
close
up
RU
Köhnə tikililər söküləcək, yeni binalar inşa ediləcək Baş planın detalları

Köhnə tikililər söküləcək, yeni binalar inşa ediləcək Baş planın detalları

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən ay Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Qovlar şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib.

“Qafqazinfo”nun məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanan sənəd Qovların ilk strateji inkişaf konsepsiyası olmaqla şəhərdə müasir və komfortlu yaşayış mühitinin yaradılması, kənd təsərrüfatı torpaqlarının qorunması və tarixi kimliyin saxlanmasını hədəfləyir.

Tovuz rayonunun ərazisində yerləşən Qovlar 2012-ci ildən şəhər statusu daşıyır. Təsdiqlənmiş plana əsasən, burada 2027-ci ildən etibarən yeni yaşayış massivlərinin tikintisinə başlanılacaq. Xüsusilə şəhərin mərkəzində köhnə tikililər sökülərək, onların yerində 5-8 mərtəbəli müasir yaşayış kompleksləri inşa ediləcək.

Proqnozlara əsasən, 2027-ci ilə qədər şəhər əhalisinin sayı 17 min, 2040-cı ilə qədər isə 20 min nəfərə çatacaq. Bununla əlaqədar olaraq, yaşayış fondu 1,5 dəfə artacaq, adambaşına düşən yaşayış sahəsi isə 20 kvadratmetrdən 25 kvadratmetrə qədər yüksələcək. Ümumilikdə 192 min kvadratmetr yeni yaşayış sahəsinin tikintisi nəzərdə tutulur ki, bunun 117 min kvadratmetri birinci inkişaf mərhələsinə aiddir. Şəhərdə yeni yaşayış fondunun əsasını azmərtəbəli çoxmənzilli binalar təşkil edəcək.

Eyni zamanda, sosial infrastrukturun genişləndirilməsi planlaşdırılır. Belə ki, məktəblərdə şagird yerlərinin sayı 2544-dən 2910-a qədər artırılacaq, uşaq bağçalarının tutumu isə 170 nəfərdən 1200 nəfərə çatdırılacaq ki, bu da əhalinin artan tələbatını tam qarşılayacaq.

Bütün ölkə ərazisində olduğu kimi, burada da ekoloji tarazlığın qorunması əsas prioritetlərdən biridir. Bu məqsədlə zərərli təsirə malik sənaye və nəqliyyat obyektlərinin yaşayış zonalarından kənarlaşdırılması, rekreasiya zonalarının sahəsinin 8,7 hektardan 19 hektara qədər genişləndirilməsi nəzərdə tutulur. Bu tədbirlər şəhərin ekoloji yükünün azaldılmasına və sakinlərin həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib.

Küçə-yol infrastrukturunun inkişafı da planda öz əksini tapıb. Bu məqsədlə küçə və yol şəbəkəsinin ümumi uzunluğu 107 kilometrə çatdırılacaq. Layihələndirmə zamanı şəhərin bütün məhəllələrinin xidmət sahələrinə bərabər çıxış imkanı təmin ediləcək. İlk mərhələdə 5 kilometrdən artıq velosiped yollarının salınması nəzərdə tutulur. Bu isə gələcəkdə velosiped marşrutlarının genişləndirilməsi və ekoloji nəqliyyat mühitinin təşkili üçün baza rolunu oynayacaq.

Şəhərdə dəmir yolu nəqliyyatı ilə inteqrasiya olunmuş müasir bir logistik mərkəz də yaradılacaq. Bu mərkəz sənaye və kənd təsərrüfatı məhsullarının qəbul edilməsi, saxlanması və daşınmasında mühüm rol oynayacaq, şəhərin iqtisadi dövriyyəsini əhəmiyyətli dərəcədə gücləndirəcək.

Eyni zamanda, Qovlar şəhərində sənaye potensialının artırılması nəzərdə tutulur. Belə ki, mövcud müəssisələrin genişləndirilməsi ilə yanaşı, səkkiz yeni sənaye obyektinin yaradılması planlaşdırılır. Yeni sənaye zonası təkcə şəhərin iqtisadi inkişafına deyil, eyni zamanda məşğulluğun artmasına mühüm töhfə verəcək.

Qovlarda “yaşıl” turizm, etnoturizm və ekoturizm kimi alternativ sahələrin təşviqi və müasir istirahət zonalarının yaradılması da diqqət mərkəzindədir. Bu həm yerli sakinlər, həm də şəhərin qonaqları üçün yeni istirahət imkanları yaradacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Avqust 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see627

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see318

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see307

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see300

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see297

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see295

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see282

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see268

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see263

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see254

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see248

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see239

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see234

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see234

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see234

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see230

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see228

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see226

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri