Icma.az
close
up
RU
Köhnə tikililərdə qiymət zəifləməsi struktur tendensiyadır ŞƏRH EDİLDİ

Köhnə tikililərdə qiymət zəifləməsi struktur tendensiyadır ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Son dövrlərdə xüsusilə sovet dövründə inşa edilmiş “xruşovka” və “leninqrad” layihəli binalarda qiymət dinamikasında nisbi zəifləmə müşahidə olunur. Bu enmə kəskin və kütləvi xarakter daşımır, lakin yeni tikililərlə müqayisədə köhnə tikililərin bazar mövqeyi zəifləyib və bu, müəyyən seqmentlərdə qiymətlərin ya sabit qalmasına, ya da real ifadədə geriləməsinə səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında ekspert Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, bu prosesin bir neçə əsas səbəbi var: "İlk növbədə, ipoteka mexanizmlərinin şərtləri mühüm rol oynayır. Dövlət ipotekası və güzəştli kredit proqramları daha çox çıxarışlı, texniki göstəriciləri daha uyğun olan və banklar üçün likvid sayılan mənzillərə yönəlir. Köhnə tikililərdə isə sənədləşmə, texniki vəziyyət və planlaşdırma xüsusiyyətləri səbəbindən bankların yanaşması daha ehtiyatlı olur. Bu isə alıcıların seçimində yeni tikililərə üstünlük verilməsinə gətirib çıxarır. İkinci mühüm amil bazarda yeni tikililərin artmasıdır. Son illər böyük şəhərlərdə, xüsusilə paytaxtda genişmiqyaslı yaşayış kompleksləri istifadəyə verilib. Yeni layihələr daha müasir planlaşdırma, yeraltı dayanacaq, təhlükəsizlik sistemi və sosial infrastruktur vəd edir. Alıcı psixologiyasında “yeni və komfortlu” anlayışı üstünlük təşkil etdiyindən, köhnə fonda maraq nisbətən azalır və bu da qiymət təzyiqi yaradır. Urbanizasiya və şəhərsalma siyasəti də mühüm faktordur. Bəzi ərazilərdə köhnə binaların sökülməsi və yenidənqurma planları mövcuddur. Bu, paradoksal olaraq iki istiqamətli təsir göstərir: bir tərəfdən söküntü gözləntisi olan ərazilərdə qiymətlər süni şəkildə yüksələ bilir, digər tərəfdən isə risk və qeyri-müəyyənlik səbəbindən alıcılar ehtiyatlı davranır və tələbat azalır. Ümumilikdə isə köhnə fondun uzunmüddətli perspektivdə mərhələli şəkildə bazardan sıxışdırılması tendensiyası müşahidə olunur.

Alıcılıq qabiliyyəti də qiymət dinamikasına birbaşa təsir edir. Gəlirlərin artım tempi ilə mənzil qiymətlərinin artımı arasında balans pozulduqda, xüsusilə orta gəlirli ailələr daha sərfəli və ipotekaya uyğun variantlara yönəlir. Köhnə tikililər bir vaxtlar daha əlçatan hesab edilsə də, hazırda onların qiymətləri ilə təklif etdiyi şərait arasında uyğunsuzluq yarandıqda bazar korrektəsi qaçılmaz olur. Bu prosesin uzunmüddətli və ya müvəqqəti olması məsələsinə gəldikdə isə, hesab edirəm ki, burada struktur xarakterli dəyişikliklər baş verir. Yəni söhbət qısamüddətli dalğalanmadan yox, bazarın keyfiyyət transformasiyasından gedir. Köhnə tikililər tamamilə dəyər itirməyəcək, çünki onların yerləşdiyi mərkəzi ərazilər həmişə cəlbedici qalacaq. Lakin yeni tikililərlə qiymət fərqi artdıqca, köhnə fond daha çox sosial və iqtisadi baxımdan aşağı və orta seqmentin bazasına çevriləcək.

Müşahidə olunan enmə daha çox bazarın struktur dəyişməsi və alıcı prioritetlərinin yenilənməsi ilə bağlıdır. Bu, müvəqqəti korrektədən çox, mərhələli və selektiv xarakter daşıyan uzunmüddətli tendensiya kimi qiymətləndirilə bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Fevral 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri