Icma.az
close
up
RU
Köhnə partiya modeli artıq işləmir ŞƏRH EDİLDİ

Köhnə partiya modeli artıq işləmir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Siyasi partiyaların zamana uyğunlaşdırılması vacibdir. Mən bu məsələ ilə bağlı təxminən 15 il əvvəl ayrıca yazı da yazmışdım, xüsusilə AXCP ilə bağlı. Çünki Azərbaycan Xalq Cəbhəsi bir hərəkat olaraq Milli Azadlıq Hərəkatı kimi meydana çıxmışdı". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Onun qarşısına qoyulan vəzifə Azərbaycanın müstəqilliyinə nail olmaq idi. 1991-ci ildə Azərbaycan müstəqilləşdi və bundan sonrakı mərhələdə biz düşünürdük ki, artıq o təşkilat gözlənilən missiyasını yerinə yetirib və bununla da tarixə qovuşmalıdır.

Təəssüflər olsun ki, sonrakı mərhələdə bu baş vermədi, əksinə, onu partiyaya çevirdilər. Partiyaya çevrilməsi bir tərəfdən, digər tərəfdən də içində baş verən proseslər Azərbaycan siyasi səhnəsini eybəcərləşdirməyə başladı və ard-arda gedən proseslər nəticədə siyasi səhnədə dözülməz bir vəziyyət yaratdı. Ona görə də mən həmin vaxt “Xalq Cəbhəsi arxivə” başlığı ilə yazı yazmışdım və düşünürdüm ki, o təşkilat daha da gözdən düşməmək üçün özünü buraxmalı, siyasi iddiası olan rəhbərləri isə yeni siyasi təşkilat qurub yeni dövrə uyğun fəaliyyət göstərməlidirlər.

Əlbəttə, buna görə müzakirə açmaq istəmədilər, əksinə, partiyanın üzvləri və tərəfdarları məni uzun müddət tənqid etdilər. Hətta bu gün də bu cür fikirlərə görə söz-söhbət edənlər var. Halbuki mənim məqsədim partiyaların bağlanması deyildi, əksinə, yenilənməyə çağırış idi. Günümüzdə də bir daha əmin oluruq ki, Azərbaycanda siyasi partiyaların yenilənməsinə ciddi ehtiyac var. Pozucu fəaliyyətlər göz önündədir, bəzilərinin hətta Moskvaya və Tehrana bağlı fəaliyyətlərini artıq bütün ölkə görür.

Belə bir şəraitdə durub AXCP kimi, yaxud ona bənzər partiyaların siyasi palitrada qalması doğru deyil. Ümumiyyətlə, belə bir fikrimiz də var ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra, misal üçün, Müsavat və AXCP kimi partiyaların rəhbərləri bir dəfə də olsun o torpaqlara getməyiblər və təəccüblüdür ki, onlarla birlikdə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev də bir dəfə də olsun həmin torpaqlara ayaq basmayıb. Burada gizlənən səbəb nədir, görəsən? Necə olur ki, 10 illərlə həsrətini çəkdiyimiz torpaqlara bu adamlar getmək istəmirlər?

Ona görə də düşünürəm ki, siyasi palitraya yenidən nizam vermək lazımdır. Artıq hakimiyyət-müxalifət məsələlərini vətən-dövlət məsələlərindən ayıra biləcək siyasi qüvvələrin meydanda olması vacibdir; istər müxalifət, istər iqtidar cəbhəsində. İqtidar cəbhəsinə yaxın partiyalar arasında da ciddi ələmə aparmaq lazımdır. Ümumiyyətlə, Azərbaycanda bu qədər partiyanın olmasını anlaya bilmirəm. Bəzən deyirlər ki, sayı 50-ni keçib. Bu qədər kiçik ölkədə bu qədər partiya nə işlə məşğuldur? Hardadırlar? Azərbaycanın milli davası olanda bu partiyalar dünyaya necə təsir edirlər? Bu suallar açıq qalır. Amerika sistemi kimi iki partiyalı sistem Azərbaycanda bərqərar olarsa, bir tərəfində müxalifət, digər tərəfində iqtidar olmaqla, ümumi siyasi yetkinliyimiz yüksələ bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Noyabr 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri