Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Ölkədə orta təbəqənin zəifləməsi də sosial struktur baxımından ciddi problemdir ŞƏRH EDİLDİ

Ölkədə orta təbəqənin zəifləməsi də sosial struktur baxımından ciddi problemdir ŞƏRH EDİLDİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Son bir əsr yarımdır ki, Azərbaycanda sosial bərabərlik məsələsi ilə bağlı ya rəsmi səviyyədə, ya da ümumilikdə ictimai müstəvidə müxtəlif cəhdlər və mübarizələr aparılır". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, xüsusilə XX əsrin əvvəllərində dəfələrlə həm düşüncədə, həm də ictimai həyatda təzahür edən üsyanlar, çevrilişlər və inqilabların başlıca səbəbi məhz sosial bərabərlik uğrunda aparılan mübarizə idi: "Əslində, bu proseslərin kökü daha qədim dövrlərə - XVII əsrdən etibarən Avropada baş qaldıran maarifçilik hərəkatına, yəni ikinci renessans adlandırıla biləcək bir mərhələyə dayanır. Bu dövrdə azadlıq, qardaşlıq, sosial bərabərlik kimi prinsiplər ön plana çəkildi və müxtəlif ictimai-siyasi hərəkatların əsas ideoloji dayağına çevrildi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründən tutmuş Sovet Azərbaycanına, oradan da 1990-cı illərdə baş verən azadlıq hərəkatına qədər xalqın əsas tələbi sosial bərabərlik və ümumi hüquqların bərabərliyinə əsaslanırdı. Hətta bəzən yalnız bir neçə ağacın kəsilməsinə etiraz olaraq minlərlə insan meydanlara toplaşır, azadlıq və hüquq tələb edirdi. Sosial bərabərlik təkcə Konstitusiyada qeyd olunan maddələrdən biri deyil, eyni zamanda xalq hakimiyyətinin əsas dayağı kimi çıxış edir. Cəmiyyətin bütün üzvlərini birləşdirən və həmrəylik ruhunu gücləndirən universal prinsip də məhz budur. Azərbaycan cəmiyyətində bu prinsiplərin tətbiqi üçün müəyyən zəminlər yaradılıb. Uşaqlıqdan ali təhsil pilləsinə qədər hər kəsə eyni imkanlar təqdim olunur. İnsanlar bağçadan başlayaraq məktəb, universitet, magistratura, doktorantura və hətta xarici təhsil proqramlarında iştirak edə bilirlər. Əsas odur ki, insan təhsildə, tərbiyədə və ictimai həyatda uğur qazansın.

Sosial bərabərlik həm də tibbi xidmətlər, elmi və mədəni fəaliyyətlər, sosial təminat və pensiya sistemləri vasitəsilə həyata keçirilir. Dövlət aztəminatlı ailələrə yardımlar ayırır, bayramlarda maddi dəstək göstərir və müxtəlif fondlar vasitəsilə onların mənzil və iş problemlərini həll etməyə çalışır. Bütün bunlarla yanaşı, sosial bərabərliyin qarşısında duran iki əsas problem var:

1. Hakimiyyətin formalaşmasında geniş ictimai iştirakın olmaması.

2. Əhalinin məşğulluqla təmin olunmasında çatışmazlıqlar.

Eyni zamanda ölkədə orta təbəqənin zəifləməsi də sosial struktur baxımından ciddi problemdir. Kiçik və orta biznesin inkişafı üçün fondlar, subsidiyalar və layihələr mövcuddur, lakin bu imkanlar yalnız məhdud sayda insanlara çatır. Məşğulluqla bağlı hökumət və beynəlxalq qurumlar arasında əməkdaşlıqlar mövcuddur. Məsələn, Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində insanlara heyvan, kənd təsərrüfatı alətləri və ya kiçik biznes qurmaq üçün avadanlıqlar verilir. Təəssüf ki, bəzi insanlar bu imkanlardan sui-istifadə edir və sonradan sosial bərabərliyin pozulduğundan şikayətlənirlər".

"Digər tərəfdən, sosial bərabərlik rəqəmsal bərabərlik məsələsini də əhatə edir. İnternetə çıxış, rəqəmsal xidmətlər (ASAN, DOST və s.), elektron hökumət portalları bu istiqamətdə mühüm addımlardır. Lakin bu sistemlərin effektivliyi və əlçatanlığı daha da artırılmalıdır.

Nəticə etibarilə, sosial bərabərlik təhsil, səhiyyə, məşğulluq, mədəniyyət, informasiya texnologiyaları və hüquqi bərabərlik sahələrində universal və davamlı şəkildə təmin olunmalıdır. Bu isə yalnız dövlətin deyil, bütün cəmiyyətin birgə səyləri ilə mümkündür" - deyə o, əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 İyun 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri