Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Köklənən dünyanın köklənməyən sakinləri

Köklənən dünyanın köklənməyən sakinləri

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Bu gün bəşəriyyət tarixin ən mürəkkəb və amansız təzyiqləri ilə üz-üzədir. Bəs səbəb nədir? Əsas səbəb müasir dünyanın təqdim etdiyi "mülayim liberalizm" pərdəsi altında insanların mənəvi və intellektual "köklənmədən" məhrum edilməsidir. Bu, təsadüfi bir proses deyil, bilərəkdən dünya mühitini yaradanların, dünyanın nizamını yenidən yazmaq, insan şüurunu manipulyasiya etmək istəyənlərin şüurlu strategiyasıdır. Biz müasir texnologiya və texnoloji inqilabların bəhrələri ilə yanaşı, onun ən ağır fəsadlarını da yaşadığımız bir keçid dövründəyik. Bunun səbəbi ondan ibarətdir ki, Yaradan insanları yaşadıqları mühitə, istədikləri mühitə uyğunlaşdırır. Bu gün mühit smartfonlar, tətbiqlər və süni intellektlə idarə olunur. Bəşəriyyət bu rəqəmsal axından qopa bilmir. Belə bir məqamda uzaqgörən liderlər texnoloji asılılığın fəsadlarını minimuma endirmək üçün qətiyyətli və strateji addımlar atırlar. Onların ideyaları dərin təfəkkürdən doğur və hər bir addım hesablanmışdır. Əsas məqsəd maksimum az zərər, maksimum qorunmadır. Təəssüf ki, kütləvi şüur bəzən bu xilasedici addımları "antidemokratik" damğası ilə qarşılayır və fəlakətə doğru sürətlə irəliləyir. Nə yaxşı ki, bu gün bizim yaşadığımız dünyanın bir parçası olan ölkədə bu mürəkkəb texnoloji və geosiyasi müharibələrin təlatümlərini öncədən görən, onları ustalıqla zərərsizləşdirən müdrik siyasi liderimiz var. O, çox mürəkkəb və çətin qarşısı alınan texnoloji müharibələrin təlatümlərinin amansız ziyanlarını minimuma endirə bilir. Bu strateji qalxanı dəyərləndirmək və ona mənəvi dəstək vermək hər bir dərk edən vətəndaşın vicdan borcudur.
Dəyərli soydaşlar, köklənən dünyanın köklənməyi bacarmayan sakinlərinin taleyini yaşamamaq üçün atılan hər addıma dəstək vermək vacib və mütləqdir. Bu, bir sınaq dövrüdür və biz bu fəlsəfəni yaddaşlarımızda möhkəmləndirməliyik. "Köklənən dünya" inkişaf edən, sistemləşən və yeni qaydalarla yenilənən dünya deməkdir. "Köklənməyən sakinlər" isə bu sürətli transformasiyaya uyğunlaşa bilməyən, daxili və xarici balansını itirmiş, keçmişin stereotiplərində boğulan kütlədir. Bu, bir həqiqətdir. Çünki Dünya inkişaf edir, sistemlər rəqəmsallaşır, lakin bəzi insanlar zehni inkişafdan geri qalaraq yerində sayır. Amma insanlar dəyişə bilmir. Onlar zehni olaraq inkişaf etmir, dəyişənlərə uyğunlaşa bilmir, daxili olaraq yerində sayır və problemi özünküləşdirir. Nəticədə, insan öz problemləri ilə çabalayır. Lakin dəyişən dünyanın səviyyəsinə qalxanlar qalib gəlir və dünya nizamında öz imzasını atır. Əgər qlobal sistem dəyişirsə, düşüncə də ona uyğun dəyişməlidir. Artıq rəqəmsallaşan dünyada çoxtərəfli diplomatiya, yeni iqtisadi və siyasi ittifaqlar formalaşıb. Amma bunu dərk etməyənlər dövlətin dəyişikliklərə uyğun strateji qərarlarını düzgün anlaya bilmir. Manipulyasiyaya açıq olan emosional düşünən kütləni ifadə etməklə məşğul olmaq yanlışdır və dövlət üçün riskdir.
Bu risklərin qarşısını alan qətiyyətli idarəçilik diktatura deyil, milli düşüncəyə əsaslanan suveren demokratiyadır. Bizə bu gün şüurlu, uyğunlaşa bilən və vahid cəmiyyət lazımdır. Bunun üçün dövlətin həyata keçirdiyi bütün addımlar birmənalı şəkildə dəstəklənməlidir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən regional və qlobal siyasət məhz bu "köklənmiş" strategiyanın təzahürüdür.
Möhtərəm Prezident və onun komandası strateji, taktiki və köklənmiş siyasət yürüdür. Nə yazıq ki, cəmiyyətin az bir hissəsi sosial medianın yaydığı təhlükəli təsirlərə inanır. Bu, tamamilə yanlış və təhlükəli düşüncə tərzidir.
Dövlətimiz kompleks və rasional siyasət aparır. Bu siyasəti birmənalı olaraq dəstəkləmək və onun uğrunda mübarizə aparmaq hər bir vicdanlı və ağıllı vətəndaşın borcudur. Boşboğazların və dövlətçilik şüurundan məhrum olanların bu mükəmməl idarəçilik metodunu "avtoritarizm" kimi qələmə verməsi sadəcə acizlikdir. İdarəçilik metodumuz mükəmməlləşdirilib. O boşboğazların, ölkəni məhvə sürükləmək istəyənlərin, kiminsə diktəsi ilə ölkədə xaos yaratmaq istəyən nanəciblərin meydanı daralıb. Məhz buna görə də bu iftira və şantajları artırırlar, lakin onların zənciri artıq qırılıb. Dövlətin uğurları bizim uğurlarımızdır. Dərin strateji xəttimizin sədaları artıq dünyada, dərin və köklü siyasət düşüncəsinə malik olanlar tərəfindən qəbul olunub. Dayaz düşünənlərin fikirləri isə artıq önəm daşımır.
Rusiya–Ukrayna müharibəsində gördük ki, müharibə təkcə silahla aparılmır. Burada kimin haqlı olması ilə təsəlli tapmaq önəm daşımır, böyük geosiyasi maraqlar öndədir.
ABŞ–Çin qarşıdurmasında isə texnologiya, ticarət və geopolitika bir-birinə qarışıb, uzunmüddətli təsirlər aktuallaşıb. Yəni dünya siyasəti getdikcə daha da mürəkkəbləşir və peşəkarların sahəsinə çevrilir. Artıq sadə, emosional düşüncə səviyyəsində qalmaq siyasi kasadlıqdır.
Köklənən dünya strateji analiz və uzunmüddətli plan deməkdir. Təsirlərə sinə gərən baxışları, kökləyən dövlətin gücü ilə cəmiyyətin siyasi şüurunu paralel inkişaf etdirən bir ölkənin siyasi və mənəvi havasını udmağı bizə nəsib edən güclü iradəli liderin ətrafında sıx birləşən cəmiyyətin məğlubiyyət şansı yoxdur. Biz ancaq qalib gələcəyik.
Hər şey Azərbaycan üçün, hər şey Vətən üçün!
Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Mart 2026 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see488

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see459

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see333

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see267

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see247

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see241

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see233

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see229

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see228

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see221

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see214

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see212

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see209

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see206

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see197

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see189

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see180

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see180

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri