Icma.az
close
up
RU
Koksartroz bud çanaq oynağı xəstəliyi

Koksartroz bud çanaq oynağı xəstəliyi

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Koksartroz dayaq-hərəki apparatının xəstlikləri arasında birinci yerlərdən birini tutur.

Bu xəstəlik həmçinin "bud-çanaq oynağının osteoartrozu" adlandırılır. Koksartroz istənilən yaş qrupundan inkişaf edə bilər. Lakin daha tez-tez bu xəstəlik 40 yaşından yuxarı olan insanlarda inkiaşf edir. Hal hazırda həkimlər bu xəstəliyin "cavanlaşmasını" qeyd edir. Xəstəliyə hətta uşaq və yeniyetmələrdə təsadüf edilir.

Xəstəliyin əvvəlində koksartroz cərrahiyə müdaxiləsi olmadan uğurla müalicə oluna bilər. Lakin, təəssüf ki, xəstələr adətən xəstəliyin ilkin mərhələlərində yüngül ağrılara fikir vermir və həkimlərə müraciət etmir. Xəstəlik isə getdikcə inkişaf edir. Daha gecikmiş mərhələlərdə bu xəstəlik yalnız cərrahi üsulla müalicə olunur. Bu əməliyyat ağır, travmatik əməliyyatlardan biridir, əməliyyatdan sonra bərpa dövrü də uzun və xəstə üçün çətin olur.

Koksartroz özü-özündən (ilkin koksartroz) və həmçinin digər xəstəliklərin fonunda inkişaf edə bilər. Bu xəstəliklər arasında:

- anadangəlmə bud çıxığı,

- anadangəlmə bud-çanaq oynağının displaziyası,

- müxtəlif travmalar,

- bud-çanaq oynağının iltihabı.

Koksartroz zamanı həm bir, həm də hər iki oynaq zədələnə bilər.

Koksartroz zamanı nə baş verir? Bud-çanaq oynağı bud və çanaq sümüklərini  birləşdirir. Çanaq sümüyündə oyuq var ki, bu oyuğun içərisinə bud sümüyünün yumru baş hissəsi "salınır". Nəticədə buradan "şarnir" yaranır. Məhz bu "şarnirin" köməyi ilə sağlam bud-çanaq oynağı asanlıqla müxtəlif dövri hərəkətlət icra edir.

Çanaq sümüyünün oyuğu və bud sümüyünün baş hissəsi qığırdaqla örtülmüşdür. Bu qığırdaq xamar və elastikdir. Məhz bu qığırdaq sümüklərin oynağın içərisində asan sürüşməsini təmin edir. Həmçinin bu qığırdaq amortizasiya funksiyasını yerinə yetirir.

Qığırdaq xüsusi maye (oynaq mayesi) ifraz edir ki, bu maye oynaqda birləşən sümüklərin səthlərini örtür və bu səthləri sürtünmədən qoruyur. Həmçinin oynaq mayesi qığırdağı nəmləndirir, qidalandırır və qurumaqdan qoruyur.

Koksartroz zamanı oynaq mayesi əvvəl daha qatı olur. Nəticədə qığırdaq qurumağa başlayır, onun səthi nahamar olur, çatlarla örtülür. Vaxt keçdikcə qağırdaq nazilir, oynaqda birləşən sümüklərin arasında olan məsafə kiçilir. Daha sonra qığırdaq toxumu, demək olar tam yox olur və sümüklər biri birinə sürtünməyə başlayır, deformasiya olunur.

Koksartrozun səbəbləri:

- qan dövranının pozulmaları

- oynağın həddən artıq yüklənməsi. Bu peşəkar idmançılarda və həmçinin artıq çəkisi olan insanlarda baş verə bilər.

- mübadilə və hormonal pozulmalar

- travmalar

- oynaqların iltihabları

- onurğa sütunu (skolioz, kifoz) və pəncə (yastıpəncəlik) patologiyaları

- anadangəlmə bud-çanaq çıxığı və anadangəlmə displaziyalar (oynağın inkişafının pozulmaları)

- azhərəkətli həyat tərzi. Qığırdaq ona lazım olan qidalı maddələri ətrafdakı toxumalardan alır. Bu toxumaların qanla normal təchiz olunması üçün əzələlər işləməlidir.

- yaş

- irsiyyət. Koksartroz irslə keçmir. Lakin bu xəstəliyə səbəb olan bəzi amillər (skeletin zəifliyi, qığırdaq toxumasının xüsusiyyətləri və s.) irslə keçir. Bu səbəbdən əgər sizin yaxın qohumlarınızda bu pozulma varsa, sizdə də bu xəstəliyin inkişafı riski artmış olur.

Koksartrozun əlamətləri:

- bud-çanaq oynağında, budda, qasıq nahiyəsində ağrılar,

- oynağın hərəkətliliyinin pozulması,

- axsama,

- vaxt keçdikcə xəstə ayaq qısalır,

- vaxt keçdikcə xəstə ayağın bud, baldır və sağrı əzələləri quruyur, atrofiya olunur (həyat qabiliyyətini itirir).

Xəstəliyin əsas əlaməti ağrılardır. Ağrıların intensivliyi, müddəti və s. xəstəliyin mərhələsindən asılıdır. Xəstəliyin əvvəlində ağrılar zəif olur. Məhz bu səbəbdən xəstələr həkimə getməyə tələsmir. Bu isə çox böyük səhvdir. Nəticədə müalicəsiz buraxılmış xəstəlik inkişaf edir və daha ağır pozulmalara səbəb olur.

Xəstəliyin müalicəsi ilə ortoped məşğul olur. Əsas müayinə üsulu rentgenoloji müayinədir.

Koksartrozun müalicəsi xəstəliyin mərhələsindən asılıdır. 1-ci, 2-ci mərhələlərdə konservativ (dərmanların köməyi ilə) müalicə, 3-cü mərhələsində isə cərrahi müalicə tətbiq edilir. Əməliyyat zamanı xəstə oynaq süni oynaqla əvəz olunur.

Konservativ müalicə zamanı ağrısızlaşdıran və iltihabəleyhinə preparatlar, qığırdağı  bərpa edən preparatlar, fizoterapiya istifadə olunur. Koksartrozdan əziyyət çəkən insanlara üzgüçülük çox yaxşı kömək edir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri