Icma.az
close
up
RU
® Bud çanaq oynaqları və diz oynaqları xəstəliklərinin müalicəsi necə aparılır?

® Bud çanaq oynaqları və diz oynaqları xəstəliklərinin müalicəsi necə aparılır?

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mərkəzi Gömrük Hospitalının Travmatologiya və ortopediya şöbəsinin rəisi tibb üzrə fəlsəfə doktoru travmatoloq-ortoped Ramin Rzayev “Həkim məsləhəti” rubrikasında koksartroz, qonartroz xəstəliyi və endoprotez əməliyyatlarına aid sualları cavablandırıb.

- Ramin həkim, koksartroz və qonartroz nədir, necə müalicə olunur?

- Koksartroz bud-çanaq oynaqlarının, qonartroz diz oynaqlarının inkişaf edən degenerativ xəstəliyidir, oynaq qığırdağının atrofik dəyişiklikləri ilə başlayan dağılması nəticəsində deformasiyaya uğrayan prosesidir. Birincili (idiopatik – səbəbi bəlli olmayan) və ikincili (postravmatik, oynağın iltihabi xəstəlikləri, displaziya) kimi təsnif edilir. Xəstəlik 45 yaşdan yuxarı xəstələrdə adətən oynaqda ağrı ilə başlayır və bud-çanaq oynaqlarında ağrı qasıq, sağrı, bud nahiyələrinə, diz oynaqlarında isə baldıra yayıla bilir. Xəstəlik proqressivləşdikcə ağrılar istirahət halında da yaranır, gecə ağrıları ilə müşayiət olunaraq davamlı xarakter alır. Oynaqdan hərəkət zamanı “xırtıltı səsi”nin gəlməsi, sonradan hərəkət məhdudluğunun yaranması xəstəliyin əsas simptomlarından hesab edilir. Bud-çanaq və diz oynaqlarının oynaqətrafı digər patologiyaları kliniki və instrumental müayinələrlərlə (Rt, MRT, CT, Densitometriya, Sintiqrafiya, qan-laborator analizlər) dəyərləndirildikdən sonra müvafiq müalicəsi aparılır.

I-II dərəcəli koksartroz, qonar trozlar bir qayda olaraq konservativ müalicə olunur. III-IV dərəcəli koksartroz və qonartrozların müalicəsi xüsusən də davamlı kəskin ağrı, hərəkət məhdudluğu ilə müşayiət olunursa, cərrahə əməliyyat aparılmalıdır. Endoprotez əməliyyatından sonra oynaqda ağrı sindromu aradan qaldırılır, hərəkət amplitudası bərpa edilərək xəstələrin həyat keyfiyyəti yaxşılaşdırılır.

- Endoprotezləşdirilmə oynaqların hansı zədələnmələri zamanı aparılır?

-Endoprotezləşdirilmə (artroplastika) – zədələnmiş oynaq elementlərinin implantla əvəz edilməsidir.

Gündəlik həyatımızda bud-çanaq və diz oynaqları daha hərəkətli, daha çox yüklənməyə məruz qaldığı üçün bu oynaqlarda qığırdağın aşınması, kirəcləşməsi erkən yaranır. Endoprotez əməliyyatlarının aparılmasına əsas göstəriş oynaqlarda kəskin ağrılar, hərəkət məhdudluğunun yaranması ilə müşayiət olunan və konservativ müalicəsi mümkün olmayan xəstəliklərin yaranmasıdır (displastik koksartroz, yaşlılarda bud sümüyünün boynunun sınıqları, III-IV dərəcəli deformasiyaedici osteoartrozlar, psevdoartroz, oynaqların postravmatik deformasiyası, Bexterev xəstəliyi, ankiloz). Bud-çanaq və diz oynaqlarının endoprotezləşdirilməsi əməliyyatları oynaqların zədələnmiş elementlərini implantla əvəz edib anatomik formasını və hərəkətləri bərpa edərək ağrı sindromunu, hərəkət məhdudluğunu aradan qaldırmaqla pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün icra edilir.

- Bud-çanaq və diz oynaqlarının endoprotez əməliyyatlarından sonra reabilitasiya dövrü nə qədərdir?

- Bud-çanaq oynaqlarının implantla əvəz edilməsi bir çox xəstəliklər zamanı aparılır və qoyulmuş implantın növündən, xəstənin yaşından asılı olaraq reabilitasiya dövrü fərqlidir. Əməliyyatdan sonra bütün xəstələrə əməliyyatın birinci günündən etibarən oynaqda hərəkət amplitudasının artırılması, aşağı ətraf əzələlərinin reabilitasiyası üçün xüsusi idman hərəkətləri verilir. Bütün xəstələr endoprotez əməliyyatının ilk günündən etibarən aktivləşdirilir (çarpayıda otuzdurulur) və əməliyyatdan sonra maksimum ikinci günündən xəstələr yeridilir. Əməliyyatdan sonra 3-4 həftə çəliklə və sonra çəliksiz aşağı ətraflarını tam yükləyərək yeriməklə xəstələrin ilkin reabilitasiyası 4-6 həftə və tam reabilitasiyası 3-6 ay davam edir. Diz oynaqlarının endoprotez əməliyyatı demək olar ki, sementli növ implantla icra edildiyindən xəstələr əməliyyatın ikinci günündən etibarən 3-4 həftə aşağı ətraflarını tam yükləməklə çəliklə yerimək və sonra çəliksiz yeriməklə aktivləşdirilir.

Müsahibəni apardı: Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilarə Zamanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Fevral 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri