Icma.az
close
up
RU
Şagirdin başında çatlayan çanaq KONKRET

Şagirdin başında çatlayan çanaq KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Çaşdırıcı sual məsələsinə görə Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadə cavab verməlidir. Abituriyentlər üçün sınaq suallarını hazırlayan DİM-dir, onlardan hansı dərəcədə çaşdırıcı olub-olmamasını həmin qurum bilir. Əgər elm və təhsil nazii belə bir faktı aşkarlayıbsa, deməli, çox ciddi məsələdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a təhsil məsələləri üzrə ekspert Etibar Əliyev deyib.

“İmtahana salınan suallar aydın və rasional olmalıdır. İddialar da var ki, suallar süni şəkildə çətinləşdirilir. Bu da sual doğurur: indiyə qədər bu kimi məsələlər Elm və Təhsil Nazirliyinin orta təhsil məktəbləri ilə məşğul olan şöbəsində, yaxud Təhsil İnstitutunda müzakirə olunub? Cavab – xeyr! Çünki həmin şöbələrdə çalışanların əksəriyyətinin bu məsələlərə aidiyyəti yoxdur. Məsələn, nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Çapay Məmmədov Bakı Beynəlxalq Dəniz Ticarət Limanından gətirilib. Bu cür şəxslərlə nazirin qaldırdığı problemi necə müəyyən etmək olar? MəleykəAbbaszadə deyir ki, şagirdlərin koqnitiv bacarıqları ölçülməlidir. Koqnitiv bacarıq nə deməkdir? Axı sözügedən məsələ niyə indi qoyulur?” – deyə ekspert narazılığını gizlətməyib.

E.Əliyev vurğulayıb ki, müəllim hazırlayan ali məktəblərdə fəlsəfə elmi artıq tədris edilmir:

“1993-cü ildən test üsulu ilə imtahan keçiririk. 33 ildə niyə koqnitiv bacarıqlar və sosial-emosional bacarıqların ölçü metodologiyası qoyulmayıb? Cəmiyyət dəyişib, artıq süni intellekt dövrüdür, bu bacarıqlar mütləq olmalıdır. Həm də müəllim hazırlayan ali məktəblərdə olmalıdır. Amma koqnitiv psixologiya ümumiyyətlə tədris olunurmu?!”

E.Əliyev qeyd edib ki, Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin bir araya gələ bilməməsi və sözügedən məsələləri müzakirə etməməsi cəmiyyəti çaşdırır:

“Əslində, nazir bunu deməklə cəmiyyəti çaşdırır. İnsanlar düşünür ki, bunlar heç cür ortaq məxrəcə gələ bilməyi. 2 qurumun bir araya gələ bilməməsi və sözügedən məsələləri müzakirə etməməsi cəmiyyətdə heyrət doğurur.

Sualların sayını şagirdlərə verilən vaxta bölsək, təxminən 1 suala 2 dəqiqə möhlət düşür. Axı, 2 dəqiqə ərzində şagird mürəkkəb riyazi tənliyi necə həll edə bilər?!”

Xatırlatma: elm və təhsil naziri Emin Əmrullayev aprelin 10-da Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən “Qiymətləndirmə sistemləri: Etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib ki, mövcud yanaşmalarda əsas problemlərdən biri sualların mahiyyətindədir:

“Müşahidələrim göstərir ki, Azərbaycanda bəzi fənn mütəxəssisləri istər dil, istərsə də tarix sahəsində suallar hazırlayarkən daha çox qarşı tərəfi çaşdırmağa çalışırlar, nəinki onun bilik və bacarıqlarını ölçməyə. Halbuki sualın əsas məqsədi insanın nəyisə bacarıb-bacarmadığını üzə çıxarmaq olmalıdır. Bu yanaşma dəyişməlidir. Bu, ayrı-ayrı qurumların deyil, ümumilikdə Azərbaycan pedaqogikasında mövcud olan problemdir və daha çox fənn mütəxəssislərinə yönəlmiş çağırışdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Aprel 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri