Kölgə təhsili sistemi yox olacaqmı? Müəllimlərin iş qrafiki ilə bağlı yeni təkliflər
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakupost.az-ın “Yaxın Plan” verilişində, aparıcı jurnalist Şəbnəm Turanın təqdimatında müəllimlərin iş qrafiki ilə bağlı yeni təkliflər geniş müzakirə olunub.
Proqramın qonaqları – fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev və təhsil eksperti Elçin Əfəndi – yeni modelin mümkün təsirləri və mövcud çağırışlar barədə fikirlərini bölüşüblər.
Etibar Əliyev infrastruktur və hazırkı texniki imkanların yetərsizliyinə diqqət çəkərək bildirib:
“Yeni sistemin tətbiqi üçün bizim texniki və infrastruktur imkanlarımız məhduddur. Təhsil modelimizi dünyanın TOP 5 lider ölkəsi ilə müqayisə etsək, bunun üçün çox uzun zaman və ciddi düşüncə dəyişikliyi lazımdır.”
Təhsil eksperti Elçin Əfəndi isə kölgə təhsili və müəllimlərin sosial təminatına toxunub:
“Kölgə təhsili sisteminin tamamilə yox olması müəllimlərin həyat şəraitini və təminatını köklü şəkildə dəyişəcək. Bu məsələ yalnız təhsil deyil, ölkənin sosial və iqtisadi reallıqları ilə də bağlıdır”.
Qonaqların ümumi mövqeyinə görə, təklif olunan yeni iş qrafiki modeli yalnız texniki baza ilə deyil, həm də genişmiqyaslı sosial islahatlar və təhsil yanaşmasının dəyişməsi ilə mümkün ola bilər.
Bu mövzuda digər xəbərlər:Müəllimlərin iş rejimi ilə bağlı yeni təkliflər irəli sürülüb
21 Noyabr 2025 20:23
Müəllimlərin NƏZƏRİNƏ! Yeni əməkhaqqı sistemi ilə bağlı nazirdən AÇIQLAMA
13 Noyabr 2025 12:34
Kölgə məktəbləri...
16 Sentyabr 2025 13:15
Müəllimlərin maaşı ilə bağlı
25 Aprel 2025 21:49
Fənlər üzrə müəllimlərin sertifikasiya imtahanlarının qrafiki müəyyənləşib
14 May 2025 18:35
Baxış sayı:78
Bu xəbər 22 Noyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















