Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çinin milli xəbər agentliyi Sinxuanın Azərbaycan Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan-Çin münasibətlərinə dair fikirləri haqqında xəbərləri Çin mediasında geniş yayılıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Azərbaycan Prezidenti Çinlə hərtərəfli strateji tərəfdaşlığı yüksək qiymətləndirir" adlı Çin və ingilis dilində hazırlanan xəbərdə dövlətimizin başçısının iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını böyük uğur kimi dəyərləndirdiyi qeyd olunub. Vurğulanıb ki, Azərbaycan Prezidenti hərtərəfli strateji tərəfdaşlığın iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına böyük təkan verdiyini, biznes və dövlət strukturlarına əlaqələri fəallaşdırmaq üzrə ciddi impuls verdiyini deyib.
Qeyd olunub ki, Prezident İlham Əliyev müsahibə zamanı Çin şirkətlərinin Azərbaycanda günəş və külək elektrik stansiyalarının inşasında fəal iştirakına toxunub, Çinli tərəfdaşlarla Azərbaycanda elektrik avtobuslarının istehsalına başlanıldığını deyib.
Sinxua Prezident İlham Əliyevin "Biz təkcə yaşıl energetikanı deyil, həm də yaşıl nəqliyyatı inkişaf etdirmək qərarına gəldikdə, gündəmdə strateji tərəfdaş seçmək məsələsi dayandı və Çin şirkətlərini seçdik" sitatını da xəbərə daxil edib.
Qeyd edək ki, Sinxua agentliyinin sözügedən xəbərini Çinin bir çox media qurumları yayıb. Bundan başqa, Çinin bəzi ixtisaslaşmış sayları Prezident İlham Əliyevin iqtisadi mövzulardakı fikirlərindən də xəbərlər hazırlayıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:213
Bu xəbər 07 Yanvar 2026 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















