Icma.az
close
up
RU
Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Kollec məzunlarının orta məktəblərdə yuxarı siniflərdə dərs deməyə buraxılmır. Belə bir hal Qəbələ rayonu, Vəndam qəsəbəsi, Eldəniz Mehdiyev adına 1 saylı tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi Sədaqət Vəliyevanın başına gəlib. 

Həm orta ixtisas, həm də ali ixtisas pedaqoji təhsili olan şəxslərin ümumtəhsil məktəblərində dərs demək hüququ qanunvericiliklə təsbit olunsa da, kollec məzunları 9-10-11 siniflərdə dərs deməsinə icazə verilmir.

Bu nə dərəcədə düzgündür? 

Təhsil eksperti Kamran Əsədov Hit.az-a deyib ki, kollec məzunlarının yuxarı siniflərdə dərs deməsinə qoyulan məhdudiyyətin tətbiqi ümumtəhsil sistemində mövcud normativlərlə real kadr ehtiyacı arasındakı uyğunsuzluğu üzə çıxarır. Təhlil göstərir ki, bu yanaşma həm hüquqi, həm funksional, həm də resurs baxımından yenidən qiymətləndirilməlidir. "Təhsil Haqqında” Qanunun 32-ci maddəsi müəllimlik fəaliyyəti üçün "müvafiq ixtisas üzrə ali və ya orta ixtisas pedaqoji təhsili” şərtini nəzərdə tutur və bu, pedaqoji kolleclərin məzunlarına hüquq baxımından ümumtəhsil məktəbinin bütün pillələrində fəaliyyət imkanı yaradır:

"Qaydalarda məhdudlaşdırıcı norma olmadığı halda praktiki tətbiqin sərtləşdirilməsi hüquqi əsasdan çox, metodiki yanaşmadan irəli gəlir və bu fərq təhsil idarəçiliyi baxımından izah edilməlidir. Nazirliyin mövqeyi ondan ibarətdir ki, yuxarı siniflərdə fənn dərinliyi, imtahana hazırlıq və proqramın akademik səviyyəsi daha yüksəkdir. Bu yanaşma özündə məntiqi element daşıyır və müsbət tərəfi ondan ibarətdir ki, 10–11-ci siniflərdə dərs deyən müəllimlərin hazırlıq səviyyəsi gücləndirilir, kurikulumdakı tələblərin daha peşəkar şəkildə icrası təmin olunur. Xüsusilə, ingilis dili, riyaziyyat, fizika kimi fənlərdə proqramın çətinlik indeksi 9-cu siniflə müqayisədə 28–40% daha yüksəkdir. Bu baxımdan nazirliyin burada keyfiyyətin qorunmasına hesablanmış prinsipial mövqeyi başa düşüləndir və bu, müasir təhsil idarəçiliyinə uyğun yanaşmadır.

Lakin mənfi tərəf ondan ibarətdir ki, ölkədə kadr çatışmazlığı davam etdiyi bir dövrdə məhdudiyyət real vəziyyətə uyğun gəlmir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023–2024-cü tədris ilində regionlarda 3100-dən çox vakant müəllim yeri olub və onların böyük hissəsi — xüsusilə ingilis dili və riyaziyyat üzrə — yuxarı sinifləri əhatə edir. Eyni zamanda, son beş ildə pedaqoji kollecləri bitirib ali təhsilini tamamlamış şəxslərin sayı 11 min nəfəri keçib və bu potensialın yuxarı siniflərdə istifadəyə buraxılmaması resurs itkisi yaradır. Bu, tətbiqdə səmərəlilik problemini göstərir və təhsil siyasəti baxımından yenidən baxılmasını zəruri edir.

Dünya təcrübəsi ilə müqayisə edildikdə aydın olur ki, Estoniya, Finlandiya, Latviya, Kanada kimi ölkələrdə müəllimin dərs demə hüququ diplomun səviyyəsindən çox imtahan nəticəsi, bacarıq portfeli və sertifikasiya göstəricilərinə əsaslanır. Bu ölkələrdə kollec təhsili olan və peşəkar kompetensiyası yüksək olan müəllimlər yuxarı siniflərdə dərs deyə bilir və bu proses əlavə sertifikatlaşdırma ilə tənzimlənir. Azərbaycan da son beş ildə məhz bu istiqamətdə irəliləyir. Elm və Təhsil Nazirliyinin tətbiq etdiyi sertifikasiya imtahanları, metodik qiymətləndirmə, onlayn tədris platformaları və müəllimlərin illik inkişaf planlarının hazırlanması məhz peşəkarlığın önə çəkildiyi müasir modelə keçidi sürətləndirir. Bu, təhsil sisteminin daha sivil və nəticəyönümlü mərhələyə keçidinin göstəricisidir və müsbət addım kimi qiymətləndirilməlidir.Sertifikatlaşdırmanın nəticələri də göstərir ki, kollec + ali təhsili olan müəllimlər arasında yüksək nəticə göstərənlərin payı kifayət qədərdir. 2024-cü il sertifikatlaşdırmasında bu kateqoriyadan olan müəllimlərin 63%-i 50 baldan yuxarı nəticə göstərib və bu, onların yuxarı siniflərdə dərs demək potensialının real olduğunu təsdiqləyir.

Həmçinin, 2019–2024-cü illər arasında ingilis dili fənni üzrə metodik bacarıqlarını artırmış müəllimlərin payı 31%-dən 68%-ə yüksəlib ki, bu da müəllimlərin professional transformasiyasının nəticəsidir. Nazirliyin son illərdə müəllim hazırlığında tətbiq etdiyi rəqəmsal platformalar, resurs mərkəzləri, metodik dəstək proqramları və regional təlimlər bu artımın başlıca səbəbləridir.

Apardığım təhlillər göstərir ki, kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması arzuolunan keyfiyyətin əldə olunmasına mütləq şəkildə xidmət etmir. Əksinə, daha optimal model sertifikasiya nəticəsi, fənn bilik səviyyəsi və metodik bacarığa görə diferensiallaşmanın tətbiqidir. Bu yanaşma həm hüquqi normalara uyğundur, həm real ehtiyaclara cavab verir, həm də müəllimlərin peşəkarlaşmasını stimullaşdırır. Nə dəyişəcək sualının cavabı ondan ibarətdir ki, tətbiq mexanizmləri yenilənsə, həm kadr çatışmazlığı azalacaq, həm də yuxarı siniflərdə keyfiyyət daha balanslı şəkildə qorunacaq. Nə dəyişməlidir sualının cavabı isə budur ki, diplomdan çox bacarıq ölçülməli, məhdudiyyət yox, peşəkarlıq meyarı əsas götürülməlidir.

Hesab edirəm ki, Elm və Təhsil Nazirliyinin son beş ildə apardığı islahatlar bu istiqamətdə çevik və mərhələli siyasətin göstəricisidir. Nazirliyin məqsədi müəllim nüfuzunu qaldırmaq, müəllimin peşəkar inkişafını stimullaşdırmaq və məktəblərdə keyfiyyətli kadrlarla təminatı gücləndirməkdir. Bu siyasətin davamı olaraq kollec məzunlarına bacarıq əsaslı yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətini yüksəldər, həm də regionlarda real ehtiyacları daha səmərəli şəkildə qarşılaya bilər”.

Məsələ ilə bağlı qarşı tərəfi, Eldəniz Mehdiyev adına 1 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Mədinə Qasımova Hit.az-a bildirib ki, Sədaqət xanımın narazılığı varsa, aidiyyatı qurumlara müraciət etsin: 

"Yaxşı olar ki, təhsil sektoruna, regional təhsil idarələrinə müraciət etsin, ona da qanun çərçivəsində cavab veriləcək. Mənim dediyimlə razı deyilsə, gedib rəsmi qurumlara müraciət edib, lazımi cavabı da alsın".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri