Icma.az
close
up
RU
Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kollec məzunlarının orta məktəblərdə yuxarı siniflərdə dərs deməyə buraxılmır. Belə bir hal Qəbələ rayonu, Vəndam qəsəbəsi, Eldəniz Mehdiyev adına 1 saylı tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi Sədaqət Vəliyevanın başına gəlib.

Həm orta ixtisas, həm də ali ixtisas pedaqoji təhsili olan şəxslərin ümumtəhsil məktəblərində dərs demək hüququ qanunvericiliklə təsbit olunsa da, kollec məzunları 9-10-11 siniflərdə dərs deməsinə icazə verilmir.

Bu nə dərəcədə düzgündür? 

Təhsil eksperti Kamran Əsədov Hit.az-a deyib ki, kollec məzunlarının yuxarı siniflərdə dərs deməsinə qoyulan məhdudiyyətin tətbiqi ümumtəhsil sistemində mövcud normativlərlə real kadr ehtiyacı arasındakı uyğunsuzluğu üzə çıxarır. Təhlil göstərir ki, bu yanaşma həm hüquqi, həm funksional, həm də resurs baxımından yenidən qiymətləndirilməlidir. “Təhsil Haqqında” Qanunun 32-ci maddəsi müəllimlik fəaliyyəti üçün “müvafiq ixtisas üzrə ali və ya orta ixtisas pedaqoji təhsili” şərtini nəzərdə tutur və bu, pedaqoji kolleclərin məzunlarına hüquq baxımından ümumtəhsil məktəbinin bütün pillələrində fəaliyyət imkanı yaradır:

“Qaydalarda məhdudlaşdırıcı norma olmadığı halda praktiki tətbiqin sərtləşdirilməsi hüquqi əsasdan çox, metodiki yanaşmadan irəli gəlir və bu fərq təhsil idarəçiliyi baxımından izah edilməlidir. Nazirliyin mövqeyi ondan ibarətdir ki, yuxarı siniflərdə fənn dərinliyi, imtahana hazırlıq və proqramın akademik səviyyəsi daha yüksəkdir. Bu yanaşma özündə məntiqi element daşıyır və müsbət tərəfi ondan ibarətdir ki, 10–11-ci siniflərdə dərs deyən müəllimlərin hazırlıq səviyyəsi gücləndirilir, kurikulumdakı tələblərin daha peşəkar şəkildə icrası təmin olunur. Xüsusilə, ingilis dili, riyaziyyat, fizika kimi fənlərdə proqramın çətinlik indeksi 9-cu siniflə müqayisədə 28–40% daha yüksəkdir. Bu baxımdan nazirliyin burada keyfiyyətin qorunmasına hesablanmış prinsipial mövqeyi başa düşüləndir və bu, müasir təhsil idarəçiliyinə uyğun yanaşmadır.

Lakin mənfi tərəf ondan ibarətdir ki, ölkədə kadr çatışmazlığı davam etdiyi bir dövrdə məhdudiyyət real vəziyyətə uyğun gəlmir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023–2024-cü tədris ilində regionlarda 3100-dən çox vakant müəllim yeri olub və onların böyük hissəsi — xüsusilə ingilis dili və riyaziyyat üzrə — yuxarı sinifləri əhatə edir. Eyni zamanda, son beş ildə pedaqoji kollecləri bitirib ali təhsilini tamamlamış şəxslərin sayı 11 min nəfəri keçib və bu potensialın yuxarı siniflərdə istifadəyə buraxılmaması resurs itkisi yaradır. Bu, tətbiqdə səmərəlilik problemini göstərir və təhsil siyasəti baxımından yenidən baxılmasını zəruri edir.

Dünya təcrübəsi ilə müqayisə edildikdə aydın olur ki, Estoniya, Finlandiya, Latviya, Kanada kimi ölkələrdə müəllimin dərs demə hüququ diplomun səviyyəsindən çox imtahan nəticəsi, bacarıq portfeli və sertifikasiya göstəricilərinə əsaslanır. Bu ölkələrdə kollec təhsili olan və peşəkar kompetensiyası yüksək olan müəllimlər yuxarı siniflərdə dərs deyə bilir və bu proses əlavə sertifikatlaşdırma ilə tənzimlənir. Azərbaycan da son beş ildə məhz bu istiqamətdə irəliləyir. Elm və Təhsil Nazirliyinin tətbiq etdiyi sertifikasiya imtahanları, metodik qiymətləndirmə, onlayn tədris platformaları və müəllimlərin illik inkişaf planlarının hazırlanması məhz peşəkarlığın önə çəkildiyi müasir modelə keçidi sürətləndirir. Bu, təhsil sisteminin daha sivil və nəticəyönümlü mərhələyə keçidinin göstəricisidir və müsbət addım kimi qiymətləndirilməlidir.Sertifikatlaşdırmanın nəticələri də göstərir ki, kollec + ali təhsili olan müəllimlər arasında yüksək nəticə göstərənlərin payı kifayət qədərdir. 2024-cü il sertifikatlaşdırmasında bu kateqoriyadan olan müəllimlərin 63%-i 50 baldan yuxarı nəticə göstərib və bu, onların yuxarı siniflərdə dərs demək potensialının real olduğunu təsdiqləyir.

Həmçinin, 2019–2024-cü illər arasında ingilis dili fənni üzrə metodik bacarıqlarını artırmış müəllimlərin payı 31%-dən 68%-ə yüksəlib ki, bu da müəllimlərin professional transformasiyasının nəticəsidir. Nazirliyin son illərdə müəllim hazırlığında tətbiq etdiyi rəqəmsal platformalar, resurs mərkəzləri, metodik dəstək proqramları və regional təlimlər bu artımın başlıca səbəbləridir.

Apardığım təhlillər göstərir ki, kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması arzuolunan keyfiyyətin əldə olunmasına mütləq şəkildə xidmət etmir. Əksinə, daha optimal model sertifikasiya nəticəsi, fənn bilik səviyyəsi və metodik bacarığa görə diferensiallaşmanın tətbiqidir. Bu yanaşma həm hüquqi normalara uyğundur, həm real ehtiyaclara cavab verir, həm də müəllimlərin peşəkarlaşmasını stimullaşdırır. Nə dəyişəcək sualının cavabı ondan ibarətdir ki, tətbiq mexanizmləri yenilənsə, həm kadr çatışmazlığı azalacaq, həm də yuxarı siniflərdə keyfiyyət daha balanslı şəkildə qorunacaq. Nə dəyişməlidir sualının cavabı isə budur ki, diplomdan çox bacarıq ölçülməli, məhdudiyyət yox, peşəkarlıq meyarı əsas götürülməlidir.

Hesab edirəm ki, Elm və Təhsil Nazirliyinin son beş ildə apardığı islahatlar bu istiqamətdə çevik və mərhələli siyasətin göstəricisidir. Nazirliyin məqsədi müəllim nüfuzunu qaldırmaq, müəllimin peşəkar inkişafını stimullaşdırmaq və məktəblərdə keyfiyyətli kadrlarla təminatı gücləndirməkdir. Bu siyasətin davamı olaraq kollec məzunlarına bacarıq əsaslı yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətini yüksəldər, həm də regionlarda real ehtiyacları daha səmərəli şəkildə qarşılaya bilər”.

Məsələ ilə bağlı qarşı tərəfi, Eldəniz Mehdiyev adına 1 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Mədinə Qasımova Hit.az-a bildirib ki, Sədaqət xanımın narazılığı varsa, aidiyyatı qurumlara müraciət etsin:

“Yaxşı olar ki, təhsil sektoruna, regional təhsil idarələrinə müraciət etsin, ona da qanun çərçivəsində cavab veriləcək. Mənim dediyimlə razı deyilsə, gedib rəsmi qurumlara müraciət edib, lazımi cavabı da alsın”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 20 Noyabr 2025 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri