Icma.az
close
up
RU
Kolleclərdə modernləşmə aparılmalıdır AÇIQLAMA

Kolleclərdə modernləşmə aparılmalıdır AÇIQLAMA

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

"Kolleclərlə bağlı hazırkı vəziyyətin təhlili göstərir ki, bu təhsil pilləsi uzun illər ərzində nə peşə, nə də ali təhsil səviyyəsinə uyğun effektiv mexanizm yarada bilməyib. Tədris məzmunu, ixtisas strukturu və idarəetmə forması əmək bazarının çağırışları ilə uyğun gəlmir. Elm və Təhsil Nazirliyinin 2023-cü il hesabatına əsasən, ölkədə 72 kollecdə 65 minə yaxın tələbə təhsil alır. Onların 60 faizindən çoxu iqtisadiyyat, idarəetmə və pedaqogika ixtisaslarında oxuyur, halbuki Dövlət Məşğulluq Agentliyinin məlumatına görə, hazırda ölkədə texniki və mühəndis kadr çatışmazlığı 28 faiz səviyyəsindədir. Bu fakt göstərir ki, kolleclərin ixtisas hazırlığı ilə əmək bazarının tələbi arasında dərin disbalans mövcuddur".
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, “Təhsil haqqında” Qanununun 18-ci maddəsində göstərilir ki, orta ixtisas təhsili sisteminin məqsədi ixtisaslı mütəxəssislərin hazırlanması, onların praktiki fəaliyyətə uyğunlaşdırılması və sosial-iqtisadi inkişafın tələblərinə cavab verən kadr təminatının formalaşdırılmasıdır:
"Lakin reallıqda kolleclərin bir çoxu bu missiyanı icra etməkdə çətinlik çəkir. Tədris proqramlarının çoxu 2000-ci illərin əvvəllərindən bəri ciddi yenilənməyib, laboratoriyalar köhnəlib, işəgötürənlərlə əməkdaşlıq mexanizmləri isə zəif qurulub. Bu da “Təhsil haqqında” Qanunun 5-ci maddəsində nəzərdə tutulan “təhsilin məzmununun əmək bazarının tələblərinə uyğunlaşdırılması” prinsipinin pozulmasına gətirib çıxarır.
Elm və Təhsil Nazirliyinin bu sahədə başladığı islahatlar müsbət istiqamətdə addımdır. Son illərdə bir sıra kolleclər universitetlərin nəzdinə verilib, idarəetmə sistemində şəffaflıq və hesabatlılıq gücləndirilib. Məsələn, Bakı Biznes Kolleci UNEC-in, Sumqayıt Dövlət Texniki Kolleci isə SDU-nun nəzdində fəaliyyət göstərir. Bu addım təhsilin keyfiyyətinə, müəllim heyətinin akademik potensialına və tədris prosesinin universitet standartlarına yaxınlaşdırılmasına imkan yaradır. Qərb təcrübəsi də göstərir ki, bu model nəticə verir. Almaniyada “Berufsschule” və “Fachschule” adlanan peşə təhsil müəssisələri birbaşa sənaye və müəssisələrlə inteqrasiya olunaraq dual təhsil sisteminə xidmət edir. Finlandiyada kolleclər “applied higher education” prinsipi ilə fəaliyyət göstərir və onların proqramları texnologiya, innovasiya və praktiki bacarıqlar üzərində qurulub".
Ekspert bildirib ki, kolleclərin tam ləğvi təhsil sistemində ciddi sosial və regional boşluqlar yarada bilər: 
"Statistik göstəricilərə əsasən, bu müəssisələr əsasən rayon və kiçik şəhərlərdə yerləşir və çox zaman həmin ərazilərdə yeganə orta ixtisas təhsili ocağı funksiyasını daşıyır. Bu təbəqənin təhsil imkanlarını məhdudlaşdırmaq sosial bərabərsizlik risklərini artırar, həm də gənclərin əmək bazarına daxilolma imkanlarını zəiflədər. Lakin dəyişiklik zəruridir. Bu dəyişiklik ləğv istiqamətində deyil, modernləşmə istiqamətində aparılmalıdır. Tədris proqramları modul əsaslı sistemə keçirilməli, “təcrübə + nəzəriyyə” balansı qorunmalı, müasir laboratoriyalar, sənaye ilə birgə kurikulumlar formalaşdırılmalıdır".
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Noyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri