Icma.az
close
up
RU
Kolleclərdə müəllimlik ixtisasının ləğvi məsələsi GÜNDƏMDƏ

Kolleclərdə müəllimlik ixtisasının ləğvi məsələsi GÜNDƏMDƏ

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev kolleclərdə müəllimlik ixtisasının ləğvi məsələsini gündəmə gətirib. Ekspertlər də naziri dəstəkləyirlər, amma əlavə edirlər ki, bu proses tədricən getməlidir.

Kolleclərdə müəllimlik ixtisasının ləğvi məsələsi gündəmə gəlib. Elm və təhsil naziri Emin Əmrullayevin keçirdiyi brifinqdə səsləndirdiyi fikirlər kolleci bitirən müəllimlərin və hazırda kolleclərdə təhsil alan tələbələrin taleyi məsələsinə də aydınlıq gətirilməsini istəyir. Nazir qeyd edib ki, ölkədə həm kollec, həm bakalavr, həm də magistr səviyyəsində müəllim hazırlığı var, amma bəzi ixtisasların kolleclərdə olması vacib deyil. Kolleclərdə təhsil almaq universitetlərin sayının az olduğu dönəmlər üçün aktual idi: "Vaxtilə savadsızlıq baxımından iki illik müəllim hazırlığına ehtiyac olub və kollec təhsili ilə kifayətləniblər. Amma bu gün bizim başqa müəllimə ehtiyacımız var". Nazirin sözlərinə görə, gələcək dönəm üçün məktəbəqədər təhsil üzrə də müəllim hazırlığı məhdudlaşdırılacaq.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Müəllim hazırlığı yalnız universitetlərdə olmalıdır"

Təhsil mütəxəssisləri də kolleclərdə müəllim ixtisaslarının tədricən ləğvini təhsilin keyfiyyətinin artırılması istiqamətində lazımlı addım hesab edirlər.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, hazırda kolleclərdə müəllim ixtisasının tədrisinə ehtiyac yoxdur: "Əvvəlki dövrdə buna ehtiyac vardı. Müəllimlərə olan ehtiyacın təmin edilməsi üçün kollecləri də bu prosesə qoşmuşdular. Hazırkı dövrdə isə buna ehtiyac yoxdur. Bu gün müəllim hazırlığı yalnız universitetlərdə olmalıdır". Millət vəkili hesab edir ki, kolleclər müəllimləri yetişdirmək üçün o qədər də geniş potensiala və imkana malik deyillər: "Biz daha savadlı, bacarıqlı və kompetensiyalı müəllimlərin yetişdirilməsi üçün çalışmalıyıq. Kolleclər digər sahələrə öz töhfəsini verə bilərlər. Onların fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var". C.Məmmədovun fikrincə, biz gələcəkdə də bu istiqamətdə addımlar atmalıyıq. Müasir müəllim yeni innovasiya, yeni metod, yeni üslub və baxışla prosesə öz töhfəsini verməlidir: "Müəllimi bir-iki ilə yetişdirmək qeyri-mümkündür. Müəllim yetişdirmək işi uzun müddətli və uzun hədəfli olmalıdır".

Daha yüksək akademik hazırlığa ehtiyac var

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) üzvü Günay Əkbərova məsələyə həm bir müəllim, həm də bölgələrdə təhsilin vəziyyətini yaxından müşahidə edən ekspert kimi yanaşır: "Hazırda məktəblər daha yüksək akademik hazırlığa və pedaqoji bacarıqlara malik müəllimlərə ehtiyac duyurlar. Təəssüf ki, bu tələblər kolleclərin təqdim etdiyi təhsil səviyyəsi ilə üst-üstə düşmür. Bunu müəllimlərin sertifikasiyasının nəticələri də sübut edir. İlk imtahanda uğursuz olan müəllimlərin böyük bir hissəsi kollec məzunları idi. Onların dördüncü və ya doqquzuncu sinifdən yuxarı dərs deməyə qanuni hüquqları yox idi və bu məhdudiyyəti bəhanə edərək özlərini illərlə təkmilləşdirmədilər. Bundan əlavə, hər il 60 000-dən çox namizəd müəllimlərin işə qəbul imtahanında iştirak edir, lakin onların yalnız az bir faizi işə qəbul olunur. Bu da sistemdə ciddi keyfiyyət problemi olduğunu göstərir. Bu tendensiya kolleclərdəki müəllim hazırlığının effektivliyinin aşağı olduğunu və universitet səviyyəsində daha keyfiyyətli hazırlığın vacibliyini göstərir".

"Bu da onların peşəkar səviyyəsinə təsir edir"

İŞ üzvünün fikrincə, dünya təcrübəsi də bu fikri təsdiqləyir: "OECD-nin 2023-cü il hesabatına əsasən, Finlandiya, Sinqapur, Almaniya kimi ölkələrdə müəllim olmaq üçün ən azı bakalavr, hətta magistr təhsili tələb olunur. Kollec səviyyəsində müəllim hazırlığı isə yalnız köməkçi pedaqoji vəzifələr üçün nəzərdə tutulub. Dünya Bankının 2021-ci il təhsil hesabatına görə, aşağı akademik göstəricilərə malik müəllimlər tələbələrin zəif nəticələr göstərməsinə səbəb olurlar. Eyni zamanda, Türkiyə və digər ölkələrdə müəllim olmaq üçün imtahan tələbləri sərtləşdirilib və bu, təhsilin keyfiyyətinə müsbət təsir edib". G.Əkbərova bildirir ki, kolleclərə qəbul balları universitetlərə nisbətən xeyli aşağıdır və təhsil müddəti də qısadır. Bu isə müəllimlərin akademik bilik və metodoloji hazırlıq baxımından kifayət qədər yetişməsinə imkan vermir: "Universitetlərdə dördillik bakalavr təhsili ərzində tələbələr həm akademik, həm də pedaqoji biliklər qazanır, praktik təlimlər keçirlər. Kollec məzunları isə daha qısa müddətdə və daha az akademik baza ilə məktəbə daxil olurlar ki, bu da onların peşəkar səviyyəsinə təsir edir. Bütün bu amillər onu göstərir ki, kolleclərdə müəllim ixtisaslarının tədricən bağlanması təhsilin keyfiyyətinin artırılması üçün qaçılmazdır. Lakin bu proses tədricən və alternativ yollarla aparılmalıdır ki, bölgələrdə müəllim çatışmazlığı yaranmasın. Keçid dövründə kollecdən məzun olan müəllimlər üçün əlavə inkişaf proqramları, sertifikatlaşdırma imkanları yaradılmalıdır".

Dünya təcrübəsindən yararlansaq...

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər Təhsilin Pedaqogikası kafedrasının baş müəllimi Xalidə Həmidova deyir ki, dünyanın ən inkişaf etmiş təhsil sisteminə malik Finlandiyada məktəbəqədər təhsil səviyyəsi üzrə tərbiyəçilərin işə qəbulu zamanı minimum magistr dərəcəsi tələb olunur. O bildirir ki, kolleclər iki il müəllimlik təhsili verir, amma istər-istəməz ali məktəblərdə dörd illik təhsil müddətində daha dərin biliklərə yiyələnmək və daha yaxşı ixtisaslı kadr olma şansı var: "Kolleclərdə müəllimlik peşələrinin ləğvi gündəm olub. Dünya təcrübəsinə əsaslanırıqsa, əksər ölkələrdə müəllim kimi işə başlamaq üçün minimum dörd illik bakalavr və hətta əlavə magistr təhsili tələb olunur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Fevral 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri