Kolorado ştatında soydaşlarımız yeni diaspor təşkilatı yaradıb
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
ABŞ-nin Kolorado ştatında yaşayan soydaşlarımız orada Azərbaycan icmasının ilk diaspor təşkilatını yaradıb.
"Unikal" xəbər verir ki, “Koloradoda Azərbaycan Diasporu” adlanan təşkilatın məqsədi yerli Azərbaycan icmasının Amerika cəmiyyətində təmsilçiliyini artırmaq və bu missiyanı gələcək nəsillərə ötürməkdir. Kolorado azərbaycanlılarının ABŞ-də yaşayan digər etnik qruplar, yerli icmalar və gənc nəsil arasında sıx əlaqələrin qurulması, habelə Azərbaycan dilinin və mədəniyyətinin təbliği də təşkilatın əsas hədəflərindəndir.
Yeni yaradılan təşkilatın təsisçisi və rəhbəri Nigar Şıxsəfiyeva Azərbaycanın diaspor fəaliyyətinin genişləndirilməsi, ölkəmizin ABŞ-də tanıdılması istiqamətində mühüm addımlar atılacağını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 06 Dekabr 2024 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















