Icma.az
close
up
RU
Kolumbiya prezidentinin təyyarəsi ABŞ sanksiyalarına görə yanacaq doldura bilmədi

Kolumbiya prezidentinin təyyarəsi ABŞ sanksiyalarına görə yanacaq doldura bilmədi

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kolumbiya Prezidenti Qustavo Petronun təyyarəsinə ABŞ sanksiyaları səbəbindən İspaniyada yanacaq doldurulmasından imtina edildi.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İspaniyanın "El Pais" qəzeti məlumat verib.

Məlumata görə, Səudiyyə Ərəbistanına uçuş zamanı Kolumbiya Prezidenti Qustavo Petronun "Boeing 737-700" təyyarəsi yanacaq doldurmaq üçün Madriddəki Baraxas hava limanında texniki dayanacaq edib.

Lakin bütün şirkətlər ABŞ sanksiyalarına məruz qalacaqlarından narahat olduqları üçün ona aviasiya yanacağı verməkdən imtina ediblər. Bu sanksiyalar Petroya qarşı "narkotik qaçaqmalçılığında əli olma" ittihamı üzrə tətbiq edilib.

Nəticədə prezident təyyarəsi alternativ yanacaq doldurma variantları axtarmağa məcbur olub.

İspaniya mediasının öz mənbələrinə istinadən xəbərinə görə, nəticədə, İspaniya hökumətinin köməyi ilə təyyarə hərbi aviabazaya yönləndirilib və orada yanacaq doldura bilib.

Kolumbiya hakimiyyəti hadisəni "qəbuledilməz" kimi qiymətləndirərək, nümayəndə heyətinin təhlükəsizliyi üçün risk yaratdığını bildirib.

Qeyd edək ki, ötən həftə Qustavo Petro ABŞ-nin narkotik qaçaqmalçılığı ilə əlaqədə ittiham etdiyi şəxslərin siyahısı olan OFAC siyahısına daxil edilib. ABŞ Maliyyə Nazirliyi hesab edir ki, o, Kolumbiyada kokain istehsalının artmasına görə məsuliyyət daşıyır. Qustavo Petro isə bu iddiaları rədd edir.

Onunla birlikdə siyahıya həyat yoldaşı Veronika Alkoser, böyük oğlu Nikolas Petro Burqos və daxili işlər naziri Armando Benedetti də daxil edilib.

Kolumbiya hökuməti prezidentin və ailəsinin sanksiya siyahısına əlavə edilməsini "şərəf və ləyaqəti pozan təhqir" adlandırıb.

Bir ay əvvəl, sentyabrın sonunda ABŞ Kolumbiya prezidentinin Nyu-Yorkdakı etiraz aksiyalarında iştirakından sonra vizasını ləğv etmişi. Xüsusilə, o, ABŞ hərbçilərini Trampın əmrlərinə əhəmiyyət verməməyə çağırmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Oktyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see287

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see234

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see211

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see200

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see184

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see180

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see163

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see158

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see147

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see142

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see136

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see136

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see135

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri