Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Kolumbiyada meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib

Kolumbiyada meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Kolumbiyanın qərbində və mərkəzində yerləşən Tolimada bir müddətdir davam edən meşə yanğınları səbəbindən Prezident Abelardo de la Espriella fövqəladə vəziyyət elan etmək qərarını verib.

Yerli mətbuata danışan De la Espriella, ən azı 50.000 hektar ərazinin meşə yanğınlarından təsirləndiyini, bunun 28.000 hektarı kənd təsərrüfatı və heyvandarlıq sahələrindən ibarət olduğunu açıqlayıb.

De la Espriella havadan və qurudan meşə yanğınlarına intensiv reaksiya verdiklərini bildirib və əlavə edib ki, “Tolima tarixinin ən çətin dövrlərindən biri ilə üzləşir və hökumətin reaksiyası dərhal, hərtərəfli və qətiyyətli olub. Təxmin edilən ziyan 134 milyard peso təşkil edir. Qida və su çatışmazlığı səbəbindən 163.000 heyvan təhlükə altındadır. 23 rayonda və 507 kənd məhəlləsində ziyan baş verib”.

De la Espriella yanğınların yaratdığı ekoloji fəlakətə qarşı fövqəladə vəziyyət elan etdiklərini və bu kontekstdə milli hökumətin Tolima üçün ətraf mühit, istehsal və təhlükəsizlik aspektlərini əhatə edən xüsusi bərpa planı həyata keçirəcəyini bildirib.

İstehsalçılara lazımi dəstəyin göstəriləcəyini vurğulayan De la Espriella qeyd edib: “Biz yalnız yanğınları söndürməyəcəyik; alovların dağıtdığı hər şeyi yenidən quracağıq, Tolima kəndini ayağa qaldıracağıq və kəndlilərimizin istehsalı bərpa etməsinə imkan verəcəyik. Alovlar söndükdən sonra Tolimanı tərk etməyəcəyik, kəndi, istehsalı və hər kəs üçün imkanları yenidən qurana qədər bölgədə qalacağıq”.

De la Espriella torpaqları qəsdən yandıran cinayətkar qrupların olduğunu iddia edərək deyib: “Bu yanğınların böyük bir hissəsinin qəsdən cinayətkar qruplar tərəfindən başladığını göstərən bütün məlumatlar və texniki hesabatlar bizdə var. Onlar yanğından kənd yerlərini məhv etmək, kəndlilərimizə zərər vermək, əkinləri və mal-qaranı qırmaq və insanlar arasında qorxu yaymaq üçün istifadə edirlər”.

Yanğınlara görə məsuliyyət daşıyanları tutmaq üçün “xüsusi komandanın yaradıldığını elan edən De la Espriella, “Təsdiqlənmiş məlumatlara görə hər bir cinayətkara 50 milyon pesoya (16.000 dollar) qədər mükafat təklif edəcəyik və bu məlumatlar onların tutulmasına səbəb olacaq” deyib.

11 avqustdan bəri minlərlə hektar ərazini yandıran meşə yanğınları səbəbindən Tolimada ekoloji fəlakət baş verir. San Luis, Quamo, Koyaima, Çaparral və Koello kimi bələdiyyələrə ciddi ziyan vuran yanğınlar bölgədə böyük ziyana səbəb olub.

De la Espriella, Tolimadakı meşə yanğınlarına 205 yanğınsöndürənin, təxminən 20 dəstək bölməsinin və hava qüvvələrinin müdaxilə etdiyini bildirib və əlavə edib: “Onlar alovla mübarizə apararaq həyatlarını təhlükəyə atırlar. Yanğınsöndürmə işlərinə mane olmağa çalışan şəxslər barədə məlumatlar alırıq. Suarez, Koello və San Luisdə motosikletli bəzi şəxslərin qəsdən yanğınlar törətdiyi bildirilir”.

M.MİRZƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Avqust 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see306

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see304

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see286

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see286

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see285

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see284

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see278

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see278

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see274

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see270

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see250

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see249

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see246

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see241

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see240

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see239

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see238

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see235

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see231

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see231
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri