Kolumbiyada türkiyəli iş adamının idarə etdiyi təyyarə qəzaya uğrayıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 17 sentyabr, AZƏRTAC
Kolumbiyada 3 gün öncə radarlardan itən “Cessna T206” təyyarəsinin qəzaya uğradığı məlum olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Abelardo de la Esprielya “X” sosial şəbəkəsində açıqlama yayıb.
Onun sözlərinə görə, tükiyəli iş adamı Mehmet Çankayanın idarə etdiyi təyyarədəki 5 nəfərin hamısı qəza nəticəsində həlak olub. Ölkə başçısı ölən şəxslərin yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, təyyarə sentyabrın 13-ü yerli vaxtla saat 09:23-də radio əlaqəsi kəsildikdən sonra yoxa çıxıb. Hava gəmisi Çoko bölgəsindəki Mandinqa aeroportundan Boqotadakı Quaymaral hava limanına uçurmuş. Kolumbiya Mülki Aviasiya İdarəsi və axtarış-xilasetmə qrupları təyyarənin Risaralda bölgəsindəki Pueblo Riko bələdiyyəsinin sərhədləri daxilində, təxminən 9000 fut yüksəklikdə dağlıq ərazidə qəzaya uğradığını müəyyən edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:199
Bu xəbər 17 Sentyabr 2026 05:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















