Icma.az
close
up
RU
Komanda nəticə göstərə bilmir, demək ki, Samir Abasovu göndərməyin vaxtı idi MÜSAHİBƏ

Komanda nəticə göstərə bilmir, demək ki, Samir Abasovu göndərməyin vaxtı idi MÜSAHİBƏ

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Neftçi"nin sabiq forvardı Ruslan Qurbanov Sportal.az saytına müsahibə verib.

- "Neftçi" hazırda turnir cədvəlində 8-ci pillədədədir. Mövsümün əvvəlində əksər futbolçular göndərildi və yeni, daha yüksək ödənişli oyunçular cəlb edildi. Amma komanda hələ də iddiasını ortaya qoya bilmədi. Samir Abasov da göndərildi postundan. Bu haqda nə deyəcəksən?

Bu qədər büdcə və bu qədər oyunçu seçimi ilə komandanın gözlənildiyi kimi çıxış etməməsinə özüm də təəccüblənirəm. Son turda da “İmişli”yə 2:3 uduzdular. “İmişli”nin büdcəsi “Neftçi”nin büdcəsindən hardasa 5-10 dəfə azdır, amma onlar qazandılar. 

- "İmişli" Premyer Liqada debütüdür. "Neftçi" onlarla iki görüşdən cəmi 1 xalla ayrıldı. Bu da Abasovun gedişinə səbəb oldu...

Demək ki, Samir Abasovu göndərməyin vaxtı idi. Komanda nəticə göstərə bilmir. Azarkeşlər “Neftçi”ni hər zaman avrokuboklarda, hər zaman qalib gələn komanda kimi görmək istəyir. Lakin bunun əvəzində, sadəcə sözlər və hansısa bəhanələr var idi.

- Samir Abasov uğursuzluqları qəbul etmədiyi üçün klub rəhbərliyi onunla müqaviləyə birtərəfli xitam verdi. Səncə, Abasov özü getməli idi?

Samir Abasova kifayət qədər şans verildi. Sıfırdan komanda qurmaq imkanı verildi, ona büdcə ayrıldı, amma o, rəhbərliyin gözləntilərini doğrultmadı. "Neftçi" uğursuzluğa uzun müddət dözmür. Klubun hər şeyi var, amma nəticə yoxdur. "Neftçi"yə yeni baş məşqçi ilə uğurlar arzulayıram.

- Bundan sonra "Neftçi"nin vəziyyətinin düzələcəyini düşünürsən? Yəni bu heyətlə fərqli baş məşqçi uğur əldə edə bilər?

Əsas odur ki, “Neftçi”nin yeni baş məşqçisi “komandanı mən yığmamışam”, “zamana ehtiyacım var” deməsin. Düşünürəm ki, yeni məşqçi ilə komanda həmişə daha yaxşı çıxış edir. Hər kəs öz dəyərini sübut edəcək və rəqabət olacaq ki, bu da inkişafa səbəb olacaq. Ümid edirəm ki, "Neftçi" avrokuboklara vəsiqə qazanacaq. 

- Yuriy Vernidub və Abdullah Avcının adı hallanır. Səncə, "Neftçi" üçün hansı profil məşqçi daha uğurlu olardı?

Məşqçi kimi heç birini tanımıram. Məşqçi kim nə olursa-olsun, "Neftçi"yə uğurlar və böyük qələbələr arzulayıram. "Neftçi" həmişə flaqman olub və belə də qalacaq. 

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:29
embedMənbə:https://sportal.az
archiveBu xəbər 26 Noyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri