Komanda yoldaşları Valverdenin satılmasını istəyir
Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
"Real"da yarımmüdafiəçilər Federiko Valverde və Orelyen Çuameni arasındakı münaqişənin nəticələri səngimək bilmir.
Sportal.az xəbər verir ki, komandanın nüfuzlu futbolçularının bir hissəsi uruqvaylı futbolçunun yay transfer pəncərəsində satılmasının tərəfdarı kimi çıxış edir. Bu barədə "RadioMarca" məlumat yayıb.
Valverde və Çuameni arasındakı son qarşıdurma kollektiv daxilindəki atmosferə ciddi təsir göstərib. Başlanğıcda komandanın daxili işi hesab olunan insident, xeyli geniş problemə çevrilib və soyunub-geyinmə otağındakı münasibətlərdə özünü büruzə verib.
Məhz bu münaqişədən sonra Valverde "Barselona"ya qarşı sonuncu "El Klasiko"nu buraxıb. O, fransalı komanda yoldaşı ilə dava zamanı beyin silkələnməsi və kəsik xəsarəti alıb.
Xatırladaq ki, "Real" rəhbərliyi daxili araşdırma aparıb və hər iki futbolçunu 500 min avro məbləğində cərimələyib. Daha sonra Çuameni azarkeşlərdən açıq şəkildə üzr istəyərək, hadisənin mövsümün həlledici kəsiyində komandaya mənfi təsir göstərdiyini etiraf edib.
Hazırkı vəziyyətə baxmayaraq, Valverde "Real"ın kapitanlarından biri və klub üçün vacib fiqur olaraq qalır. Bununla belə, qalmaqal onun kollektiv daxilindəki mövqelərini nəzərəçarpacaq dərəcədə sarsıdıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 11 May 2026 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















