Icma.az
close
up
RU
Komitə sədri “20 ci BMT Vesak Günü” münasibətilə keçirilən tədbirdə çıxış edib FOTOLAR

Komitə sədri “20 ci BMT Vesak Günü” münasibətilə keçirilən tədbirdə çıxış edib FOTOLAR

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Vyetnamın Ho Şi MİN şəhərində "20-ci BMT Vesak Günü" münasibətilə keçirilən tədbirin açılış mərasimində iştirak edib. SİA xəbər verir ki, tədbirdə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin videomüraciəti təqdim olunub.

Dövlət Komitəsinin sədri dinin ictimai həyatdakı və beynəlxalq münasibətlərdəki rolunun düzgün müəyyənləşdirilməsi, dinin siyasi məqsədlər üçün istifadəsinin qarşısının alınması və sivilizasiyalararası əməkdaşlığın gücləndirilməsinin vacibliyi barədə danışıb.

O bildirib ki, müasir dünyada mürəkkəb sosial və siyasi proseslər baş verir:

"Etnik və dini zəmində qarşıdurmalar, irqçilik, dini radikalizm və ksenofobiya kimi hallar artmaqdadır. Belə təhlükələrə qarşı dinlərin sülh və həmrəylik çağırışları, sivilizasiyalararası dialoqa xidmət edən təşəbbüslər mühüm əhəmiyyət daşıyır".

Azərbaycanın multikulturlizm modelinə diqqət çəkən Ramin Məmmədov ölkəmizin dini müxtəliflik və qarşılıqlı hörmət əsasında formalaşan unikal yanaşma nümayiş etdirdiyini deyib.

Sədr qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda tolerantlıq və multikulturalizm dini sahədə dövlət siyasətinin prioritetləri kimi qəbul edilir:

"Tarix boyu vicdan azadlığını uca tutan Azərbaycan xalqı müxtəlif dini inanclara sahib insanlarla birgəyaşayış ənənələrini zənginləşdirərək, bütün dünyaya nümunə ola biləcək tolerantlıq modeli yaradıb. Müasir dövrdə bu modelin beynəlxalq miqyasda təşviqi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib".

R.Məmmədov vurğulayıb ki, Bakıda keçirilən ənənəvi Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum və Dünya Dini Liderlərinin Zirvə Toplantısı kimi nüfuzlu tədbirlər mədəniyyətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır.

Komitə sədri Azərbaycanın qlobal sülh, insan hüquqları və davamlı inkişaf sahəsində beynəlxalq səylərə sadiq tərəfdaş olduğunu vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 May 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri