Komitə sədri: GlobE Network tərəfindən atılan addımlar çox yaxşı nəticələr verib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
“Korrupsiya sərhəd tanımır, bu gün keçirilən tədbir bizim ədalət prinsiplərinə sadiqliyimizi daha da gücləndirməlidir”.
APA xəbər verir ki, bunu BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin – GlobE Network VI Plenar iclasının açılışında GlobE Network rəhbər komitəsinin sədri Nasser Abaalkhalil deyib.
O bildirib ki, qurum çərçivəsində əməkdaşlıq korrupsiyadan daha güclü olmalıdır: “Bizim Şəbəkənin atdığı addımlar çox yaxşı nəticələr verib. İşlərimizi sürətlə aparaq, hərtərəfli əlaqələr quraq, fəaliyyətimizi davam etdirək. İnnovasiya və texnologiya bizim işimizi hansı şəkildə gücləndirə bilər, buna baxmalıyıq, oğurlanmış vəsaitlərin necə qaytarıla biləcəyini müzakirə etməliyik. Korrupsiyanın özü də adaptasiyaya uğrayır, süni intellekt, sürətli maliyyə transferləri bu günün reallığıdır. Texnologiya, vəsaitlərin qaytarılmasında seçim olmalı deyil, bu, mütləq olmalıdır. Biz korrupsiyanı törədənlərdən 1 addım öndə olmalıyıq. Təcrübələrimizi bölüşməliyik, real nəticə gətirə biləcək əməliyyatlar formalaşdırılmalıdır”.
O, Azərbaycana tədbirə ev sahibliyini qəbul etdiyi eçün təşəkkür edib: “Qoy, ədalət mühakiməsi hər bir yerdə zəfər çalsın”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 20 May 2025 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















