Icma.az
close
up
RU
Bakıda BMT nin Korrupsiyaya Qarşı Mübarizə üzrə Şəbəkəsinin (GlobE Network) İdarəetmə Komitəsinin Onuncu Görüşü Keçirilir

Bakıda BMT nin Korrupsiyaya Qarşı Mübarizə üzrə Şəbəkəsinin (GlobE Network) İdarəetmə Komitəsinin Onuncu Görüşü Keçirilir

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün, mayın 19-da Azərbaycan Respublikası Prokurorluğu və BMT-nin Korrupsiyaya Qarşı Mübarizə üzrə Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) birgə təşkilatçılığı ilə Bakı şəhərində GlobE Şəbəkəsinin İdarəetmə Komitəsinin Onuncu Görüşü keçirilir.

Bu barədə 525.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirin açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilən mühüm nailiyyətlərə toxunub. 

Baş prokuror, bu sahədə riskləri minimallaşdırmaqla vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmaları özündə cəmləyən Asan xidmət modelini, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanı və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsini ətraflı təqdim edib, habelə, xarici nümayəndələrə Azərbaycanın digər institusional, hüquqi və praktiki yanaşmalarını izah edib.

Baş prokuror Kamran Əliyev, ötən il Çin Xalq Respublikasının Pekin şəhərində keçirilmiş GlobE Şəbəkəsinin növbəti Plenar İclasında, Bakı şəhərində bu görüşün keçirilməsi barədə qəbul edilən qərara və Azərbaycan Respublikasının İdarəetmə Komitəsinə üzv seçilməsinə görə bütün Üzv Dövlətlərin nümayəndələrinə minnətdarlığını bildirib.

GlobE Şəbəkəsinin fəaliyyətinə də toxunan Kamran Əliyev, hazırda 126 ölkədən 235 hüquq mühafizə orqanının fəaliyyətini əlaqələndirən bu beynəlxalq təşkilatın korrupsiya cinayətlərinin qarşısının alınması və araşdırılmasında çevik, işlək və praktiki həllər təqdim etdiyini qeyd edərək, Azərbaycan Respublikasının bu qlobal təsisatın inkişafına verdiyi dəstəyi vurğulayıb.

Açılış mərasimində çıxış edən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin rəhbəri Brigitte Strobel-Şav, GlobE Şəbəkəsinin İdarəetmə Komitəsinin Sədri Nasser Abaalkail və Sədr müavini Boni de Moraes Soares, tədbirin peşəkar şəraitdə təşkilinə görə təşəkkür edib və Şəbəkənin ötən dövr ərzində həyata keçirdiyi işlərdən, həmçinin İdarəetmə Komitəsinin cari görüşündə müzakirə olunan məsələlərdən bəhs ediblər. Görüşdə yeni üzvlərin qəbul edilməsi, kommunikasiya xidmətlərinin genişləndirilməsi və digər aktual məsələlər müzakirə olunub.

Daha sonra tədbirin gündəliyinə uyğun olaraq, İdarəetmə Komitəsinin seçilmə mexanizminin təkmilləşdirilməsi, korrupsiya cinayətlərinin araşdırılmasında ölkələrarası məlumat mübadiləsinin modeli və Şəbəkənin Üzv Ölkələrinin yerli təcrübələrinin müsbət formalaşdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Komitə üzvləri müvafiq sənəd layihələrinin məzmununu təkmilləşdirib və gələcək fəaliyyətin istiqamətlərini müəyyənləşdirmək üçün qərarlar qəbul ediblər.

Baş prokuror Kamran Əliyev, həmçinin Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə Qurumunun (NAZAHA) Prezidenti Mazin Bin İbrahım Əl-Kahmus ilə ikitərəfli görüş keçirib.

Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mövcud olan güclü tarixi siyasi əlaqələr və hüquq-mühafizə sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub. Kamran Əliyev, korrupsiyaya qarşı mübarizədə təcrübə mübadiləsinin və qarşılıqlı əlaqələrin vacibliyini vurğulayıb.

Mazin Bin İbrahım Əl-Kahmus isə, Səudiyyə Ərəbistanının korrupsiyaya qarşı mübarizədə həyata keçirdiyi ardıcıl tədbirlər və hüquqi mexanizmlərin gücləndirilməsinə önəm verdiyini qeyd edib. O, beynəlxalq əməkdaşlıq, xüsusilə GLOBE Şəbəkəsi çərçivəsində təcrübə və məlumat mübadiləsinə açıq olduqlarını və bu istiqamətdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Görüşün ardından, qonaqlar Baş Prokurorluğun Tarix Muzeyində ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş guşə ilə tanış olub və Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu əks etdirən eksponatları izləyiblər.

Görüşdə, həmçinin Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli də iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://525.az
archiveBu xəbər 19 May 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see313

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see227

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see226

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see225

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see201

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see158

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see155

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see153

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see152

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see149

Bayramdan sonra işə adaptasiya olmağın yolları

02 Yanvar 2026 18:59see140

Elnur Məmmədli yeni vəzifəyə getdi

03 Yanvar 2026 03:13see138

Lindblad: “F1” yeni pilotlarının çoxundan bir az fərqli vəziyyətdəyəm”

03 Yanvar 2026 03:14see138

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see137

General polkovnik Elçin Quliyev Elnarə Xəlilovanı təltif etdi FOTO

03 Yanvar 2026 02:31see136

Qarğa qarıldaması nəyə işarədir? Dünyanın ən ağıllı quşunun səsində gizlənən HƏQİQƏTLƏR

02 Yanvar 2026 15:15see134

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see133

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see132

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see131

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri