Bu çox yaxşı qanun layihəsidir komitə sədri
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Ən effektiv yol məhsul şəhadətnaməsinin tətbiq edilməsidir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi barədə danışarkən komitənin sədri Tahir Rzayev bildirib.
"Nümunə üçün göstərmək olar ki, əvvəllər müqavilə bağlayır, şirkətlə razılaşırdılar. Oradan müəyyən məhsulları götürür, müəyyən istiqamətlərdən vəsait alırdılar. Lakin deyildiyi kimi, bu vəsaitlərin çoxu ilin sonuna gəlib çıxırdı. İlin sonunda vəsait aldıqlarına görə təsərrüfatı yaxşı idarə edə bilmirdilər. Çünki fermerə maliyyə vəsaiti əvvəlcədən lazımdır ki, gəlib işini qursun, şumunu vaxtında aparsın, gübrəsini təmin etsin. Lakin müəyyən ləngimələr olduğu üçün ciddi problemlər yaranırdı. Xeyli müddətdir ki, bu mexanizm tətbiq olunur".
Komitə sədri ən effektiv yolun məhsul şəhadətnaməsinin tətbiq edilməsi olduğunu dedi.
"Burada sizi bir məsələ düşündürə bilər. Ötən günlərdə Kənd Təsərrüfatı Nazirliyi ilə birgə yerlərdə geniş bir tədbir keçirdik. Bir neçə rayonun sakinləri və fermerləri orada iştirak edirdilər. Məsələ qaldırıldı ki, ola bilsin, məhsul şəhadətnaməsini buraxan şəxs öhdəlik götürsün, lakin məhsulu verə bilməsin. Bəs belə halda nə etməlidir? Qanun layihəsində açıq şəkildə qeyd olunur ki, bu borc başqa ərzaqla, əmtəə və ya pul vəsaiti ilə əvəzləşdirilə bilər. Təbii fəlakət baş verə bilər və fermer məhsulu verə bilməz. Belə olduqda, o, Aqrar Sığorta Fonduna müraciət edərək ödənişi oradan ala bilər. Yaxud özünün pul vəsaiti varsa, onunla əvəz edər. Məsələn, heyvanı verə bilməyibsə, digər məhsulla borcunu ödəyə bilər. Bu qaydalar qanunda öz əksini tapıb. Ona görə də “məhsulu verə bilmədi, borcu qalacaq, borcunu bağlaya bilməyəcək və ya başqa çıxış yolu yoxdur” deyə heç bir təşvişə ehtiyac yoxdur. Hər bir subyektin müəyyən imkanları var və bu imkanlar daxilində məsələni həll edə bilər. Bu, çox yaxşı bir qanun layihəsidir”, - o deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 18 Sentyabr 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















