Komitə sədri: Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh irəliləyişini alqışlayır
Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh irəliləyişini alqışlayır.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin Ətraf mühitin mühafisəzi və təbii resurslar üzrə komitəsinin sədri Maya Bitadze İstanbulda keçirilən ATƏT PA-nın sessiyasında çıxışında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında sülhün əldə edilməsi regional təhlükəsizlik və iqtisadi artıma şərait yaradır.
“Tarixən İpək yolu ölkəsi hesab olunan Gürcüstan bütün bölgədə əlaqələrin dayanıqlı inkişafını təşviq etmək üçün neytral və etibarlı tərəfdaş olmağa hazırdır”, - Bitadze əlavə edib.
Komitə sədri qeyd edib ki, Gürcüstanın Orta Dəhlizdə rolu əhəmiyyətli templərlə artır:
“Təkcə 2024-cü ildə dəhlizdə yük dövriyyəsinin həcmində 62 faiz artım qeydə alınıb, Gürcüstanda dəmir yollarının modernləşdirilməsi isə onun ötürücülük qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 18 Noyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















