Komitə sədri: İdmanın davamlı olması vacibdir AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 20 noyabr, AZƏRTAC
İdmanın davamlı olması vacibdir. Problemlərin həlli istiqamətində idman federasiyalarına sponsorların dəstəyinin cəlb olunması məsələsinə baxmaq lazımdır. Davamlılıq olmadıqda nəticələr əldə etmək qeyri mümkündür və müəyyən müddətə çətinliklərlə üzləşir. Həmçinin kütləvi idmanlarla bağlı da aidiyyatı qurumlar öz fəaliyyətlərinə fikir verməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman, ictimai birliklər və dini qurumlar, mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında İdman komitəsinin sədri Şahin İsmayılov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Şahin İsmayılov əsasən futbol sahəsindəki çətinliklər və uğursuzluqlara diqqət çəkib. O, AFFA-nın bu məsələyə xüsusi yanaşmasının vacibliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 20 Noyabr 2024 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















