Icma.az
close
up
RU
Komitə sədri problemli kreditlərdən danışdı: 42% artıb

Komitə sədri problemli kreditlərdən danışdı: 42% artıb

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Orcu deyib.

O bildirib ki, ötən illərin statistikası maliyyə, bank sektoru, iqtisadi və sosial həyatımızın mühüm indikatorudur: "2021-ci ildən başlayaraq hər il icra xidmətinə 300 mindən çox sənəd daxil olur. 2024-cü ildə isə rəqəmlər 25.7 faiz artaraq 387 mini keçmişdi və pandemiya dövründə əhalinin ödəmə qabiliyyətinə, gəlirlərinə mənfi təsirini aydın göstərir.  Ən ağır sahə pul tələbləri, xüsusilə təminatsız kreditlərdir. 2023-cü ildə bank kreditləri ilə bağlı 74 min yeni iş icraata daxil olmuşdusa, 2024-cü ildə müvafiq göstərici 112 minə yüksəlib. Bir ildə 50 faiz artım var. Ən mühüm iqtisadi-maliyyə aktivi olan qiymətli kağızlar bazarında toksik kreditlərə dair icrada olan işlərin ümumi sayı 420 minə çatıb. 2025-ci ilin əvvəlində aparılan təhlillər göstərib ki, uzun illər nəticə verməyən, o cümlədən təminatsız kredit və hüquqi şəxslərə borc tələbləri ilə bağlı icra sənədlərinin sayı 600 minədəkdir. Rəsmi məlumatlarda ümumi icra prosesində təxminən 1 milyon 200 min iş olduğu, onun 35 faizi kredit və maliyyə öhdəlikləri ilə bağlıdır. Məhkəmə hakimiyyətinin və qərarların icrası qurumlarının iş yükünün mühüm hissəsini təşkil edən ağır hüquqi problemi həll etmək yalnız indiki qanunla məhdudlaşmamalıdır, müvafiq Hökumət strukturlarının kompleks tədbirlərinə ehtiyac var. Çünki Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin iyul ayının sonunda bank sektorunda qeyri-işlək kreditlərin həcmi 932,3 milyon manata çatıb və ümumi bank kredit portfelinin 2,9 faizini təşkil edib. 2024-cü ilin sonunda müvafiq göstərici 655,1 milyon manat, 2025-ci ilin sonunda isə 762,6 milyon manat idi. Yəni, 2024-cü ilin sonundan 2026-cı ilin iyuluna problemli kreditlərin məbləği təxminən 42 faiz artıb".

Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada kreditlər üzrə itkilərinin kompensasiyası mühüm iqtisadi-sosial qərar idi:

"Hökumət və maliyyə qurumları təminatsız kreditlərlə bağlı əhaliyə bank sisteminin ötürdüyü və əvvəlcədən qaytarılması çətin olan faiz və şərtlərin dəyişdilməsini dəyərləndirə bilər. Praktikada girovlu kreditdə borclu ödəmədikdə kreditorun yönələ biləcəyi konkret əmlak var. Təminatsız kreditdə isə bank faktiki olaraq vətəndaşın gələcək gəlirinə güvənir. Şəxs işini itirəndə, gəliri azalanda, paralel borcları artanda və adına tutuma yönəldilə bilən əmlak olmayanda məhkəmə qərarı borcun ödənilməsinə imkan vermir. İcra məmuruna daha geniş səlahiyyət verilə, elektron sistemi müasirləşdirilə, borclunun səhmini, istiqrazını, avtomobilini və digər aktivlərini daha sürətlə aşkar etmək olar. Lakin vətəndaşın sabit işi və davamlı gəliri azalırsa, onun adına yönəldilə bilən əmlak qeydə alınmayıbsa, hüquqi mexanizm nə qədər təkmilləşdirilsə, icra məmuru olmayan vəsaiti təmin edə bilməyəcək. Əhalinin məşğulluğunun və real gəlirlərinin artırılması, daha yüksək məhsuldarlıqlı və sabit iş yerlərinin yaradılması həm də məhkəmə və icra sisteminə yükü azaldan iqtisadi tədbir olar.  Digər tərəfdən, maliyyəyə əlçatanlığın asanlaşması adı ilə kreditə çıxış son illərdə çox sürətlənib. Rəqəmsal bankçılıq və onlayn kredit iqtisadi dövriyyə üçün üstünlükdür. Lakin kreditin verilmə tezliyi borcalanın real ödəmə qabiliyyətinin qiymətləndirilməsini üstələməməlidir. İnsan bir neçə dəqiqəyə kredit ala bilirsə, bank da bir neçə dəqiqədə yalnız maaşa deyil, həmin şəxsin bütün borc yükünə, sabit xərclərinə və real ödəmə imkanına baxmalıdır.

Müzakirə etdiyimiz layihə borclunun qiymətli kağızlarına tələbin yönəldilməsinin ayrıca hüquqi mexanizmini yaradır. İcra məmuru borclunun adına sənədli qiymətli kağız olduqda onun götürülməsi, sənədsiz qiymətli kağız olduqda isə Mərkəzi Depozitarda saxlanılması barədə qərar qəbul edə biləcək. Qiymətli kağızlar barədə məlumatların “Elektron icra” informasiya sistemi vasitəsilə əldə olunması nəzərdə tutulur. Qanunun qəbulu prinsipial dəyişiklikdir. Müasir iqtisadiyyatda əmlak yalnız mənzil, avtomobil və bank hesabındakı əmanətlə müəyyənləşmir, həm də səhm də, istiqraz da, investisiya hesabındakı maliyyə aləti də aktiv hesab olunur. Layihə həm də qiymətli kağızların necə satılacağını müəyyənləşdirir. Lakin borclunun hüququnu qorumaq üçün satılan aktiv bazar qiymətindən əsassız aşağı satılmamalı, girov və digər üstün hüquqlar nəzərə alınmalı, satışdan artıq qalan vəsait sahibinə qaytarılmalıdır".

Mürtəza 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Oktyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri