Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Azərbaycanda kommunal xidmətlərlə bağlı yenilik: Əhali nə əldə edəcək?

Azərbaycanda kommunal xidmətlərlə bağlı yenilik: Əhali nə əldə edəcək?

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan hökuməti kommunal xidmətlərin idarə olunmasında rəqəmsal transformasiyanın həyata keçirilməsi istiqamətində mühüm addım atıb. “Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi” təsdiqlənib.

Yol xəritəsinə görə, cari ilin 1 may tarixinə qədər kommunal qurumlar üzrə vahid abunəçi kodu mexanizmi yaradılması və Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin formalaşdırılması ilə bağlı konseptual sənədin hazırlanması planlaşdırılır. 2025-ci ilin sonuna qədər layihə ilə bağlı əsas mərhələlərin tamamlanması nəzərdə tutulur. Sistemin yaradılmasına rəhbərliyi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi həyata keçirir.

Xidmət keyfiyyəti və şəffaflıq əhəmiyyətli dərəcədə artacaq

Agentlikdən bildirildi ki, Vahid İnformasiya Sistemi ölkədə kommunal sahədə idarəetmənin effektiv təşkili məqsədi daşıyır: “Sistem kommunal xidmətlərlə bağlı zəruri məlumatların toplanması, emalı, vahid platformada birləşdirilməsi, bu məlumatlar əsasında monitorinqlərin və analitik təhlillərin aparılması, proqnozların hazırlanması və vətəndaşlara mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsi üçün əsas infrastruktur olacaq. Bu sistem vasitəsilə kommunal xidmət sahəsində həm dövlətin idarəetmə funksiyası güclənəcək, həm də xidmət keyfiyyəti və şəffaflıq əhəmiyyətli dərəcədə artacaq”.

Qurumun məlumatına görə, sistem vətəndaşlar üçün bir sıra yenilik və rahatlıq vəd edir: “Sistem abonentlərə kommunal xidmətlərlə bağlı məlumatları vahid platformadan əldə etməyə və ödənişləri daha rahat həyata keçirməyə imkan verəcək. Ən başlıcası, bu sistem vasitəsilə istifadəçilər vahid portal üzərindən elektrik, qaz, su, istilik və digər kommunal xidmətlər üzrə borclarını, sərfiyyat göstəricilərini və tarifləri izləyə biləcəklər. Sistemin təqdim edəcəyi e-xidmətlər sayəsində vətəndaşlar onlayn ödəniş, elektron müraciət, xəbərdarlıqların alınması, avtomatik ödəniş planlaşdırılması və rəqəmsal arxivdən istifadə kimi imkanlara malik olacaqlar”.

MİS-lər, liftlərə dair xidmətlər də sistemə inteqrasiya edilə bilər

Agentlikdən bildirildi ki, Yol Xəritəsinə əsasən, sistemə aşağıdakı kommunal xidmət növləri - elektrik enerjisi, qaz, su, kanalizasiya və istilik təchizatı daxil edilib. Bu xidmətlər üzrə məlumatlar real vaxt rejimində mərkəzləşdirilmiş sistemə ötürüləcək və vətəndaşlar bu məlumatlara rahat çıxış əldə edəcəklər: “Gələcək mərhələlərdə isə xidmət spektrinin daha da genişləndirilməsi nəzərdə tutulur. Yaşayış binalarının idarə olunması (Mənzil İstismar Sahəsi -MİS), lift və mənzil fonduna dair xidmətlər də potensial olaraq bu sistemə inteqrasiya edilə bilər. Əgər bu sahələr üzrə rəqəmsallaşma təmin olunarsa və aidiyyəti normativ-hüquqi baza formalaşarsa, həmin ödənişlər və xidmətlər də sistem daxilində elektron şəkildə idarə oluna bilər”.

Əvvəlcə böyük şəhərlərdə tətbiq ediləcək

Vahid İnformasiya Sistemi ilkin mərhələdə Bakı və böyük şəhərlərdə pilot layihə şəklində tətbiq olunacaq: “İnfrastruktur və texnoloji imkanlar formalaşdıqdan sonra sistemin mərhələli şəkildə bütün regionlarda tətbiqi planlaşdırılır”. Bu ilin 1 dekabr tarixinə qədər abonentlərin fərdi identifikasiya nömrəsi üzrə məlumat bazasının mötəbərliliyinin 90 faizə çatdırılması, eyni zamanda abonentlərin VÖEN üzrə məlumat bazasının mötəbərliliyinin 70 faizə yüksəldilməsi nəzərdə tutulur. Onun icrası çərçivəsində kommunal qurumların inteqrasiyası, vahid abunəçi kodu mexanizminin tətbiqi və elektron xidmətlərin "mygov" rəqəmsal hökumət platformasına inteqrasiyası nəzərdə tutulur.

“Elektron hökumət xidmətləri daha əlçatan olacaq”

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, Yol Xəritəsində nəzərdə tutulan əsas yeniliklərdən biri vahid abunəçi kodunun tətbiqidir. Beləliklə, bütün xidmətlər üzrə məlumatlar mərkəzləşdirilmiş sistemdə toplanacaq: “Kommunal operatorların sistemləri inteqrasiya olunacaq. Real vaxt rejimində məlumat mübadiləsi təmin ediləcək, abonentlərə dəqiq və operativ xidmət göstəriləcək. Xidmətlərin 50 faizi və bildirişlər “myGov” üzərindən təqdim ediləcək. Elektron hökumət xidmətləri daha əlçatan olacaq. Ödənişlər və məlumat əldə etmə prosesi sadələşdiriləcək. Vətəndaşlar üçün rahat interfeys və sürətli əməliyyatlar təmin olunacaq”.
E.Abbasovun fikrincə, bu sistemin yaradılması bir çox problemi aradan qaldıracaq: “Beləliklə, vətəndaşlar bir fin kod üzərindən istədikləri an bütün məlumatlarını görəcəklər. Vətəndaş sərfiyyatından əmin olacaq. Hesablamalarını aparacaq, büdcəsini təyin edəcək”.

“İnsan faktoru aradan qalxacaq”

Ekspert bildirdi ki, yeni sistem ünvan problemlərini kökündən çözəcək: “Hazırda bəzi yeni qəsəbələrdə ünvan problemləri var. Hər bir kommunal ödəniş üzrə fərqli ünvan göstərilir. Yəni su qəbzində fərqli, qaz qəbzində fərqli ünvan olur. Sistemin tətbiqindən sonra bu kimi problemlər aradan qalxacaq”.

Müsahibimizin sözlərinə görə, növbəti addım sayğaclarla bağlıdır. Sistemin tətbiqindən sonra quraşdırılacaq yeni nəsil “ağıllı sayğaclar” birbaşa mərkəzdən idarə olunacaq: “Artıq sahə müfəttişlərinə ehtiyac aradan qalxır. Sayğaclarla qurumlar mərkəzdən əlaqə yarada biləcəklər. Bu sistemin hədəflərindən biri kommunal xidmətlərin ödənişi zamanı insan faktorunu aradan qaldırmaqdır. Çünki harada insan faktoru olursa, orada müəyyən neqativ hallar ola bilir. Artıq bir çox qurumlar ağıllı sayğacları test edir, pilot layihələr həyata keçirirlər”. ("Kaspi" qəzeti)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Aprel 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri