Icma.az
close
up
RU
Kondisionerlə qorxulu xəstəlik yayılır Mütəxəssislər ehtiyat təbili çalır

Kondisionerlə qorxulu xəstəlik yayılır Mütəxəssislər ehtiyat təbili çalır

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yay aylarında kondisionerlər istidən xilas yolu kimi görünür. Lakin düzgün işləməyən və ya vaxtında təmizlənməyən kondisionerlər insan sağlamlığı üçün ciddi təhlükəyə çevrilə bilər. Həkimlərin sözlərinə görə, çirkli soyutma və havalandırma sistemləri müxtəlif infeksiyaların, allergiyaların və hətta pnevmoniyanın yayılmasına səbəb ola bilir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bu vəziyyəti “Xəstə bina sindromu” adlandırırlar.

Bu sindrom uzun müddət kondisionerli və zəif havalandırılan məkanlarda qalan insanlarda baş ağrısı, başgicəllənmə, öskürək, burun axması, dəri qıcıqlanması və xroniki yorğunluq kimi əlamətlərlə özünü göstərir. Ən maraqlısı isə odur ki, bu simptomlar bina tərk edildikdən sonra azalır və ya tamamilə yox olur.

Təhlükəli mikroorqanizmlər

Pis vəziyyətdə olan kondisionerlər havaya allergenlər, kimyəvi maddələr (benzol, formaldehid) və patogen bakteriya-göbələklər buraxa bilər. Onlardan ən təhlükəlisi Legionella pneumophila bakteriyasıdır. Bu bakteriya “legionellyoz” adlı ciddi ağciyər xəstəliyinə səbəb olur və xüsusilə ofislərdə, xəstəxanalarda çirkli su sistemi olan məkanlarda yayıla bilir.

Eyni zamanda, göbələk infeksiyaları da havalandırma sistemi vasitəsilə yayılır və zəif immunitetli insanlarda, o cümlədən uşaqlarda daha təhlükəli olur. Çində isə aparılan araşdırmada uşaqların mədə-bağırsaq virusuna (norovirus) sinif otağındakı kondisioner vasitəsilə yoluxduğu müəyyən olunub.

Müsbət təsirlər də mümkündür

Bununla yanaşı, düzgün işləyən və mütəmadi təmizlənən kondisionerlər əksinə, virusların, o cümlədən COVID-19-un yayılma riskini azalda bilər. Lakin havanın həddindən artıq quruması burun və boğazın selikli qişalarını zəiflədir, bu da infeksiyalara qarşı təbii müdafiəni azaldır.

Mütəxəssislər xəbərdarlıq edir kiŞ kondisionerləri yalnız mütəmadi texniki xidmət və peşəkar təmizlikdən sonra istifadə etmək sağlamlıq üçün təhlükəsizdir. Havanın dövriyyəsi, nəmlik səviyyəsi və havalandırmanın düzgün qurulması “Xəstə bina sindromu”nun qarşısını almağın ən effektiv yollarıdır

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Avqust 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri