Icma.az
close
up
RU
Faciənin ikinci ildönümü: Mütəxəssislər həyacan təbili çalır Üç şəhər altında...

Faciənin ikinci ildönümü: Mütəxəssislər həyacan təbili çalır Üç şəhər altında...

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

İki il əvvəl bu gün Türkiyə böyük bir faciə ilə sarsıldı. Cəmi doqquz saat arayla Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında baş verən iki güclü zəlzələ geniş bir ərazidə dağıntılara səbəb oldu. "Əsrin fəlakəti" adlandırılan bu hadisədə rəsmi rəqəmlərə görə 50 min 783 nəfər həyatını itirdi, 122 mindən çox insan yaralandı...

6 fevral 2023-cü il tarixində saat 04:17-də Kahramanmaraşın Pazarcık rayonunda 7,7 bal gücündə zəlzələ qeydə alındı. Bu güclü sarsıntının təsiri keçmədən doqquz saat sonra Elbistan rayonunda 7,6 bal gücündə ikinci bir zəlzələ baş verdi. Bu iki dağıdıcı təbii fəlakət Kahramanmaraş və Hatay başda olmaqla, Adıyaman, Qaziantep, Malatya, Kilis, Diyarbəkir, Adana, Osmaniyə, Şanlıurfa və Elazığ da daxil olmaqla 11 vilayətdə böyük itkilərə səbəb oldu.

Zəlzələlərdən sonra bölgədə üç aylıq fövqəladə vəziyyət, Türkiyədə isə yeddi günlük milli matəm elan edildi. Beynəlxalq yardım çağırışlarına cavab olaraq, dünyanın bir çox ölkəsindən xilasedici qruplar Türkiyəyə göndərildi. Qardaş ölkənin harayına ilk çatan ölkə Azərbaycan xilas edicliləri, rəsmi qurumları və xalqı oldu...

Bölgədə dağıntılar və demoqrafik təsirlər

Qaynarinfo xəbər verir ki, rəsmi rəqəmlərə əsasən, 35 mindən çox bina tamamilə dağıldı, 300 minə yaxın bina ciddi zərər gördü. Təbii fəlakətdən sonra 2 milyondan çox insan yaşayış yeri problemi ilə üzləşdi, ən azı 5 milyon insan isə müxtəlif bölgələrə köç etməyə məcbur oldu.

Zəlzələlərin bölgəyə təsiri və yeni təhlükələr

Zəlzələ bölgəsində aparılan tədqiqatlara görə, bölgədə əlavə sarsıntılar hələ də davam edir. Mütəxəssislər bölgədə yeni güclü zəlzələlərin baş verə biləcəyi barədə xəbərdarlıq edirlər.

Geologiya Mühəndisləri Palatası Zəlzələ Müşavirə Şurasının üzvü Prof. Dr. Süleyman Pampal bölgədəki fay xətləri üzərində apardığı araşdırmalar zamanı şərq-qərb istiqamətində uzun qırılmalar müşahidə etdiyini bildirib. Onun sözlərinə görə, Kahramanmaraş zəlzələlərindən sonra Antakya fayı qırılaraq Hatay ətrafında ayrıca bir zəlzələ yaradıb və artçı sarsıntılar hələ də davam edir.

Bundan əlavə, mütəxəssis bildirib ki, Yedisu fayı üzərində ciddi bir zəlzələ riski var. Bingöl ilə Ərzincan arasında yerləşən bu 75 kilometrlik fay xəttinin ən son 1784-cü ildə böyük bir zəlzələ yaratdığı qeyd olunur. Bu fay tamamilə qırılarsa, 7,2 bal gücündə zəlzələ yarada bilər.

Hatay üçün kritik xəbərdarlıq: "Əsl zəlzələ hələ yaşanmayıb"

Prof. Dr. Süleyman Pampalın sözlərinə görə, Hatay hələ tam gücü ilə zəlzələ yaşamayıb və bölgədə daha güclü bir təkan ehtimalı var. Tarixi qeydlərə əsasən, MS 530-cu illərdə Hatayda baş verən bir zəlzələdə 300 min insanın həyatını itirdiyi bildirilir.

O bildirib ki, Amik Ovasında və Hatayın cənubunda qırılmaların davam edəcəyi gözlənilir və bu da 7 və daha böyük zəlzələlərin baş vermə ehtimalını artırır. Hazırda konteyner şəhərciklərdə yaşayan insanların daimi yaşayış yerlərinə köçürülməsi problemi həll etmir, çünki bölgədə gələcəkdə baş verəcək zəlzələlər üçün daha ciddi tədbirlər görülməlidir.

Adana və Bitlis də risk altındadır

Zəlzələ mütəxəssisləri yalnız Kahramanmaraş və Hatay deyil, Adana və Bitlis bölgələrində də ciddi zəlzələ təhlükəsi olduğunu bildirir. Bitlis-Zaqros fayı üzərindəki hərəkətlənmələrin 7,5-8 bal gücündə zəlzələlərə səbəb ola biləcəyi qeyd edilir.

Bundan əlavə, Adana bölgəsində Karataş-Yumurtalıq, Misis-Andırın, İskəndərun, Kozan, Savrun və Saimbeyli faylarının təhlükəli olduğu və 6-7 bal gücündə zəlzələlər yarada biləcəyi bildirilir.

Elmi araşdırmalar və gələcək addımlar

Mütəxəssislər Türkiyənin zəlzələyə qarşı hazırlıq səviyyəsinin artırılmasının vacibliyini vurğulayırlar. 1999-cu il Mərmərə zəlzələsindən sonra mühüm qanunlar qəbul edilsə də, tədbirlərin yetərsiz qaldığı qeyd olunur. 2011-ci ildə qəbul edilən Kentsel Dönüşüm Yasası əhəmiyyətli bir addım olsa da, bölgələrdə prioritetlərin düzgün müəyyənləşdirilmədiyi bildirilir.

Prof. Dr. Süleyman Pampalın sözlərinə görə, 6 fevral zəlzələlərinin yaratdığı insan və maddi itkilər ölkəyə 150 milyard dollar ziyan vurub. O hesab edir ki, əgər bölgəyə 10-15 milyard dollar dəyərində zəlzələyə hazırlıq yatırımı edilsəydi, bu itkilər yaşanmazdı.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Fevral 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri