Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Nicat Kazımov oğluna toy etdi Video

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Nəcibənin toyudur Fotolar

Mərhum Xalq artistinin yaxın qohumu imiş

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Kondisionerlə qorxulu xəstəlik yayılır ŞOK XƏBƏRDARLIQ

Kondisionerlə qorxulu xəstəlik yayılır ŞOK XƏBƏRDARLIQ

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Dövlət Statistika Komitəsi Azərbaycanda pnevmoniyaya yoluxmada artım barədə mətbuata açıqlama verib. Komitədən bildirilib ki, 2024-cü ildə ölkədə ilk dəfə pnevmoniya diaqnozu qeydə alınan xəstələrin sayı 64 min 227 (2013-cü ildə 58 min 507 nəfər) nəfər olub.
Bundan başqa, həmin şəxslərdən 32 min 234-ü kişi, 31 min 993-ü isə qadın olub.
Eyni zamanda xəstələrdən 13 min 362-i 3-13 yaş, 4 min 84-ü 14-17 yaş, 11 min 498-i isə 18-29 yaş aralığında olub. Həmçinin 30 və yuxarı yaşda isə 35 min 283 nəfər ötən il pnevmoniyaya yoluxub. Həmin müddətdə ölkə üzrə pnevmoniyalardan ölənlərin sayı 425 (şəhər yerləri üzrə 224, kənd yerləri üzrə 201) nəfər təşkil edib.
 

Bu da olduqca yüksək göstəricidir. Pnevmoniya və ya sətəlcəm ağciyərlərin iltihablı xəstəliyidir. Antibiotiklərin istifadəsindən əvvəl ağciyərlərin iltihabı ən qorxulu xəstəliklərdən biri idi.


Ölkədə pnevmoniya (sətəlcəm) xəstəliyi çox geniş yayılıb. Bunun səbəbi kəskin respirator virus infeksiyalarının vaxtında və düzgün müalicə edilməməsi göstərilir. Ümumilikdə kəskin pnevmoniya ilə xəstələnmə və ondan ölüm göstəricisi qadınlara nisbətən kişilərdə daha çox müşahidə olunur.
Qeyd edək ki, pnevmoniya və ya sətəlcəm ağciyərlərin iltihablı xəstəliyidir və əsasən bakteriya, göbələk, virusların iştirakı ilə yaranır. 
Lakin pnevmoniya hava ilə ağciyərlərə düşən kimyəvi maddələr tərəfindən də yarana bilər. Pnevmoniya hər hansı uzun müddət davam edən xəstəliklərin (əsasən immun çatışmazlığı, ürək çatışmazlığı və onkoloji xəstəliklər) fəsadı kimi də üzə çıxır. Xəstəlik ağciyər toxumasının bir və ya bir neçə hissəsini tutur. 
Pnevmoniya zamanı alveol, tənəffüs yollarında maye və digər selikli ifrazatlar toplanaraq həmin nahiyədə qan dövranı durğunluğuna, ağciyər toxumasının sərtləşməsinə, bununla da qazlar mübadiləsinin pisləşməsinə səbəb olur. Pnevmoniya gedişatına görə kəskin və xroniki olur.
Onun krupor, ocaqlı, intersistial və s. formaları var.
Xəstəliyin simptomlarına döş qəfəsində, xüsusilə dərin nəfəs alma zamanı təngnəfəslik, yüngül fiziki gərginlik olduqda tərləmə, öskürək, kəskin zəiflik, ümumi halsızlıq, başağrıları, yüksək hərarət (bədən temperaturunun yüksəlməməsi ilə də təsadüf edilir), arterial təzyiqin enməsi aiddir. Ağır hallarda isə tənəffüs çatışmazlığı, qanhayxırma, döş qəfəsindəki xırıltılar kimi simptomları yarana bilir.
Xəstəliyin risk qrupuna yaşlı insanlar, yanaşı xroniki xəstəlikləri olan (şəkərli diabet, ağciyərlərin xroniki xəstəlikləri, parkinsonizm, ürək-damar sistemindəki xəstəliklər, alkoqol aludəçiləri) yeni əməliyyat olan xəstələr, immun sistemi zəiflədən preparatlar qəbul edən xəstələr, anadangəlmə bronx-ağciyər xəstəlikləri olanlar daxildir. 
Xəstəlik kəskin tənəffüs çatışmazlığı, plevrit (irinli), abses və ya qanqren, septiki şok, meningit, böyrəklərin iltihabı, ürək ritminin pozulması, ağciyər toxumasının çapıq dəyişikliyi kimi fəsadlara səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, Pulmonoloq Əsəd Beydullayev mövzu ilə bağlı “musavat.com”a bildirib ki, son illərin statistikası ilə müqayisə etsək, indi vəziyyət xeyli yaxşıdır,  xüsusilə 3-4 il əvvəlki - koronavirus pandemiyası dövrü ilə müqayisədə pnevmoniya halları yüz dəfələrlə azdır: 
“Hazırda xəstə sayı həmin dövrlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Ümumiyyətlə, pnevmoniyanın yaranmasına səbəb olan müxtəlif faktorlar var”. 
Əsəd Beydullayev deyib ki, bəzi hallarda yay aylarında pnevmoniya hallarının qışla müqayisədə daha çox müşahidə olunması mümkündür: 
“Bu, paradoksal səslənsə də, əsas səbəblərdən biri kondisionerlərin istifadəsidir. Kondisionerin yaratdığı soyuq bir tərəfdən orqanizmə təsir edir, digər tərəfdən isə "Legionella" adlı infeksiya vasitəsilə pnevmoniyaya səbəb ola bilər. Bu bakteriya kondisionerin içində və nəm mühitlərdə yaşaya bilir. Bu cür infeksiyaların diaqnostikası və müalicəsi də çətin olduğundan pnevmoniya hallarının sayı arta bilir. Amma bu, sağalan xəstəlikdir”.
Pulmonoloqun fikrincə, yay aylarında soyuq içkilərin həddindən artıq qəbulu da yerli immun sisteminin zəifləməsinə, nəticədə pnevmoniyanın yaranmasına səbəb olur: 
“Qış aylarında xəstəliklərin artmasının əsas səbəblərindən biri insanların qapalı məkanlarda daha çox vaxt keçirməsidir. Belə məkanlarda bir nəfər xəstə olarsa, digərlərinə yoluxma ehtimalı artır və pnevmoniya kütləvi hal ala bilir. Təəssüf ki, bu hal yayda da təkrarlana bilir. İnsanlar evdə, iş yerində, kafe və restoranlarda pəncərə və qapıları bağlayaraq kondisionerlərdən istifadə edirlər. Bu mühitlər infeksiyaların yayılmasına səbəb olur”.
 

Uşaqlar arasında zaman-zaman pnevmoniyalar ağır fəsadlara yol açır. Simptomları bir neçə amildən - uşağın yaşı, infeksiyanın növü və ümumi sağlamlıq vəziyyətindən - asılı olaraq dəyişə bilər. Bəzi uşaqlarda bu xəstəlik yüngül keçsə də, digərlərində daha ağır forma ala bilər.


Uşaqlarda pnevmoniyanın ümumi simptomlarına öskürək, sürətli və ya çətin nəfəs alma, qızdırma, sinə ağrısı, xırıltılı tənəffüs, yorğunluq, iştahsızlıq, burun dəliklərinin genişlənməsi və bəzən də dodaqların və dırnaq çarpayılarının mavi rəng alması daxildir.
Pnevmoniyalı uşaqlarda adətən davamlı öskürək müşahidə olunur. 
Bu zaman öskürək bəlğəm və ya seliklə müşayiət oluna bilər. Nəfəs alma normaldan daha sürətli və dayaz ola bilər. Xəstəliyin ağır formalarında uşağın qabırğaları arasındakı və boyun ətrafındakı dəri nəfəs alarkən içəri çəkilə bilər. Qızdırma da pnevmoniyanın əsas əlamətlərindəndir və bəzən ani və yüksək ola bilər.
Sinədə narahatlıq və ya öskürərkən yaranan ağrı da rast gəlinən əlamətlərdəndir. Tənəffüs zamanı xırıltı səsləri eşidilə bilər. Yorğunluq halı, uşağın həmişəkindən daha halsız və enerjisiz görünməsi ilə özünü göstərə bilər. Bundan əlavə, pnevmoniya səbəbilə uşağın iştahası azala və nəticədə çəki itkisi baş verə bilər. Nəfəs alma çətinləşdiyi hallarda burun dəlikləri genişlənə bilər. Ağır hallarda isə uşağın dodaqlarında və dırnaq yataqlarında göyərmə - yəni mavi rəngə çalmaq - oksigen çatışmazlığının əlaməti ola bilər.
Xüsusilə körpə uşaqlarda bu simptomlar daha qeyri-spesifik ola bilər. 
Qıcıqlanma, qidalanma ilə bağlı çətinliklər və davranış dəyişiklikləri kimi əlamətlər də pnevmoniyadan xəbər verə bilər. Bu səbəbdən, valideynlər hər hansı şübhəli simptom müşahidə etdikdə uşağı dərhal pediatra göstərməlidirlər.
Pnevmoniya yoluxucu bir vəziyyət ola bilər. Onun yoluxuculuğu ilk növbədə xəstəliyə səbəb olan infeksion amildən asılıdır. Viral pnevmoniya adətən daha yoluxucudur. Respirator sinsitial virus (RSV), qrip, adenovirus kimi viruslar pnevmoniyaya səbəb ola və tənəffüs damcıları ilə yayılaraq digər uşaqlara keçə bilər. Belə hallarda gigiyena qaydalarına əməl etmək, xüsusən də əllərin tez-tez yuyulması və öskürərkən-asqırarkən ağız-burun bağlanması yoluxma riskini azalda bilər.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Avqust 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see520

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see345

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see289

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see228

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

19 Noyabr 2025 11:04see180

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see174

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see160

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see150

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see150

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see144

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see142

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see141

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see136

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see136

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see136

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see136

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see135

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see134

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see133

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri